SƏQİFƏ HADİSƏSİ
  • Başlıq: SƏQİFƏ HADİSƏSİ
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 18:28:58 1-9-1403


SƏQİFƏ HADİSƏSİ

Böhranin Başlanmasi

Peyğəmbərin (s) qəlblər yandıran vəfatı bir dəstəni heyrətləndirdiyi kimi, digər bir dəstəni də Peyğəmbərin qabaqcadan ehtimal verdiyi kimi əl-ayağa saldı. Həzrətin xəstəliyi şiddətlənən gündən, öləcəyini ehtimal verib qüdrəti ələ keçirmək istəyənlər başlarında qorxulu fikirlər daşıyirdılar. Bu xəbər yayıldıqdan sonra Peyğəmbərin (s) dəfni haqqında azca da fikirləşməyib, həzrətin buyruqlarına azacıq e`tina etmədən ümmətin məsləhəti, xeyri ünvanıyla şura qurdular ki bu yolla Allahın son Peyğəmbərinin ümmətini rəhbərsiz yol getməkdən qoruya bilsinlər!! Onların iddiasına görə, həzrət ümmətin hidayəti üçün özündən sonra heç kəsi seçməmişdi, yaxud seçdiyi adam öz yaxınlarının içində sevilmədiyi üçün rəhbərliyin öhdəsindən gələ bilməzdi.[1]

O günlərin danışıqları gizli sirləri ifşa etdi. Qohumluq və qəbilə təəssüblərinə, eləcə də cəhalət düşüncələrini yenidən canlandırdı.. Məlum oldu ki, islam tərbiyəsi bəzi təzə müsəlmanların qəlb və fikirlərinə hələ də təsir etməmiş, sadəcə olaraq cahiliyyət əqidələri onların üzlərinə pərdə kimi çökmüşdür.[2]

Ənsarın tanınmış şəxsiyyətləri Ömərin Allahın Rəsulunun (s.ə) vəfatını inkar edən qışqırıqına fikir verməyərək, Əbu Bəkrin Mədinəyə yetişdiyi vaxta qədər Səqifədə* (Xəzrəc tayfası başçılarının məxsus danışıq yeri) bir yerə yığılaraq Peyğəmbərdən sonra müsəlmanlara başçılıq edəcək rəhbər barəsində danışığa başladılar. Onların fikrincə, hədəf barəsində düşünmək üçün əlverişli bir vaxt idi. Belə ki, Allahın Rəsulunun (s) ailəsi, seçılmiş səhabələri, o cümlədən Salman, Əbu Zərr, Miqdad və...belə bir zamanda müsibətə giriftar olmuş, Peyğəmbərin dəfninə hazırlıq işləri görürdülər. Belə bir şəraitdə şəhərin ən böyük (Ovs və Xəzrəc) tayfaları Sə`d ibn Ubadə kimi birini müsəlmanların işlərini idarə etməyə seçə bilərsə, artıq rəhbərlik fikrində olan digərləri üçün heç bir yer qalmayacaq, yaxud aşağısı hakimiyyətin bir hissəsi onların payına düşəcəkdi.

Ənsar başçıları və Mədinə əhlinin Əli ibn Əbi Talibin (ə) rəhbərliyi barədə fikirləri və belə tələsik yığıncaq təşkil verməklə hansı məqsədləri güdmələri haqda ayrıca bəhs olacaqdır. O ki qaldı burada deməyə:

1)Ovs və Xəzrəcin bəzi başçıları arasında rəhbərlik sevdasında olub Əli ibn Əbi Talibin (ə) iş başına gəlməsinin qarşısını almaq üçün Səqifə yığıncağına gələnləri nəzərdə almasaq, bir çoxu belə bir fikirdə deyildi. Ən çətin anlarda müşrüklərin qarşısında Peyğəmbəri müdafiə etmiş, evləri, malları və canlarını onun yolunda verib mühacirləri himayət edən Mədinə əhli Peyğəmbərin Əli ibn Əbi Talibə (ə) itaət etmə əmrinə fikir vermədən elə bir yığıncaqda iştirak edənlərdən deyildilər. O anda ənsarın çıxışlarına diqqət etdikdə məlum olur ki, onlar nə mühacirlərin tutuduğu işin, nə də Peyğəmbərin vəsiyyəti qarşısında hərəkət etmək istəmirdilər.

Onların Əli ibn Əbi Talibin (ə) digər səhabələrdən üstün olması barədə heç bir şəkkləri yox idi və ondan başqa heç kimi rəhbərliyə laiq bilmirdilər.[3] Bundan əlavə, bəzi mühacirlərin Qədirdən Mədinəyə qədər nifaqla dolu olan rəftarı, Peyğəmbərin (s.ə) canişini məqamını ələ keçirmək üçün siyasi bir hərəkətdən də xəbər verirdi. Bundan əlavə, Allahın Rəsulundan (s) dəfələrlə eşitmişdilər ki:

ستلقون بعدى اثرة فصبروا حتى تلقون على الحوض

Məndən sonra inhisarçılarla qarşılaşacaqsınız...Məndən sonra əzablar görəcəksiniz. (Bu zaman ) qiyamətdə Mənimlə görüşənə qədər səbr edin.[4] “Yaxın gələcəkdə qaranlıq fitnələr ümmətimə üz gətirəcək və siz ənsar öz hüquqlarınızdan məhrum olacaqsınız.[5]

Elə buna görə də ənsar heç bir halda mühacirlərin qüdrətə yetişməsinə razı deyildi. Onlar Əlini (ə) mühacirlərdən bilsələr də düşmən və rəqib saymırdılar. Lakin bir baxımdan onun və digərlərinin ənsar üçün heç bir fərqi yox idi. Belə düşünürdülər ki, Peyğəmbərdən sonra ənsardan savayı iş başına gələn hər bir kəsə Əli belə olmuş olsa, onları himayə, yaxud mühacirləri ənsarın hüquqlarına riayət etməyə məcbur etmək çox çətin olacaqdır.

2) Mühacirlərin siyasi hərəkətlərini görən bir çox ənsar, Əli ibn Əbi Talibin (ə) imamət edə bilməsini qeyri-mümkün sayırdı. Belə olduqda Peyğəmbərin (s.ə) ənsar haqqında olan məqsədlərinə qiymət verməyən bir dəstə adam iş başına gələcəkdi. Onlar bu işin həyata keçəcəyinə inanır, digər tərəfdən də öz çox saylı cəmiyyətlərinə arxalanaraq Əhli-beyt və Əli ibn Əbi Talibin (ə) himayəsi ilə qüdrət eşqində olan nüfuzlulara üstün gələ biləcəklərinəsə inanmırdılar. Sonradan da bu işi həyata keçirməyə baş qoşmamalarına səbəbi də bu idi.

Onlar belə düşünürdülər ki, Əli ibn Əbi Talib iş başına keçmədikdə, mühacirlərin iş başına gəlməsi üşün ənsardan heç bir üstünlüyə malik deyildir. Digər tərəfdən, peyğımbərin (s) ənsar haqqında dediyi təriflər bu fikri təsdiqləyirdi. Həzrət dəfələrlə onların haqqında dua edərək: “İlahi, ənsarı, övladlarını və gələcək nəsillərinə rəhmət et![6] Əgər camaat bir yolla, ənsar başqa bir yolla gedərsə, Mən ənsarın getdiyi yolla gedərəm!” (buyurmuşdu.)[7]

Elə buna görə də özlərini xilafətə başqalarından irəli bilir, lakin bu məsələyə diqqət etmirdilər ki, ilk növbədə Peyğəmbərin canişini mövzusu insanların öhdəsinə buraxılmayıb, digər tərəfdən özləri möhtac və islamdan qabaq bir-birləri ilə düşmən olmuş, islamın onların boynunda olan haqqı, onların Peyğəmbərin boynunda olan haqqındandan qat-qat böyükdür və yaxşı olmazdımı ki, bu gün Onun canişini məqamını kəsb etməklə öz müzdlərini islam və Allahın Rəsulundan geri istəmiş olsunlar?!

3) ənsar belə bir qərar qəbul etmək üçün özünü yad bilmirdi. Onlar belə göstərirdilər ki, Peyğəmbərin canişinini məsələsi digər ictimai işlər kimi, tayfanın başçıları arasında olan danışıqla baş tutmalıdır. Dəlilləri də Peyğəmbərin (s) böyük işlərdə Mühacir və ənsarla məşvərət etməsi idi. İndi də tayfa başçıları öz aralarından başçı seçməklə hökumətin taleyini həll edə bilərdilər.

Ovs və Xəzrəc tayfalarının çox qaranlıq və acı keçmişi vardı. Lakin indi müştərək mənfəət, yaxud rəqib qarşısında müştərək müdafiə onları Bəni-Saidə kölgəliyinə yığmışdı, onlar qorxduqları gələcək üçün qərar qəbul etmək istəyirdilər.

Hər halda, onların olduqları mövqelərini və mənfəətlərini qorumaq üçün atdıqları düşünülməmiş addımı, islam tarixində ən böyük fitnənin və müsəlmanlar arasında heç zaman birləşməyən ictimai ayrılığın təməlini qoydu. Buna görə də Allahın Rəsulunun (s) buyuruğunun əksinə atdıqları düşünülməmiş addıma görə xilafətdən həmişəlik məhrum oldular.



[1] Bu düşüncənin sənəd və sүbutlarını gələn bəhslərdə tanıyacağıq.

[2] “Fүruği-vilayət”, səh. 161.

*Səqifə üstü bağlı karvansaraya bənzər bir yer olnuşdur. Bu yer хəzrəclilərin yığıncaq keçirdikləri yer idi. Bu tayfanın birinci böyüyü Səadət ibn Kə`b, sonra isə Sə`d ibn Ubadə idi. Bəni Saidə Səqifəsi ады ilə məşhur olubdur. (“Möcəmul-buldan”, 3-cü cild, səh. 104). Bəni Saidə Xəzrəcin nəsillərindən biridir.

[3] “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, 13-cü cild, səh. 23, 14-cü cild, səh. 200 və 251.

[4] “Səhihi-Buxari” 2-ci cild, səh. 224-225.

[5] “Shihи-Бuxari” 8-ci cild, səh. 86-dan, “Əl-mәğazi” 12-ci cild, səh. 113, “Sünənи-Иbn Macə”, 2-ci cild, səh. 130.

[6] “Əl-musnəf”, Əbdul-Rəzzaq ibn Həmmam, 11-ci cild, səh. 62.

[7] Јенә орада. сəh. 59.

*Sə`d ibn Duləym ibn Harisə ibn Әbi Xuzəymə Bəni Saidə tayfasından вә Xəzrəҹ qəbiləsinin başçısıdır. O, cahiliyyət zamanı yazı bilənlərdəndir. O, “Əqəbə əhdi” zamanı Mədinə əhlindən olan yetmiş nəfərlə birlikdə iman gətirmişdir. Bədr müharibəsi istиsna olmaqla bütün müharibələrdə iştirak etmişdir. (“Əт-təbəqatül-kübra”, 3-cü cild, səh. 613.) Səxavətli adam olmuşdur. Peyğəmbərin (s) Mədinədə olduğu on il müddətində hər gün O həzrət və ailəsi üçün yemək göndərmişdir. Şeyx Səduqun dediyinə görə, o xilafəti özünə istəməmiş, camaatın fikrini Əli (ə) tərəf yönəltmək istəmişdir. Oğlu Qeys şücaət, səxavət, еләҹә дә һәzrət Əli (ə) və əziz oğluna olan dostluqda məşhur idi. Müaviyə ilə olan yazışmalarından, imam Həsənə (ə) qarşı olan sədaqət və fədakarlığından, Müaviyəyə olan kinəsimdən bu qənaətə gəlmək olar. (“Həsən kist”, (Həsən kimdir) səh. 125).