HAQQ ILƏ BATILIN FASILƏSI
  • Başlıq: HAQQ ILƏ BATILIN FASILƏSI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 15:4:43 1-10-1403


QIRX BEŞİNCİ HEKAYƏT

Haqq ilƏ batilin fasilƏsi

Möminlər ağası Həzrət Əli (əleyhissalam) bir gün camaatın əxlaqi inkişafı və bu yoldakı irəliləyiş mərhələləri barədə söhbət etdiyi zaman buyurdu:

Ehtiyatlı olun ki, başqasının arxasınca danışmayasınız (yəni nə qeybət edin, nə də eşidin).

Haqq olmayan sözlər çoxdur ki, onların hamısı aradan getməlidir. İnsana qalacaq onun öz əməlidir. Çünki, Allah görən və eşidəndir.

Bilin ki, haqq ilə batil arasındakı məsafə dörd barmaqdan artıq deyildir.

Orada olanlardan biri Həzrətə sual verib soruşdu:

Sənin bu sözünü necə başa düşək?

İmam Əli (əleyhissalam) barmaqlarını yan-yana tutub qulağı ilə gözünün arasında qərar verərək buyurdu:

Batil odur ki, qulağınla eşidəsən, haqq isə odur ki, deyəsən gördüm!”