İMAM ƏLI (Ə)IN MƏMURLARI ZƏKAT YIĞMAĞA GÖNDƏRƏRKƏN BUYURDUQLARINDANDIR
  • Başlıq: İMAM ƏLI (Ə)IN MƏMURLARI ZƏKAT YIĞMAĞA GÖNDƏRƏRKƏN BUYURDUQLARINDANDIR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 11:55:50 2-10-1403


İMAM ƏLI (Ə)IN MƏMURLARI ZƏKAT YIĞMAĞA GÖNDƏRƏRKƏN BUYURDUQLARINDANDIR

İmam Əli əleyhis-salamın öz məmurlarından birini zəkat yığmağa göndərərkən, onunla (pərhizkarlıq, rəiyyətlə mehribanlıq və əli altında olanların və yoxsulların hüquqlarına riayət etmək barəsində) olan əhd-peymanlarındandır .

Öz məmuruma gizlinliklərdə (düşüncəsində) və örtülü işlərində Allahdan başqa olan və görən və Ondan başqa gözətçi və işlərin tapşırılacağı kimsə olmayan yerdə Allahdan qorxub çəkinməyi əmr edirəm.

Həmçinin əmr edirəm ki, üzdə Allahın əmrinə itaət edib gizlin və batində onun əksini etməsin (münafiq və ikiüzlü olmasın). Gizlin və aşkarı və danışıq və davranışı iki cür olmayan kəs əmanəti əda edib (Allahın göstərişini yerinə yetirib) və ibadət və bəndəliyi (riyakarlıq və özünü göstərməklə deyil) saf niyyət və düzlüklə yerinə yetirib.

Ona əmr edərək göstəriş verirəm ki, onları (rəiyyət və əli altında olanları) incitməsin və onlara yalan deməsin (yaxud onlara yalan şey nisbət verməsin. Məsələn, «dəvəniz və ya əkininizin məhsulu bundan çoxdur, amma zəkat verməkdən yayınmağınız üçün onları gizlətmisiniz» kimi sözlər deməsin onlara). Onlara göstəriş verən olduğu üçün itaətsizlik səbəbindən onlardan üz döndərməsin (özünü onlardan ehtiyacsız sanmasın). Çünki onlar dində qardaş və dindaşdırlar, haqları hazırlamaq və ortaya çıxarmaqda yardımçıdırlar.

Sənin bu zəkatda sabit payın, aşkar haqqın və yoxsul və acizlərdən ibarət şərik və ortaqların var. (Necə ki,) biz sənin haqqını tam şəkildə ödəyirik, sən (də) onların haqlarını tam şəkildə ödə. Əgər belə etməsən (onların haqqlarını kəssən), qiyamət günü sənin hamıdan çox düşmənin olacaq. Vay o adamın halına ki, Allah yanında onun düşmənləri yoxsullar, kasıblar, dilənçilər, qovulmuş səfillər, günah olmayan işlər üçün borca girənlər, öz malından, evindən və əhli-əyalından uzaqda aciz qalmış müsafirlər (səfərdə olanlar) olsun! Əmanətə (ilahi hökmə) xor baxan, xəyanətdə otlayan (ondan çəkinməyən) və özünü və dinini ondan təmizləməyən kəs dünyada özünə rüsvayçılıq rəva bilib və axirətdə daha çox xar və rüsvay olacaq. Ən böyük xəyanət və əyrilik ümmətə xəyanət etmək və ən çirkin hiylə isə, imamlara qarşı hiylə işlətməkdir. Salama layiq kimsəyə salam olsun!