IZZƏTLI ÖLÜMÜN ZILLƏTLI ÖLÜMDƏN ÜSTÜNLÜYÜ
  • Başlıq: IZZƏTLI ÖLÜMÜN ZILLƏTLI ÖLÜMDƏN ÜSTÜNLÜYÜ
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 23:34:9 1-9-1403


IZZƏTLI ÖLÜMÜN ZILLƏTLI ÖLÜMDƏN ÜSTÜNLÜYÜ

İmam Əli (əleyhissalam) öz ordusu ilə Müaviyə qoşununu məğlub etməkdən ötrü Kufədən çıxdı Müaviyə ordusu da 58 min nəfərlik döyüşçü ilə Siffeyn torpağına yetişərək ilk növbədə Fərat su yolunu (yeganə məhəll idi su götürmək üçün) işğal edib tutdu. Əbul Əvər Əsləmini də qırx min nəfərlə həmin su yolunu qorumaqdan ötrü ora göndərdi. Beləliklə su yolu Əli (əleyhissalam)-ın ordusunun üzünə bağlandı. Əmr As Müaviyənin bu işini xoşlamayıb ona dedi: Əli (əleyhissalam) elə bir adam deyil ki, siz su içib sirab olasınız, lakin o susuz qalsın.

Əli bura başqa bir hədəf üçün gəlmişdir. Lakin Müaviyə Əmr Asın sözünə qulaq asmayıb su götürülməsini qadağan etdi

Fəratın tutulması xəbərini Əli (əleyhissalam)-a çatdırdıqda Həzrət Səsət ibni Suhanini çağıraraq onu Müaviyənin yanına göndərdi ki, ona desin biz söhbət və hüccəti tamam etməzdən qabaq müharibəyə başlamırıq və su yolunun sən tərəfdən bağlanması isə müharibə elan etmək üçün ilk tutarlı bir dəlildir.

Səsəə İmamın sifarişini Müaviyəyə çatdırdıqda Müaviyə öz əshabı ilə məşvərət etdi. Vəlid ibni Üqbə ilə Abdullah ibni Səid dedilər: “Suyu onların üzünə mütləq bağlamaq lazımdır ki, susuzluqdan ölsünlər.” Müaviyə də bu fikirlə razılaşdı. Bu zaman Əbul Əvərə su yolundan tamamilə müvazib olmaları sifarişini göndərdi.

Bu vaxt Həzrət Əli (əleyhissalam) öz ordusu üçün aşağıdakı mövzuda bir xütbə buyurdu: Ey Camaat!

Müaviyənin ordusu su yolunu bağlamaqla sizə müharibə elan etmişdir. İndi siz iki yol ayrıcındasınız, ya zilləti qəbul etməli ya da qılınclarınızı o cinayətkarların qanı ilə bulaşdırmalısınız.

Bu zaman özünün çox dərin və məşhur cümləsini buyurdu:

Əgər məğlub olub onların önündə diz çöksəniz, alçaq və zillətli ölümü qəbul etmisiniz, yox əgər bu yolda iftixar və izzətlə can versəniz, əbədi həyata qovuşacaqsınız. Bilin ki, Müaviyə bir qrup günahkar, yoldan azmış və qara qəlbliləri döyüş meydanına gətirərək həqiqəti onlardan gizlətmişdir ta bu bəxti dönmüşlər öz boğazlarını sizin ölüm saçan zizələrinizə tuş etsinlər.

İmamın bu cəzzab və çox mənalı sözlərinin müqabilində əsgərlər özlərinin bu döyüşə hazır olduqlarını bildirdilər. Daha sonra dörd min nəfər qoşun Malik Əştərin başçılığı altında cəbhəyə sarı göndərildi. İmamın özü də qalan ordu ilə hərəkət etdi. Su yolunun kənarında şiddətli döyüş başladı. Nəticədə Müaviyə ordusunun minlərlə nəfəri əldən verməklə geri çəkildi və Əli (əleyhissalam)-ın ordusu su yolunu tutdu.

Bu zaman Əli (əleyhissalam)-ın əshabı Həzrətə gəl biz də suyu Müaviyə ordusu üzünə balğlayaq deyə təklif etdikdə İmam Əli (əleyhissalam) buyrudu: “Yox qoyun sudan istifadə etməkdə azad olsunlar. Biz nadanların işini görməyəcəyik.”

Sizin vəzifəniz İslam və Quranı düşmənə anlatmaqdan ibarətdir ki, onları düz yola hidayət və dəvət edəsiniz . Əgər qəbul etdilər ki, heç, əks halda Allahın istəyi ilə qılıncla onlara layiqincə cavab verəcəyik.”

Müaviyə ordusu sudan istifadə etməkdə azad olduqlarını bildikdə su götürmək üçün dəstə dəstə Fərat çayına tərəf axışdılar!

Bəli İmam Əli (əleyhissalam) hətta bu cür vəziyyətdə belə mərdlik və ülvi məqamından çıxmırdı və çıxmadı da.