MÜBARIZƏ VƏ CIHAD ALOVU (1)
  • Başlıq: MÜBARIZƏ VƏ CIHAD ALOVU (1)
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 2:18:13 4-9-1403


MÜBARIZƏ VƏ CIHAD ALOVU (1)

"Nə üçün keçmiş nəsillərdə ağıl düşüncə sahibi olan bir dəstə ayıq adam olmayıb ki, ictimai əxlaqsızlıqla mübarizə etsin". (hud surəsi ayə 116)

Vaxtı ilə Həzrət Məhəmməd (s) cəhalət və mədəniyyətsizlik girdabında qərq olmuş ərəblərə izzət və şərəf vermişdi. Qız uşaqlarını diri-diri torpağa basdırmaq kimi qəddar cinayətlər, çıplaq halda Məkkəni ziyarət etmək kimi mədəniyyətsizlik edən və kərtənkələ yeyən ərəblərin o zaman başı yalnız qəbilə müharəbələrinə qarışmışdı. Onlar məhz İslamın sayəsində hörmət, mədəniyyət və aramlıq qazandılar. İslamın gəlişindən qısa müddət sonra onların səsi artıq şimalda İrandan, Şərqdə Hindistandan, qərbdə isə İspaniyadan gəlirdi. Sıravi insan islamı qəbul etməklə öz şəxsiyyətində ki, boşluğu dolduraraq, milliyyətdən, yerli-pərəstlikdən qat-qat uca olan bir mənlik Müsəlmanlıq siması qəbul etdi. Yeni sima o qədər güclü idi ki, insanlar nəinki keçmişlərindən xəcalət çəkirdilər, hətta Allahın mərhəməti sayəsində hidayət olunduqlarına görə fəxr edirdilər. Müsəlman olmuş insanlar öz keçmiş əqidəsinə tamamilə laqeyid halda, yeni elm və mədəniyyətə öz töhfələrini verirdilər.

Təəssüf ki, Peyğəmbər (s) və həzrət Əlinin (ə) vəfatından sonra İslam xilafətinin səltənətə və irsi hakimiyyətə çevrilməsi, nəticədə bu əhval-ruhiyyə ardan qalxmağa başladı. Hicrətin 40-cı ilindən 60-cı ilinə qədər keçən 20 il ərzində, məqsədəuyğun sürətdə həyata keçirilmiş təhriflər qarşısında da İslam bütünlüklə məhv olmaq təhlükəsi ilə üzləşdi. Ən dəhşətlisi də budur ki, İslamdan uzaqlaşma siyasəti elə İslam pərdəsi altında həyata keçirilirdi. Müsəlmanları aşkar şəkildə İslamdan uzaqlaşdıra bilməyəcəklərini dərk edən Əməvilər müsəlman şəxsiyyətini məhv etmək yolunu əlverişli sandılar. Peyğəmbəri (s) görmüş səhabələrin tədricən qocalaraq dünyadan köçməsi də bu planın həyata keçirilməsinə şərait yaratdı. 20 il ərzində yeni nəsl hüseyn (ə)-ın atasının buyurduğu kimi "öz ata-analarından çox zəmanələrinə oxşayan" insanlar yetişdirildi. Və İmam Hüseynin (ə) İslam ümmətinə xidməti bundan ibarət oldu ki, o, itməkdə olan müsəlman şəxsiyyətini bərpa etdi. Hüseyn (ə) Əməvi hakimiyyətinin ruhunda böyümüş gənclərin vicdanını oyatdı, özündən sonra yaşayacaq insanların gözü qarşısında həmişə yaşayacaq haqq meyarı, ədalət tərəzisini ucaltdı. Belə ki, imam Hüseynin (ə) şəhadətindən sonra Mədinə əhalisi qəflət yuxusundan ayılaraq dedilər: "Qəribədir, Hüseyn, -peyğəmbər balası öldürüldü, görəsən nəyə görə?" Xilafat mərkəzi olan Şama gedib məsələni öyrənməliyik. Onlar bir neçə nəfərdən ibarət olan heyəti Şama göndərdilər. Heyət Şamda xəlifə ilə görüşdü və məsələni tamam xırdalıqları ilə öyrənib Mədinəyə qayıtdı. Mədinə əhalisi vəziyyətin necə olduğunu soruşduqda: "Soruşmayın biz Şamda olarkən göydən daş yağacağından qorxduq. Biz elə şəxsin yanından gəlirik ki, aşkarda şərab içir və itbazlıq edir. O günahkardır, hətta öz məhrəmləri ilə zina edir". Onlar İmam Hüseynin (ə) "Yezid xəlifə oldusa İslamla vidalaşmalıyıq" sözünün doğruluğunu öz gözləri ilə görüb dedilər: "Hüseynin sözü haqq, özü isə uzaqgörənmiş".

Deməli, Hüseyn (ə) öz məqsədinə çatdı, öz qanı ilə qorxulu yuxuya getmiş cəmiyyəti ayıltdı. Zülmün iç üzünü üçıb göstərdi. Və insanlara tarixdə misli görünməyən fədakarlıq dərsi verdi. İmam deyirdi: "Bunlar məni öldürəcəklər, amma bu gün sizə deyirəm, mənim şəhadətimdən sonra onların hökuməti davam etməyəcək". İmam buyurduğu kimi də oldu.

Hüseyn (ə)-ın bu inqilabı Kufəliləri də ayıltdı. Onlar Aşura faciəsindən bir az sonra İmam Hüseynin (ə) intiqamını almaq şüarı altında qiyama qalxdılar. Əvvəlcə Süleymanın rəhbərlik etdiyi "Təvvabin" hərəkatının dalğası qopdu. Əvvəlki xəyanət və cəsarətsizliyini yerə qoymuş minlərlə Kufəli son damla qanına qədər döyüşüb şəhid oldu. Bundan azacıq sonra Əməvilər sülaləsinin təməllərini titrətmiş Muxtar qiyamı başladı. Xəyanət və süstlükdən peşiman olmuş kufəlilər Aşura faciəsinin canilərini bir-bir tutaraq qətlə yetirdilər. Beləliklə, Aşuradan sonra Kufə büsbütün dəyişərək mübariz əhval-ruhiyyə qazandı. Kufəlilər əsl müsəlman şəxsiyyətini, ölüm qorxusu qarşısında belə, haqqı deyib haqqa əməl edən müsəlman mənliyini yenidən kəsb etdilər. Kufənin o dövr vəziyyəti, əvvəlki və həzrət Əlinin (ə) zamanındakı şəhərin nümunəsi oldu.