OTUZUNCU HEKAYƏT
DƏlillƏrin rƏdd edilmƏsi
Allah elçisinin vəfatından sonra bir qrup adam bəzilərinin təhriki sayəsində Peyğəmbərin yerinə canişin təyin etməkdən ötrü Səqifeyi bəni Saidədə yığışdı. Bu zaman Əli (əleyhissalam) evdə idi, Səqifə xəbərlərini eşitdikdə yaxın adamlarından soruşdu o Ənsar (Mədinə müsəlmanları) nə dedilər? Ərz olundu: Onlar dedilər: Həm bizim, həm də sizin aranızdan (Mühacirlər) bir nəfər əmir seçilsin. İmam Əli (əleyhissalam) buyurdu: Niyə ənsarın təklifi müqabilində bu mətləbə qarşı bir tədbir tömkmədiniz? Məgər eşitməmişdinizmi ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onların ehtiramı barədə buyurub: Ənsarın yaxşıları ilə yaxşı rəftar edin, onların arasındakı pis adamları isə bağışlayın.
Dedilər: Biz bu sözlə ənsarı necə məhkum edəydik?! Buyurdu:
“Əgər hökumət və əmirlik Ənsarın arasında olsaydı onların mühacirlərə tövsiyə və sifarişinin mənası olmazdı.” Çünki, camaat arasında bu bir qaydadır ki, keçmiş rəisin sifarişini təzə rəisə edərlər. Buna görə də Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm mühacirlər arasında hakimin olmasını müsəlləm fərz edibdir. Sonra buyurdu: Qüreyşin fikri bu barədə nə idi? Ərz olundu: Onlar dedilər: “Biz risalət ağacındanıq.”
Çünki, Qüreyş tayfası və Peğəmbər səlləllahu əleyhi və alihi və səlləm ikisi bir qohum olub əsilləri bir nəfərə Nəzr ibni Kənanə qayıdır. Buna görə də dəlil gətirdilər ki, biz nəsəb və nəsl baxımından Peğəmbərə səlləllahu əleyhi və alihi və səlləm yaxın olduğumuz üçün əmir də bizim aramızdan seçilməlidir.
Həzrət Əli (əleyhissalam) buyurdu:
“Ağacı dəlil göstərib meyvəsini korladılar.”
Yəni ağacdan hədəf onu meyvəsidir, mühacirlər və Qüreyşlilər, ağacın meyvəsi mən olduğum halda məni unutmuşlar. Ağaca təkyə edib dəlil gətirirlər.
Meyvəyə nəzər salmayan bir şəxs külli qaydada gərək ağacın özünə də diqqət yetirməsin.
Bu tərtiblə İmam Əli (əleyhissalam) hər iki qrupun dəlillərini (Ənsar və mühacirlər) rədd edib üstünlüyünü sübuta yetirdi.