İmam Baqirin (ə)Əbdullah ibn Muəmmər Lisi ilə söhbəti
  • Başlıq: İmam Baqirin (ə)Əbdullah ibn Muəmmər Lisi ilə söhbəti
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 19:51:43 1-10-1403


İmam Baqirin (ə)Əbdullah ibn Muəmmər Lisi ilə söhbəti

Söz candır, əgər bilərsə insan.

M. Fizuli

Əbdullah ibn Muəmmər lisi İmam Baqirin (ə)hüzuruna gəlib didi : Mən eşitmişəm ki,siz siğənin (müvəqqəti nikahın)icazəli olduğunu buyurmusuz.İmam Baqir (ə)buyurdu:Uca Tanrı müqəddəs kitabında (Quran/Nisa surəsi/ayə/24)bu növ evlənməni halal edib.İslam peyğəmbəri onu öz zamanında həyata keçirib və Peyğəmbərin səhabələri onu Peyğəmbərin sünnəti bilərək ,ona əməl ediblər.Əbdullah ərz etdi: Ömər ibn Xəttab müsəlmanlara bu işi etməyi qadağan etmişdir.

Sən öz dost və sahibinin sözenə əməl et,mən isə Peyğəmbərin(s) verdiyi göstərişə əməl edəcəm.-deyə İmam Baqir(ə) buyurdu. Əbdullah söhbəti belə davam etdirdi:Hər hansı bir şəxsin sizin qohumlarınızdan olan qadınların biri ilə siğə etməsindən xoşunuz gələrmi? Ey axmaq ,burada xoşu gəlmək və ya xoşu gəlməmək siğənin icazəli olub-olmadığını sübuta yetirə bilməz.Quranda siğəni halal edərək ,onu öz bəndələrinə rəva qılan Allah səndən və müsəlmanları bu işdən çəkinməyə məcbur edən şəxsdən daha qeyrətlidir.-deyə İmam Baqir(ə) bildirdi- Səndən soruşuram ,sənin qohumlarından olan qadınların bəzisinin Mədinə toxucularından biri ilə evlənməsindən xoşun gələrmi?Əbdullah xoşum gəlməz deyə cavab verdi.Nə üçün Allahın halal buyurduğunu yalnız öz xoşun gəlmədiyi üçün haram edirsən ?-deyə İmam Baqir(ə)soruşdu. Əbdullah tutulmuş halda,onlar bizə tay deyillər,deyə cavab verdi.İmam Baqir (ə)buyurdu: Uca Tanrı toxucunun bu işini bəyənir.Onun imanına və yaxşı əməllərinə görə ,ona behişt hurisi bəxş edir.Amma sən özündənrazı və təkəbbürlü olduğun üçün, toxucuya nifrətlə baxır və onu, yaxınlarından biri ilə ailə qurması üçün bəyənmirsən.

İmam Baqir(ə)-ın güclü dəlilləri qarşısında aciz qaldığını görən Əbdullah məğlub olduğunu etiraf edərək dedi :“Sizin sinələriniz elm ağaclarının çiçəkləndiyi yerdir. O ağacların meyvələri sizin, yarpaqları isə cəmiyyətindir. (Kəşful– ğummə, c.2, səh : 362).