ELM VƏ ALIMIN ŞƏHADƏT VERMƏSI
  • Başlıq: ELM VƏ ALIMIN ŞƏHADƏT VERMƏSI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:55:28 1-10-1403


Quran

"(Kitab əhlindən Abdullah ibn Salam kimi) elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun (möminlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər."[1]

"Və elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!"[2]

"(Ya Rəsulum!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər)."[3]

"(Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan)."[4]

Hədis

Allahın Rəsulu (s): Elm, islamın həyatı və imanın sütunudur.[5]

İmam Əli (ə): İman və elm, iki doğma qardaş və iki ayrılmaz dosturlar.[6]

İmam Rza (ə) Məhəmmədin (s) Peyğəmbərliyinin isbatı barəsində başqa dillərin ardıcılları ilə danışıq edərkən: Onun Peyğəmbərliyinin əlamətlərindən biri odur ki, o yoxsul bir yetim və muzd alan bir çoban idi, heç bir kitab öyrənməyib və heç bir müəllim yanına getməmişdi. Belə bir zamanda (halda) elə bir Quran gətirdi ki, onda Peyğəmbərlərin dastanları və onlarla əlaqədar olan məlumatlar kəlməbə- kəlmə mövcuddur. Həmçinin keçmişin və qiyamət gününə qədər olan gələcəyin xəbərləri onda mövcuddur.[7]



[1] - Səbə surəsi, ayə 6

[2] - Həcc surəsi, ayə 54

[3] - Ənkəbut surəsi, ayə 48

[4] - Şura surəsi, ayə 52

[5] - Kənzul- ummal, cild 10, səh 181, hədis 28944

[6] - Qürərül- hikəm, hədis 1785, Üyunul- hikəm vəl- məvaiz, səh 22, hədis 154

[7] - Üyuni əxbarir- Riza, cild 1, səh 167, hədis 1 Əttövhid, səh 429, Əlehticac, cild 2, səh 418, hədis 307, Biharul ənvar, cild 10, səh 309, hədis 1