YETMİŞ ÜÇÜNCÜ HEKAYƏT
  • Başlıq: YETMİŞ ÜÇÜNCÜ HEKAYƏT
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 10:20:16 2-10-1403

YETMİŞ ÜÇÜNCÜ HEKAYƏT

GEYIM, YEMƏK VƏ S.DƏ HƏYAT QAYDASI VƏ YOLU
Əli (əleyhissalam)-ın Əla ibni Ziyad adlı dostlarından biri Bəsrədə yaşayırdı. Bir gün o, bərk xəstələndi. Əmirəl-möminin (əleyhissalam) onun əyadətinə getdi .
Elə ki, Həzrət Əli onun geniş və böyük evini gördü buyurdu: “Dünyada bu genişlikdə evi nəyə görə istəyirsən? Hansı ki, ona axirətdə daha çox ehtiyacın var?!”
Sonra buyurdu: Bəli məgər ki, istəyirsən bunun vasitəsilə axirətə çatasan (onu özün üçün mənəviyyat körpüsü qərar verəsən) belə ki:
1-Bu evdə qonaqlar qəbul edəsən
2-Qohumluq tellərini bərkidəsən
3-Vacib hüququnu (zəkat kimi) bu evdən çıxarıb əhlinə çatdırasan, bu surətdə belə evin olmaqla yanaşı axirətə də nail olmusan.”
Əli (əleyhissalam) buyurdu: “Onu mənim yanıma gətir.” Elə ki, Asim Əli (əleyhissalam)-ın hüzuruna gəldi Həzrət üzüünü ona tutub buyurdu:
“Ey öz canının kiçik düşməni!
Şeytan sənə yol tapıb səni tovlamışdır. Ailənə niyə rəhm etmirsən?! Fikir edirsən ki, sənə gözəl və yaxşı həyatı halal edən Allah ondan faydalanmağını istəmir?”
“Sən bu işinə görə Allah hüzurunda qiymətsizsən.”
Asim ərz etdi: “Ey Əmirəl-Möminin!
Axı sən də bu cür paltar, həmçinin quru və yararsız yeməklə yaşayırsan.” (və mən də səndən dərs alıram).
İmam buyurdu: Mən sənin kimi deyiləm.
“Allah təala ədalət və haqq rəhbərlərinə özləri üçün çətinlik yaratmasını habelə öz yaşayışlarını xalqın zəif və məhrum təbəqəsinin, eləcə də həyatı ilə eyni tərzdə etməsini yoxsulluq və kasıblıq fəqiri qıcıqlandırmasın deyə vacib etmişdi. Yoxsulu yoxsulluq üzündən Allaha itaət etməməli və fəqirlərə çətin keçməməlidir.”
Bu minvalla İmam Əli (əleyhissalam) bu hərəkəti ilə biz bir neçə dərs öyrətdi:
1-Xəstələrə baş çəkmək 2-Yaşayışda təfrit və ifrata varmamalı 3-Dünyanı axirət üçün körpü qərar vermək 4-Haqq rəhbərlərinin sadə yolu seçmək vəzifələri.
Asim İmamın sözün eşitdikdən sonra onu qəbul edib çiynindəki dəyərsiz əbanı kənara qoydu və yeni bir əba geydi.
Yeri gəlmişkən bu rəvayətə də diqqət yetirilməsi münasib olardı. Cəmad ibni Osman deyir: İmam Sadiq (əleyhissalam)-ın hüzurunda idim ki, bir kişi o Həzrətə ərz etdi: “Siz buyurdunuz ki, Əli ibni Əbi talib (əleyhissalam) qalın paltar və dörd dirhəmlik köynək geyirdi. Amma sizin əyninizdə isə təzə paltar görürəm.”
İmam Sadiq (əleyhissalam) ona buyurdu:
“Əli ibni Əbi Talib (əleyhissalam) o paltarları elə bir zamanda geyirdi ki, pis görünüşlü deyildi lakin əgər o paltarı indi geysəydi pislikdə barmaqla göstərilərdi.”
Deməli, hər zamanın ən yaxşı paltarı həmin dövrün paltarıdır. Lakin biz Əhli beytin ardıcılları qiyam etməyə qalxdıqları vaxt Əli (əleyhissalam) kimi rəftar edərlər. (yəni hakim rəhbərlər gərək paltar ev və yeməklərini yoxsul təbəqənin həyatı ilə həmahəng etsinlər)
.