İmam Səccad (ə) –ın həyatına bir baxış
Bismillahir-rəmanir-rəhim
Allahın adı ilə
O həzrət hicri-qəməri təqviminin 38- ci ilində Mədinə şəhərində dünyaya göz açmışdır. Atası Hüseyn Əli (ə), anası isə İran şahı Yezdgirdin qızı Şəhrəbanudur. O Həzrət babası Əmirəlmöminin Əli (ə) - ın həyatının yalnız iki ilini dərk edə bildi. Bundan sonra isə, əmisi İmam Həsənin (ə) 10 illik məşəqqətli imamət dövrünün şahidi oldu. İmam Həsənin (ə) şəhadətindən sonra, atası İmam Hüseynlə birgə çiyin – çiyinə, zülmkar Əməvi hökumətinə qarşı mübarizəyə qoşuldu. Hicrətin 61- ci ilində məhərrəm ayının onunda atasının faciəli və dəhşətli şəhadətinin şahidi oldu. Kərbəla hadisəsindən sonra,imamət məqamına nail oldu. Kərbəla vaqiəsinin başqa əsirlərilə birgə şama aparıldı B,uzaman o,bütün əsirlərin ümid yeri və pənahqahı idi. Səfər zamanı kəskin çıxışları ilə yezid hökumətini rüsvay etdi və nəhayət hicrətin 94-cü ilində Mədinə şəhərində Şəhadətə yetdi. Şərəfli qəbri bəqi qəbristanlığındadır. Əziz oxucular, önünüzdəki bu məqalə İmamın (ə) ictimai və siyasi həyatına kiçik bir baxış məqsədi daşıyır və çalışacağıq ki nisbətən əhatəli bir şəkildə sizin diqqətinizə çatdıraq.
İmamın (ə) ictimai və siyasi fəaliyyətini belə xülasələşdirmək olar:
1-kərbəla ideologiyasının təbliğ prinsipi.
2-ədəbi maarifçilik fəaliyyəti.
3- himayə və tərbiyəvi xarakterli fəaliyyəti.
Hər qiyam və inqilab iki əsasdan təşkil olunur. Onlardan biri inqilabın baş verməsi, ikincisi isə bu inqilabın məqsəd və prinsiplərini yaymaq və həyata keçirməkdir. Belə ki, İmamın öhdəsinə düşən vəzifələrdən biridə Kərbəla qiyamının əsas mahiyyətini cəmiyyətə anlatmaq idi. İmam bu fəaliyyəti hətta özünün gündəlik həyatındada görürdü. Tarixi mənbələrin nəqlinə əsasən hər zaman imam (ə) su içərkən gözü yaşla dolurdu. Ondan bunun səbəbini soruşanda, cavabında belə buyururdu: "necə ağlamayım halbuki, səhra vəhşilərinə və heyvanlarına suyu azad qoydular, amma əksinə olaraq onu atamın üzünə bağladılar". Gördüyümüz kimi, o cənabın (ə) başqa bir vəzifəsidə tərbiyəvi və himayəçilik xarakteri daşıyan işləridir ki, onların da ən əsası İmam (ə) tərəfindən idarə olunan tərbiyə mərkəzləridir. Bu tərbiyə mərkəzlərində himayə olunanlar kölələr idilər. Tərixin nəqlinə əsasən İmam heç bir qulu bir ildən çox saxlamazdı. Əgər birini ilin əvvəlində, ya ortasında evinə gətirsəydi fitr bayramı gecəsi azad edərdi, yerinə isə bir qul alıb saxlayardı. Zənci qullara heç bir ehtiyac olmadığı halda, İmam (ə) onları alar və həcc ziyarətində ərafata gətirər və məşhərə köç edən zaman onları azad edərdi. Bu xəbəri eşidən qullar uzaqdan və yaxından sahiblərini tərk edərək İmama pənah gətirərdilər.
Əsirlər keçir, İmam Zeynulabidin (ə) bu işini davam etdirirdi. Bu əməlin nəticəsində Mədinə şəhərinin əhalisinin böyük bir qismini İmamın (ə) azad etdiyi kənizlər və qullar təşkil edirdi. Əsrlər boyu quldarlıq sisteminə qarşı aparılan nəticəsiz mübarizəni islam dininin rəhbərləri bu formada həlledirdilər. Hətta mədəniyyət və incəsənət beşiyi olan qədim roma və yünanıstanda geniş yayılaraq kök salmış quldarlıq sistemini beləcə ortadan qaldırmaq olar. Buna görədirki, islam dini ibadətləri lazımı formada yerinə yetirməyənlərə qul azad etməyi vacib etmişdir. Bu qanun əslində quldarlıq sistemi ilə ən mükəmməl mübarizə metodu idi. İmamın (ə) maarifçilik fəaliyyətlərinə gəldikdə isə demək olar ki, bu sahə onun ən mühüm və önəmli fəaliyyət sahəsi sayılır. Belə ki, İmamın (ə) ömür sürdüyü əsr ən dəhşətli, sıxıntılı və qorxulu zamana təsadüf etdiyinə görə, özünün bir sıra məqsəd və hədəflərini dua və münacat formada bəyan edirdi. "səhifeyi Səccadiyyə"adlanan bu dualar məcmuəsi demək olar ki,müsəlmanlar, xususən əhli- beyt davamçıları üçün quran və nəhcül- bəlağədən sonra ən əhəmiyyətli kitabdır. Keçmiş dövrlərdən alimlər bu kitabı "uxtul quran" və yaxud "zəburu-Ali –Məhəmməd" adlandırıblar. Bu təkcə allahla bəndə arasında olan razu-niyazdan bəhs etmir, bir sıra mədəni, ictimai, siyasi və s. Sahələrə də geniş toxunmuşdur. Hicrətin 1353- cü ilində mərhum Ayətullahul-üzma Mərəşi Nəcəfi bu kitabın bir nüsxəsini Misrin Muftisi əllamə Təntaviyə göndərir. Əllamə Təntavi o kitabı mütaliə etdikdən sonra belə bir cavab yazır: "Bu bizim bədbəxliyimizdəndir ki, indiyə qədər bu qiymətli kitabla tanış ola bilməmişik. Mən, hər nə qədər bu kitaba baxıramsa, bunu bəşər kəlaməndan üstün Allah kəlamından aşağı görürəm".
Deyildiyi kimi bu kitabın bir şox duaları ictimai və siyasi məqsəd daşıyır. Yazımızın sonunda belə dualardan bir neçəsini sizə təqdim etmək istəyirik.
"Ilahi, bu məqam sənin seçilmişlərinə və məxsus bəndələrinə aiddir və bu qalalar və bu qəsrlər yalnız sənin dostlarına aiddir. Amma zülmkarlar, zorla onu qəsb edib sahib çıxıblar. Ta o yerə qədər ki, artıq sənin canişinlərin məğlub olublar. Və eyni zamanda sənin hökmlərinin dəyişilməsinin şahididirlər. İlahi, sənin kitabın əməl səhnəsindən uzaqda qalmış, vacibatın təhrif, Peyğəmbərinin sünnət və təriqəti isə tərk olunmuşdur".
"- İlahi keyfə ədukə və ənə-ənə və keyfə əqtəu rəcai minkə və əntə-əntə.
-İlahi izə ləm əsələkə fətutiyəni, fəmən zəlləzi əsə-luhi fəyutini.
-İlahi izə ləm ədukə fətəstəcibu li, fəmən zəlləzi əduhu fəyəstəcibu li.
- İlahi izə ləm ətəzərrə iləykə fəyərhəmani, fəmən zəlləzi ətəzərrəu iləyhi fəyərhə-muni.
-İlahi fəkəmə fələqtəl bəhra li Musa ələyhisssalam və nəcəytəhu, əsəlukə ən tusəlliyə əla Muhəmmədin və alihi və ən tunəcciyəni mimmə. ənə fiyhi və tufərricə ənni fərəcən acilən ğeyrə əcil, bi fəzlikə və rəhmətikə ya ərhəmərrahimin",
Duanın tərcüməsi:
"-İlahi necə mən sənə üz tutub səndən bir şey istəyim ki, bir haldaki mən mənəm.Bəs necə səndən ümidimi kəsim ki, bir haldaki sən sənsən.
- İlahi, səndən bir şey istəmədikdə sən mənə əta edibsən, bəs, o kimdir ki, mən ondan istəyəm o da mənə əta edə
- -İlahi sənə üz tutub dua etdikdə sən mənə müstəcab edibsən, bəs, o kəs kimdir mən ona dua ettdikdə duamı qəbul edə
- -İlahi mən ağlayıb- sızlamamış mənə rəhm edibsən, bəs, o kəs kimdir ki, mən ağlayıb- sızladıqda mənə rəhm edə.
- -İlahi, necə həzrəti Musa (ə)- ın üzünə. Dənizi yarıb açdın və ona (firondan qurtarmaq üçün) nicat verdin, səndən istəyirəm ki, Məhəmməd və onun əhli beytinə salam və salavat göndərəsən və mənə düçar olduğum müşküldən nicat verəsən və məni tezliklə gecikdirmədən azadlığa və qurtuluşa çıxarasan, öz fəzilət və rəhmətinə xatir ey rəhimlərin ən rəhimlisi".
- Əziz oxucular, müşahidə etdiyiniz ikinci dua isə İmamla Allahin arasında olan münacatdan söz açır Məqatil ibn Süleyman bu duanı nəql edərək deyir: "bu duanı yüz dəfə oxuyan hər bir şəxsin duası müstəcab olar. əks təqdirdə mənə lənət oxusun".