FARQƏLITA
  • Başlıq: FARQƏLITA
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 7:47:41 2-10-1403


FARQƏLITA

Mən kahinin yanından bayıra çıxdım və gördüm ki, şagirdlər bir- biri ilə elmi mübahisəyə məşğuldurlar. Onların sözü tədricən "Farqəlita" sözünün mənasına gəlib çıxır. Seryani sözü olan "Farqəlita" və Yunan sözü olan "Pirkilutus" dördüncü incil sayılan Yuhənna incilində onun gəlməyindən xəbər verilmişdir. Yuhənna onun gəlməyini o kitabın 14, 15 və 16- cı bablarında İsa Peyğəmbərdən (ə) nəql etmişdir ki, o cənab belə buyurur: "Məndən sonra Farqəlita gələcək." Onların bu mübahisəsi böyüdü və söhbətləri bu barədə uzandı. Səslər ucaldı, kobudlaşdı. Hər birinin bu barədə özünə məxsus rəyi var idi. Müəyyən bir nəticəyə yetişmədən bir- birindən ayrıldılar. Mən kahinin yanına qayıtdım. O, məndən soruşdu: Bu gün şagirdlər nədən söhbət edirdilər? Mən şagirdlərin "Farqəlita" sözünün mənası barəsində olan söhbətlərini açıqladım, və hər birinin bu barədə olan məxsus rəyini kahinə dedim.

O, məndən soruşdu: Bu barədə sənin rəyin nədir?

Mən dedim: Filan qazinin və müfəssirin rəyini qəbul etmişəm.

Kahin dedi: Sənin təqsirin yoxdur, lakin həqiqət bütün bu rəylərdən başqa bir şeydir; çünki, bu şərafətli adın həqiqi mənasını bu zamanda elmi dərin olanlardan başqaları bilmirlər. Onlar da çox azdırlar.

Sonra mən özümü Şeyx Müdərrisin qədəmlərinə atdım və dedim: Ey ruhani ata! Sən hamıdan yaxşı bilirsən ki, mən ömrümün əvvəllərindən bu günə qədər elmi təhsil almaq üçün hər bir şeydən keçmişəm və Nəsrani diniə kamil inanmışam. Namaz və moizə vaxtlarından başqa heç bir vaxt təhsil və mütaliədən əl çəkməmişəm. Bəs nə olar ki, sən bu şərafətli adın mənasını mənə bəyan edəsən? Şeyx Müdərris şiddətlə ağladı, sonra dedi: Ey ruhani övladım! And olsun Allaha, sən mənim üçün hamıdan əzizsən və mən heç bir şeyi səndən əsirgəmirəm. Baxmayaraq ki, bu şərafətli adın mənasını bilməkdə böyük fayda var, lakin, bu adın mənası yayılan kimi, Məsihilər həm məni və həm səni öldürəcəklər. Amma əgər mənimlə əhd bağlasan ki, mənim həyatımda və məndən sonra mənim adımı bu barədə heç kimsəyə deməyəsən, onda deyə bilərəm. Çünki, mənim həyatımda mənim özümə, öləndən sonra qohum- əqrabama böyük zərbələr dəyəcəkdir. Hətta əgər mənim ölümümdəm sonra da bilsələr ki, bu söz məndən çıxıbdır, mümkündür ki, mənim qəbrimi açıb məni yandırsınlar.

Mən and içdim ki, and olsun böyük və əzəmətli Allaha, qəzəbli və qalib Allaha, həlak edən və intiqam alan Allaha, hər şeydən xəbəri olan Allaha, İncil, İsa və Məryəmin haqqına, bütün peyğəmbərlərin və saleh insanların haqqına, bütün səmavi kitabların haqqına, kahinlərin haqqına ki, mən heç vaxt bu xəbəri nə sənin həyatında və nə səndən sonra sənin adından deməyəcəyəm. Ustad, xatircəm olduqdan sonra dedi: Ey ruhani övladım! Bu ad müsəlmanların Peyğəmbərinin müqəddəs adlarından biridir; yəni Əhməd və Məhəmməd mənasındadır.[1] Sonra o kiçik evin açarını mənə verdi və dedi: Filan sandığın qapısını aç və filan kitabları mənim yanıma gətir. Mən getdim və kitabları onun yanına gətirdim. Bu iki kitab Yunan və süryani dilində, sonuncu Peyğəmbərin zühurundan qabaq qələmlə dəri üzərinə yazılmışdı və bu iki kitabda "Farqəlita" sözü Əhməd və Məhəmməd mənasına tərcümə edilmiş idi.

Sonra dedi: Ey ruhani övladım! Bil ki, Məsihi alimləri, mütərcimləri və müfəssirləri həzrəti Məhəmməd (s)- in zühurundan qabaq heç bir müxalifətləri yox idi və hamısı bu adı Əhməd və Məhəmməd mənasında bilirdilər. O cənab zühur etdukdən sonra kahinlər və xəlifəər öz dünyəvi məqamlarını qorumaq üçün, inad, həsəd və digər məqsədlər üzündən bütün təfsir, lüğət kitabları və tərcümələri xarab etdilər və bu müqəddəs ada başqa bir məna ixtira etdilər. Elə bir məna ki, bu İncilləri yazanın heç də məqsədi deyildi. Hal-hazırda olan incillərin ayələrinin tərtibindən də bu məna rahatlıqla məlum olur ki, vəkalət, şəfaət, təsəlli, təəzzi İncil sahibinin məqsədi deyildi. Yövmuddarda[2] nazil olan ruhda onun məqsədi deyildi; çünki, Cənab İsa (ə) Farqəlitanın gəlməyini özünün getməyinə bağlı etmişdir və buyurmuşdur: Mən getməsəm Farqəlita gəlməyəcəkdir;[3] çünki iki müstəqil şəriət sahibi olan peyğəmbərlərin bir zamanda olması caiz deyil. Halbuki, yövbudarda nazil olan ruh Ruhulqüdsdür ki, o cənab İsa (ə) və həvarilər olmaqla belə, İsa (ə) və həvarilər üçün nazil olmuş idi. Birinci İncilin sahibi [4] öz incilinin üçüncü babında deyir: "Elə ki, İsa (ə) Yəhyanın vasitəsi ilə təmid ediləndən sonra İordaniya çayından bayıra gəldi, Ruhulqüds göyərçin sürətində o cənaba nazil oldu"[5]

Həmçinin cənab İsanın olmağı ilə, ruh 12 şagird üçün də nazil olmuşdu. Necə ki, birinci incil sahibi öz incilinin onuncu babında açıq gətirmiçdir ki, İsa (ə) öz 12 şagirdini İsrailliyə məntəqəsinə göndərən zaman onları pəlid və pis ruhları xaric etməyə, hər bir xəstəyə şəfa verib hər əziyyətin qarşısını almağa qüvvətləndirdi.[6]

Bu qüvvədən məqsəd ruhani qüvvədir, nəinki cismani qüvvə; çünki cismani qüvvə bu işlərin öhdəsindən gələ bilməz. Ruhani qüvvə də Ruhulqüdsün təyid və köməkləiyindən ibarətdir. Bu qeyd olunan babın 20- ci ayəsində cənab İsa 12 şagirdə müraciət edərək belə buyurur: "Çünki deyən siz deyilsiniz; sizin atanızın ruhu sizin içinizdə deyəndir". Sizin atanızın ruhundan məqsəd Ruhulqüdsdür. Həmçinin üçüncü[7] İncilin sahibi öz incilinin doqquzuncu babında deyir:

"Sonra öz 12 şagirdini çağırıb onlara bütün divlərə (qalib gəlmək) və xəstələrə şəfa vermək qüdrəti və iqtidarını əta etdi (verdi). Həmçinin üçüncü İncil sahibi onuncu babda deyir: Cənab İsanın cüt- cüt göndərdiyi yetmiş şagirdin hamısı Ruhulqüdsla köməkləndirilmişdir". 17- ci ayədə buyurur: "O yetmiş şagird şadlıq içində qayıtdılar və dedilər: Ey bizim Allahımız! Divlər də sənin adınla bizə itaət edirlər".

Bəs ruhun nazil olmağı İsanın getməyinə şərtlənməmişdir. Əgər Farqəlitadan məqsəd ruhulqüds olsaydı, bu kəlam cənab Məsihdən ləğv və bihudə olacaqdı. Həkim bir şəxsin şənində deyil ki, ləğv və bihudə kəlamla danışsın, qalmışdı ki, cənab İsa kimi böyük nübuvvət məqamına nail olan bir şəxs. Bəs Farqəlita sözünün mənası təkcə Əhməd və Məhəmməddir.

Mən dedim: Siz nəsrani dininin barəsində nə deyirsiniz?

Dedi: Ey Ruhani övladım!Nəsrani dini həzrəti Məhəmmədin şərafətli şəriətinin zühur etməsi ilə mənsux olmuşdur (vaxtı qurtarmışdır). O, bu cümləni üç dəfə təkrar etdi. Mən dedim: Bu zamanda Allaha doğru aparan nicat yolu hansıdır?

Dedi: Allaha doğru apara düz yol təkcə Məhəmmədə tabe olmaqdır.

Dedim: O cənaba tabe olanlar nicat tapmış insanlardandırlarmı?

Dedi: Bəli, and olsun Allaha, bəli and olsun Allaha, bəli and olsun Allaha.



[1] - Tövrat və İncil kitabında İslam Peyğəmbərinin zühur etməsinin barəsində çoxlu bəşarət və müjdələr mövcud imiş. Quranı- kərim şəhadət verir ki, Musa (ə) və İsa (ə) tövrat və incildə onun gəlməsindən xəbər vermişlər. Hətta onun adı da zikr olunmuşdur:

"Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər." (səf, ayə 6 )

"O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!" (əraf, 157 )

Yəhudi və Nəsranilərin Peyğəmbərin zamanında və vəfatından sonra saysız şəkildə iman gətirmələri, açıq- aşkar dəlildir ki, islamın əvvəllrində bu müjdələr Tövrat və İncildə çox imiş. Əks təqdirdə Yəhudi və Nəsranilər İslam Peyğəmbərinə deyərdirlər ki, sən Musa və İsanın sənin gəlməyinə bəşarət və müjdə vermələrini iddia edirsən, halbu ki, Tövrat və İncildə belə bir mətləb mövcud deyil. Əksinə onlar bunu etiraf edərək, dəstə- dəstə müsəlman oldular. Amma sonradan o kitablara əl aparıb həqiqəti təhrif etdilər və sözləri öz mövqeiyyətləri əsasında dəyişirlər.

Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tənə vururlar! (nisa, 46)

Bu səbəbdən bu günkü Tövrat və İncil öz səmavi dəyərini itirmişdir və müsəlmanlar onlara səmavi kitab gözü ilə baxmırlar. Amma eyni zamanda bu qədər təhriflərlə belə yenə də kilsə cəmiyyəti İslamın zühur etmə müjdələrini öz kitablarından tamamilə silə bilməmişlər. Burada bəzi şahidlərə diqqət yetirək:

«أنّی همزملی عمو خون کت لکسلو خون یون این هو پارقلیطا رو خارقدس هوبت شادرببّی بشمّی هوبت ملپ لوخون کل مندی وهوبت متخرو خون کل مندی دمرون الوخون»

(Yuhənna İncili: 14: 25- 27)

»It is the Word of the Father who sent me. I have told you all this while I am still here with you, but your Advocate, the Holy Spirit whom the Father will send in my name, will teach you every thing, and will call to mind all that I have told you«.

Səhih tərcümə: "Bu sözləri sizə demişəm, sizinlə olan zaman, lakin haqqın ruhu olan Farqəlita nəsihət edəndir. Sizi haqqın tərəfinə çağırar ki, ata onu mənim adımla göndərər (məni təsdiq edər). Hər şeyi sizə öyrədər və sizə dediklərimi sizin yadınıza salar.

Bu günki incilin mətni:

«و انابت طالبن من ببی وخین پارقلیطا بت یبل لوخون دپئش عمو خون هل ابد.»

(Yuhənna İncili 14: 16)

»I will ask the Father and he will give you another to be your Advocate, who will be with you for ever«.

Səhih tərcümə: Mən atadan istəyirəm ki, Parqalitanı sizin tərəfinizə göndərsin ki, həmişə sizinlə olsun.

Bu günki incilin mətni:

«این ایمن داتی پارقلیطا هود انا شادورون لکسلوخون من لکس ببی...»

(Yuhənna İncili 15: 26)

»But ühen your Advocate has come whom I will send you from the Father«

Səhih tərcümə: Farqəlita o zaman gələcəkdir ki, mən onu atanın yanından sizin tərəfinizə göndərəm.

Bu günki incilin mətni:

«إلا این شر رامرنلوخون ریقخ لوخون داین ازل ان یراین لا أذلن پارقلیطا لا اتی لوتخون این دین ازل اشاذری لوتخون»

(Yuhənna İncili 16: 7)

»I tell you the truth: it is for your good that I am Leaving you. If I do not go, your Advocatte will not come, whereas if I go. I will send him to you«.

Səhih tərcümə: Mən sizə düz deyirəm ki, mənim getməyim sizin üçün faydalıdır. Çünki əgər getməsəm Farqəlita sizin yanınıza gəlməyəcəkdir, amma əgər getsəm, onu sizin yanınıza göndərərəm.

Bu günki incilin mətni:

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

Qeyd olunan ayələr Parqalita adlı bir şəxsin gəlməyini müjdə vermişdir ki, o Məsihdən sonra gələcəkdir. Nəsranilər də onu gözləyirmişlər. Bir qurup Məsihilərin iddiaları buna açıq- aşkar sübutdur ki, deyirlər: Parqalita İncilin mövududur. (Yəni incil onun gəlməsini vədə vermişdir).

Parqalitanı iddia edənlər və onu gözləyənlər

Vilyam Mayr, Məsihi tarixçisi 1848- ci ildə Çap olmuş Lobbuttarix kitabının ikinci fəslinin üçüncü babında yazır: "Bəziləri deyiblər ki, Mentis, Farqəlita yəni Ruhulqüds olmağını iddia etdi. Pərhizkar və ibadətli bir şəxs olduğu üçün xalq onu qəbul etdi və ona iman gətirdilər. Sehirbaz bir şəxs olan Mentis 177-ci ildə iddia etdi ki, "mən Məsihin xəbər verdiyi Farqəlitayam."

Həmçinin deyir: "Yəhudi və Nəsranilər Məhəmmədin zamanında gəlməyi xəbər verilmiş Parqəlita Peyğəmbəri gözləyirdilər. Elə buna görədə Məhəmmədin xeyrinə münasib bir zəmin yarandı və o dedi: "Mən incilin vədə verdiyi Parqalitayam".

Həbəşə Padşahı Məsihi Nəcaşi Məhəmmədin məktubunun cavabında dedi: Bu vədə verilmiş Peyğəmbərdir ki, kitab əhli onun intizarındadır.

Rumun Qeysəri də Məhəmmədə olan məktubunda yazdı: "Bilirdim ki, İsadan (ə) sonra Peyğəmbər zühur edəcək, amma güman etmirdim ki, ərəblərdən olacaqdır, xəyal edirdim ki, Şamatdan zühur edəcəkdir."

Məsihilərin arasında "yeni nur" və "ilham" iddiası edən neçə nəfər tapıldı. Onlardan bəziləri:

Rum əhalisindən olan Hermas. Sonradan İranda İranlı Məsihiərindən olan Mani Vəqqaş nəsraniliyi seçib və elə bir məqama yetişdi ki, "kahinlərin rəisi" adlandırıldı. Sonralar zərdüşt əqidəsini ixtira etdi və özünu vədə verilmiş Farqəlita adlandırdı.

Bax: Nəzai mizqani, Camaləddin Məsihi: səh 252, Nuri cahan nəşriyyəsi, Tarixi kilisa, Miler, layziq (Alman), Avqust press nəşriyyəsi 1931.

Parqalita

Parqalita kəlməsi, süryani kəlməsidir ki, əslində (çox bəyənilmiş və təriflənmiş) mənasında olan Priqlitus yunan kəlməsindən tutulmuşdur ki, ərəb dilində Məhəmməd ya Əhməd mənasını daşıyır. Amma İslamdan sonra tərcümə olan İncillərin mütərcimləri Parqəlita kəlməsini Paraqlitus kəlməsindən tutulmasını iddia edərək onu "təsəlli verən" mənasında tərcümə ediblər. Bu günkü tərcümələrdə Parqalita yerinə "təsəlli verən" kəlməsi işlənmişdir.

Əgər Parqalita kəlməsini əslində Priqlitus kəlməsindən tutulmasından göz yumaq və onun çox bəyənilmiş mənasında olmağını nəzərə almayaq, və onu Paraqlitus kəlməsindən tutulub, təsəlli verən mənasını qəbul edək, yenə də bu kəlmə elə bir Peyğəmbərin gəlməsindən xəbər verir ki, Bəşir (Behişti müjdə verən) və nəzir (cəhənnəmdən qorxudan) bir Peyğəmbərdir.

Tövrat və İncil kitablarında "təsəlli verən" tərcümələrini, kahinlər "Sədaqət ruhu" və ya "Ruhulqüds" mənasına təfsir etmişlər.

14- cü babın 16- cı ayəsində təsəlli verən kəlməsindən sonra gəlmişdir: Yəni düzlük (və sədaqət) ruhu ki, cahan onu qəbul edə bilməz. Həmin babın 26- cı ayəsində həzrəti İsa (ə) həvarilərə müraciət edərək belə buyurur: "Bu sözləri sizə dedim; sizinlə olan zaman; lakin təsəlli verən (burada tez təfsir edir) yəni Ruhulqüdüs ki, ata onu mənim adımla göndərər". Həmçinin 15- ci babın 26- cı ayəsində "Təsəlli verən" Atadan sadir olan düzlük ruhu" mənasına təfsir edilmişdir. Görürük ki, təsəlli verən kəlməsini düzlük ruhu ya Ruhulqüdüs mənasına təfsir etməklə istəyiblər ki, camaatı həqiqətdən uzaqlaşdırsınlar. Bəli, kahinlər, həmişə istəyirlər Əhməd və Məhmud və təsəlli verənin gəlməsinin üzərunə pərdə çəksinlər və bu təfsirlərlə Məsihiyyət cəmiyyətinin zehnlərini haqqdan münhərif etsinlər.

Ruhul- qüdüs nə zaman zühur edəcəkdir?

Qeyd olunmuş ayələrə və kahinlərin "Təsəlli verən" kəlməsini təfsir etmələrinə nəzər salaraq, bu sual qarşıya çıxır ki, Məsihilərin əqidəsinə görə mücəssəm olan və Ruhulqüds sürətinə düşən Allahın həyatı əgər İsanın (ə) ölümündən sonra ona veriləcəksə o vaxtdan qabaq Pərvərdigarın zatı ruhsuz imiş?

İncildə gəlmişdir: "İsanın (ə) şagirdləri ona dedilər: Sən bizi ruhulqüdsla doldurubsan".

Yeri var idi ki, şagirdlər İsadan (ə) soruşsunlar. Sən özün ruhsan, bizi ruhulqüdüsla doldurubsan və biz Ruhulqüdsün qüvvəsi ilə pəlid və pis ruhları xaric etməyə qadir olmuşuq. Bəs gəlişinə vədə verdiyin ruh nədir? Bizə gəlişindən qabaq ona iman gətirməyə tövsiyə etməyin mənası nədir?

Təəccüblüdür ki, İsaya (ə) deməyiblər ki, əgər biz Ruhulqüds ilə dolmamışıqsa və ona iman gətirməmişiksə, bəs nə üçün mələkutun qapısının kilidi olmuşuq?

Əgər Ruhulqüdsdən məqsəd, vəhy gətirən və Allahla Peyğəmbər arasında vasitə olan mələkdirsə və o Ruhulqüdsün gəlməyi İsanın getməyinə bağlıdırsa, bəs nə qədər ki, İsa (ə) getməyib onun gəlməyi mahaldır və nəticədə İsanın (ə) Peyğəmbər olmağı da mümkün olmayacaqdır.

Günahdan pis üzr

Almanıyalı kahin, Papas Finder Mizanul- həqq (həqqin ölçüsü) (səh 189) kitabında deyir: Məsihin həvarilərə vədə verdiyi Ruhulqüdsün nazil olmağından məqsəd, onun nazil olmağı deyil ki, deyilsin Ruhulqüds onunla (İsayla) birdir; məqsəd xüsusi bir nazil olmaqdır ki, həvarilərdən qabaq heç bir peyğəmbərlərin onu qəbul etməyə kəmalı və qüvvəsi olmamışdır. Buna əsasən həvarilərin nübüvvət məqamı qabaqkı peyğəmbərlərin hamısından hətta İsanın (ə) özündən də yüksəkdir.

Ruhulqüdsə nə ehtiyacımız var?

Yenə bu sualın yeri vardır ki, şagirdlərdən həzrət İsaya (ə) desinlər: Sən ki, Allahın oğlusan, hətta Allahın özüsən, lakin bu cismi və bəşəri libasa giribsən ki, öz bəndələrinə daha da yaxından məhəbbət bəsləyəsən, bəs nə üçün özün birbaşa bəndələrinə bu lütf və məhəbbəti şamil etmirsən və onu Ruhulqüdsə həvalə edirsən, halbuki, Ruhulqüdsü sən özün göndərəcəksən ki, həmişə bizimlə olsun?

Bunların hamısı İsa (ə)- ın bəşarət verdiyi və onun dinini kamil edən peyğəmbərin gəldiyini açıq- aşkar bəyan edir, necə ki, İsa (ə) buyurur:

Hər bir şeyi sizə öyrədəcək və sizə dediklərini (həqiqi məsihiyyəti) sizə xatırladacaq. (Yuhənna incili: 14, ayə 15)

[2] - Yövmuddardan məqsəd Pentika günüdür. Məsihilərin əqidəsinə görə, Ruhulqüds bu gün şiddətlə və kamil şəkildə külək əsməsi kimi həvarilərə nazil olur. Onlar vədə verilmiş Farqəlitanı da həmin günə təfsir ediblər. (əmale- rəsulan bab 2: 1- 12)

[3] - Yuhənna incili, ikinci bab 16: 7

[4] - Birinci incildən məqsəd Mətta incilidir. O incilin üçüncü babında Yəhya Peyğəmbərin (ə) bütün Yəhudilərin, Fersiləri və Səduqiləri təmid verməsindən danışır. 16- cı ayənin sonunda İsa (ə)- ın təmidini bəyan edir və 17- ci ayədə deyir: "Amma İsa elə ki təmid tapdı, sudan qırağa gəldi və o zaman göy onun üçün açıldı və Allahın ruhunu gördü ki, göyərçin kimi nazil olub onun tərəfinə gəlir." Amma təmid, kilsənin yeddi müqəddəs qanunlarından biridir və məsihiyyətin böyük vaciblərindən sayılır. O, iki növ qüsldür:

1. Meyyit təmidi. 2. Müqəddəs təmid; bu təmid xüsusi dəb- dəbə ilə keşişin iştirakı ilə kilisənin tərəfindən icra olunur; məsihiyyət cəmiyyətinə daxil olmaq istəyən şəxsin barəsində xüsusi dua oxunur. Bununla təmid olunmuş şəxs nəcasət və napaklıqdan xaric olub təharət və paklığa daxil olur. Provaslav kilisəsi deyir: "Allah səni bağışlasın". Amma katolik kilisəsi deyir "sənin günahlarını bağışladım".

Əhdi cədiddə (İncildə) təmid əhdi ətiqdəki (Tövratdakı) xitnə kimidir. Məsihilərin çoxlarının əqidəsinə görə uşaqların təmidi vacibdir. Katoliklər deyirlər: Əgər körpə uşaq təmiddən qabaq ölə, axirət səadətindən məhrum olacaqdır. (tarixi istilahati kilisa səh 60). Bu əqidə Mətta incilində uşaqların barəsində gəlmiş mətləblə ziddir: "Kiçik uşaqları buraxın və qoyun mənim (İsanın) yanıma gəlsinlər; çünki göyün mələkutu bunların mislindəndir. (Mətta incili, bab 19, ayə 14)

Cəmaləddin Məsihi Nəzai məzanidə (səh 47) deyir: "Həqiqi kilisəyə girmək üçün təmid qüslü kifayət deyil, gərək Ruhulqüds qüslü verilsin".

Nəsranilər İordaniya çayında təmid etməyə böyük dəyər verirlər, çünki, Mətta deyir: Yəhya (təmid verən) İsanı (ə) orada təmid berdi.(Mətta incili 3: 15)

Əllamə Yəhya Nuri deyir: Tədqiqatçıların əqidəsinə görə Məsihilər bu sünnəni Hindulardan götürüblər. (İslam və əqaid və arae bəşəri, səh 464)

[5] - Mətta bab 3, ayə 16

[6] - Mətta incili, bab 10, ayə 1

[7] - Luqa incili, bab 9, ayə 1