YERSIZ EYB VƏ ONUN RƏDDI
  • Başlıq: YERSIZ EYB VƏ ONUN RƏDDI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 5:23:7 2-10-1403


OTUZ ÜÇÜNCÜ HEKAYƏT

yersiz eyb vƏ onun rƏddi

Əli (əleyhissalam) öz İmamət və rəhbərlik sahəsində bütün ismətlərə ali səviyyədə malik idi. O Həzrətin kinli rəqibləri onda heç bir eyib tapa bilməmişdilər.

Çünki əgər tapsaydılar o eybi bir neçə dəfə böyüdüb şişirdərdilər ki o Həzrətin ali şəxsiyyətinə zərbə vursunlar.

Bir halda ki, Əli (əleyhissalam) təvazökar və xoş xasiyyət eləcə də çox mehriban idi. O, Həzrətdə özünü bəyənmək ya təkəbbür yox idi həm də tağutlar kimi tuluğa hava doldurmurdu hətta ən yoxsul adamlarla belə oturub durur onlara bir dost kimi yanaşırdı. Napak olan Əmr As kimi düşmənləri (onun anası iffətsizlik və napaklıqda məşhur idi) Şam camaatı arasında Həzrət Əli (əleyhissalam)-ın zarafatcıl olması şayiəsini yayaraq dedi ki, bu səbəbə görə o, xilafətə layiq deyildir.

İmam Əli (əleyhissalam) bu şayədən xəbərdar olduqda şiddətlə onu təkzib edib buyurdu:

Napak qadının övladından (yəni Əmr As) Şam camaatı arasında mənim zarafət və əhli-kef olmağımı şayiə etməsi çox təəccüblüdür!

Agah olun, And olsun Allaha ki, ölümü xatırlamaq məni zarafatdan saxlayır, amma əksinə axirəti unutmaq isə onun (Əmr Asın) vücudunda onun yalançılığına bais olubdur.”

Beləliklə düşmənin Əli (əleyhissalam)-ın şəxsiyyətini sındırmaq üçün düzəltdiyi körpünü Həzrət özü sındırdı ki, bu da Əli (əleyhissalam)-ın kamal yüksəkliyinə malik olmasına daha bir tutarlı sübutdur.