HƏZRƏT ƏLİ (Ə) VƏ MÜBARƏK RAMAZAN
  • Başlıq: HƏZRƏT ƏLİ (Ə) VƏ MÜBARƏK RAMAZAN
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 10:34:37 2-10-1403


HƏZRƏT ƏLİ (Ə) VƏ MÜBARƏK RAMAZAN
Ramazan bahar, Quran onun bağı, Həzrət Əli (ə) isə o bağa layiq bağbandır
Həzrət Məhəmməd (s) buyurmuşdur: İnsan iki şeyin dəyərini bilməz: sansağlığı və zaman.
Bax elə bu iki şey insanın bütün varlığını təşkil edir. Sağlamlığı qorumaq və zamandan dəyərli istifadə etmək hər birimizə tapşırılmış vəzifə borcumuzdur. Buna gürə də bunların harada və necə istifadəsi bizlərdən soruşulacaq. Boş yerə qiyamətin adlarından biri “peşmanlıq günü” deyil. İnsan əlindəki vaxtdan və sağlamlıqdan istifadə etmədiyi üçün peşman olacaq.
Belə fürsətlərdən biri Ramazan ayı timsalında sürətlə bizdən uzaqlaşır. Xoş o adamın halına ki, bir-birini arxada qoyan bərəkətli gündüzlərdən və sanki yarışırlar kimi zülməti yararaq bir-birini izləyən gecələrdən yetərincə istifadə etdi. Bu ayın bərkətinə bürünüb, rəhmət səmasında seyr edərək məğfirət ləzzətini dadan insanlar həqiqətdə dünya və axirət səadətini qazanıblar. Təbii ki, Ramazan Quranın baharıdır deyimi əsl həqiqəti canlandırmaqdan başqa bir şey deyil. Bu bahardan bir çiçək qoparmaq istəyən ən azı özünü zəhmətə salmalıdır. Yəni Quran oxuyub, bütün əzaları ilə oruc olaraq zikr etməlidir.
Əli (ə) zikr əhlidir
Ramazan bahar, Quran onun bağı, Həzrət Əli (ə) isə o bağa layiqli bağbandır. Bu mənada bağbanın icazəsi olmasa, bağdan gül dərməzlər. Bağbandan icazə isə ZİKR etməkdir. Həzrət Məhəmməd (s) buyurur: “İlahinin əhli-zikrdə məqsədi mən, Əli və onun pak övladlarıdır”.
Həzət İmam Rza (ə) Məmunun (Allahın lənəti və niftəri ona olsun) da iştirak etdiyi bir məclisdə yəhudi, nəsrani və başqa alimlərlə bəhs etdiyi zaman buyurdu: «Əhli-zikr bizik: Əli və övladi-Əli».
Ümumiyyətlə, əli-zikr o şəxs olmalıdır ki, sadiq, düz danışan, imanlı və elmli olsun. Eyni zamanda insanları  hidayət etmək ona vəzifə kimi tapşırılsın. Belə bir şəxs Peyğəmbər (s), Əli (ə) və övladi-Əlidən başqa kim ola bilər?
Fəzil deyir: «Əba Əbdillahdan soruşdum - «likulli qovmin had» ayəsində kim qəsd olunub. Cavab verdi ki, Əli və övladi-Əli»
Əli (ə) tükənməz elm sahibidir
Həzrət Əlinin (ə) əhli-zikr, yəni elm və iman əhli olması hər dövrdə sübut olunub. Hələ onun yaşadığı zamanda mürəkkəb və bir-birindən maraqlı elmi mübahisələrə görə yanına gələn dövrün alimləri Həzrətin ziyasından kifayət qədər yararlanmışlar. Bir sözlə onun elm nuru təkcə öz dövrünə yox, bütün zaman və məkanlara şuasını sızaraq işıqlandırıb. Məhşur rəvayətlərin birində deyilir ki, bir gün Şam camaatı ilə Bəsrə əhalisi arasında mübahisə yaranır. Şam əhli Allah yanında var-dövlətin yaxşı olduğunu, Bəsrə camaatı isə elmin dəyərini iddia edirlər. Mübahisənin get-gedə böyüdüyünü görən alimlər Həzrət Əlinin (ə) elm qapısını döyməyə məcbur qalırlar. Həzrət elmin daha çox üstün olduğunu vurğulayaraq buyurur:
- Elm peyğəmbərlərdən, mal isə Firon, Qeysər və bu kimilərdən mirasdır.
- Elm xərcləməklə artar, mal isə azalar.
- Elm öz sahibini saxlar, malı isə saxlamaq lazımdır.
- Alim öləndə elm ondan ayrılmaz, malı isə sahibi ölən kimi  vərəsələrə çatar.
İnsanlar üç hissədir: əmr edənlər, varlılar və alimlər. Hər ikisi alimə möhtac olar, amma alim  onlara möhtac deyil.
1. Elm xalislərə verilər, mal isə belə deyil
2. Elm öz sahibini qiyamətdə qurtarar, mal isə sahibini haqq-hesab verməyə şaxlar
3. Ey Şam əhli heç kim elm öyrənməklə Allahlıq iddiası etməyib, lakin mal toplamaqla (Firon kimi) bu iddiada bulunub
Ümid edirik ki, ulu və qüdrətli yaradan bu müqəddəs və mənəviyyatlı ayın sonunda bizi peşmanlardan etməyəcək. Dünya və axirət səadəti bizə də nəsib olacaq. Həzrət Əlinin (ə) şəfaətilə qəlblərimizi şad edəcək!