İMAMIN QƏTIYYƏTLI OLMASI
  • Başlıq: İMAMIN QƏTIYYƏTLI OLMASI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 11:23:14 2-10-1403


OTUZ DÖRDÜNCÜ HEKAYƏT

İMAMIn qƏtiyyƏtli

olmasI

Osman qətlə yetirildikdən sonra camaat Əli (əleyhissalam)-ı xilafətə təyin etmək üçün o Həzrətə beyət etdilər, Əli (əleyhissalam) ilk növbədə hüccəti tamam edərək öz iş metodunu onlara bildirib buyurdu: Məni öz halıma buraxıb başqasının sorağına gedin. Çünki, əgər mən xilafətə gəlsəm, keçmiş qayda-qanunlar büsbütün dəyişiləcəkdir. Burada əsaslı (inqilabi) islahatlara ehtiyac vardır...

Camaatın onun xilafətə gəlməsi israrını görən Həzrət Əli (əleyhissalam) buyurdu: “Bilin ki, əgər dəvətinizi qəbul etsəm sizinlə öz bildiyim kimi rəftar edəcəyəm. Heç kəsin sözünə ya məzəmmətinə qulaq asmayacağam.

Haqqı qətiyyətlə davam etdirəcəyəm. Bunları dedim ki, indidən biləsiniz, əgər istəsəniz bu şərtlərə əsasən mənimlə beyət edin.”

Camaat dəstə-dəstə axışıb gələrək o Həzrətlə beyət edirdilər. Elə oradaca bir qrup adamın zahirdə beyət etmələri məlum oldu. Ona görə ki, onların dünya malına olan hərisliyi İmamın mövqeyi ilə düz gəlmirdi.

Tarixdə gəlibdir ki, Həzrətlə ilk beyət edən şəxs Təlhə olmuşdur. Belə ki, onun əli şikəst olduğundan elə həmin əli ilə də beyət etdi. Bu hadisənin şahidi olan bir bədəvi ərəb belə dedi:

Çolağın əli ilə başlanan bir iş kamala yetməz.