O HADISƏNIN ARDINCA
Səqifənin özünəməxsus xüsusiyyət və xəbərdarlıqları olduğudan hər biri haqqında ətraflı danışmaq üçün ayrıca kitab yazılmalıdır. Bununla belə, xülasə şəkildə qeyd etmək istəsək onun xüsusiyyətlərini aşağıdakı kimi sadalamaq olar:
1. Səqifə idarə edicilərinin rəftarı öz daxilində belə bir iddia gizlətmişdi ki, Allahın Rəsulunun (s) vəfatından sonra görülməli ən mühüm iş Həzrətin (s) diqqətindən kənara qalmış bir iş – çanişin təyin etmək məsələsidir.
2. Orada iştirak edənlərin Əlinin (ə) digər səhabələrdən üstün olmasında heç bir şəkkləri yoxdu.
3.Bütün işlər görüldükdən sonra o hadisənin özbaşına baş verməsi (qabaqcadan heç bir tədarük olmadan) iddia olundu.
4. Peyğəmbərin (s) ailəsi və seçilmiş səhabələri, o cümlədən Salman orada iştirak etməmiş, olunan söhbətlərdə Həzrətin ailəsi, məxsusən Əli (ə) ilə heç bir məşvərət olunmamışdı.[1]
5. Səqifənin ümmətin arasında ixtilafın qarşısını almaq üçün yaradılmasının iddia etmələrinin əksinə olaraq heç bir hadisə islam ümməti arasında bu qədər ayrılıq salmamışdır.
6. Bu iş isə tam “İmamətin xilafətdən ayrı olması” əsasında qurulmuşdu.
Ömər ibn Xəttab aşkar halda ibn Abbasa deyir: “O qərarı qəbul etməkdən məqsəd nübuvvəti xilafətdən (ümmətə rəhbərlik məqamını) ayırmaq idi.”[2]
7. “Müsəlmanların Peyğəmbərdən (s) sonra rəhbərliyi Allah və Peyğəmbərin təyin etməsiylə deyil, xalqın seçimiylə olmalıdır” –məsələsinə təkid etmələri.
8.Şuranın nüfuz dairəsi imamət və Peyğəmbərin (s) canişinini təyin etməni də öz ehtivasına alırdı. Bu fikir əsas götürüldükdə müsəlmanlar qoymaq və ya götürmək istədikləri hər bir hökmə görə şura çağıra və orada alınan hər bir nəticəni icra edə bilərdi.
İslamda şura mövzusu iki ayə əsasında [3] وامرهم شورى بينهم [4]وشاورهم فى الامر açıqlanmışdır. Səqifə iştirakçılarının təsəvvürünün əksinə olaraq,وما كان لمؤمن ولا مؤمنة اذا قضى الله و رسوله امراً ان يكون لهم الخيرة من امرهم [5] (Heç bir mömin kişiyə və mömin qadına yaraşmaz və şər`ən caiz və əqlən rəva deyildir ki, Allah və Onun Rəsulu (s) onların barəsində) bir fərman verdikdə, onların öz işlərində ixtiyar sahibi olsunlar). ayəsinə istinad edərək, şuradan dinin üsul və əhkamında deyil, dini işlərin icrasında istifadə olunur. Şəxsi rəydə olmaq bir növ itaətsizlik və cəza gətirəndir.
Bütün bunlardan əlavə məşvərətdə olan şəxslərdə əqli baxımdan bəzi xüsusiyyətlərin olması zəruridir. Lakin Səqifədə heç birinə diqqət olunmamışdı.
9. Hətta Məkkənin fəthi və müşriklərə qalib gəldikdən sonra Allahın Rəsulu (s) ilə olan beyətlərin heş biri zor gücünə olmamışdı. Səqifə ilk yığıncaq idi ki dava və hay-küylə başlayır, güc və qan tökmə yolu ilə camaatdan beyət alınırdı.[6] Sonralar İmam Əli (ə) və ardıcıllarından Əbu Bəkr üçün təzyiq altında və ixtiyarsız olaraq beyət aldılar.[7]
SƏQIFƏNIN TÖRƏTDİYİ FƏSADLAR
Səqifə hadisəsinin digər səbəblər əsasında baş verməsinə baxmayaraq, bəzi başqa işlərin meydana gəlməsinə səbəb oldu. O işlərin bəzisinə işarə edirik:
1.Baş vermiş hadisə ilahi mənsəb olub Peyğəmbərin (s) canişini kimi tanınan “İmamət” məqamını, dünyəvi məqam olan “Xilafət” məqamına dəyişdi. Bu dəyişikliyə əsasən, artıq xəlifədə imama lazım olan xüsusiyyətlərə ehtiyacı olmur, hər kəs – yaxşı və ya pis rəhbərliyə seçilmək ixtiyarı tapır və itaət olunur. Bəni Üməyyə və Bəni-Abbas xəlifələrini buna misal göstərmək olar. Elə bu səbəbdən içdiyi şərabdan məst olur, camaata imam olaraq namaza dayanır, onlarla qondarma hədis yaradaraq camaatın içində yayırdılar.
Allahın Rəsulu (s) buyurmuşdur: “Məndən sonra mənim rəftarım əsasında əmək etməyən rəhbərlər meydana gələcəkdir. Onların bəzisinin zahiri insan olsa da, ürəkləri şeytan ürəyi kimidir.”
Huzeyfə sual edib dedi: “Ey Allahın Rəsulu (s)! Əgər elə bir zamanı görsəm hansı rəftar əsasında əməl edim?”
Buyurdu: “Arxandan vurub malını əlindən alsa da belə, əmrini eşidib ona itaət et!”[8] Onlar öz işlərinin, siz də öz işinizin məsuliyyətini daşıyırsınız.[9] Hakiminizin günah etdiyini gördükdə, əməlindən şad olmayın. Buna baxmayaraq ona itaət etmədən əl götürməyin.”[10]
2.İmamət məqamı xilafət məqamı ilə bir səviyyədə olunduqda, imam bütün mənəvi ucalığıyla adi insan səviyyəsində qərar tapdı. Beləliklə, ona qarşı çıxmaq, müharibə aparmaq günah sayilmadı. Bəzi vaxtlar camaat onu bəyənmədikdə onun vəzifədən kənarlaşdırmanı vəzifə bildilər.
Allahın Rəsulundan (s) Əli ibn Əbi Talib (ə) haqında buyurduğu: حربك حربى و...من آذى عليّاً فقد آذانى [11] (Ey Əli! Səninlə müharibə etmək mənimlə müharibə etməkdir...və Əliyə əziyyət edən mənə əziyyət etmişdir) cümlələrini eşidən insanlar Səqifədən sonra Cəməl, Nəhrəvan və Siffeyn müharibələrində Əli (ə)qarşı qoşun çəkdi və onun minlərlə səhabələrini şəhadətə yetirdilər.
3. Ümmət arasında Səqifədən başlamış ilk ən böyük parçalanma, tədricən dində böyük azğınlıq meydana gətirdi. Hökmlərin fəlsəfi və cüzi açıqlamaları, eləcə də Quranın bəyan və təfsiri xəlifə və hökumətə xidmət edən şəxslərin öhdəsinə buraxıldı. Beləliklə hər kəs nəyi istədisə, dindən çıxartdı və ya dinə əlavə etdi.Əhli sünnət mənbələrində xəlifələr dövründə yaşamış insanlardan (Əli (ə) xilafətə yetişənə qədər) Peyğəmbərin (s) sünnətinin və dinin əsərlərinin tamamilə dəyişdirilməsi və az qala dindən heç bir iz qalmayacağı haqqında onlarla hədis vardır.[12]
Əhli sünnət hədislərində Allahın Rəsulundan belə bir xəbər nəql olunmuşdur ki: “Qiyamət günü əshabımı sola tərəf (cəhənnəmə) aparacaqlar. Onların hara aparılması haqqında soruşduqda deyəcəklər: Cəhənnəmə! (Bu zaman) Deyəcəyəm: “Pərvərdigara bunlar Mənim əshabımdır!” Cavab veriləcək: “(Məgər) Bilmirsən sənin vəfatından sonra dində necə bidətlər meydana gətirdilər!..” Bu zaman onlardan bir neçə nəfərdən savayı heç kəsin nicat tapmayacağını görəcəyəm.”[13]
4. İnsanların dini rəhbəri ilahi səlahiyyət əsasında qəbul olunmadığına görə, qüdrəti əlinə alan hər kəs iğtişaş törətmək və müharibə yolu ilə xilafətə çatırdı. Elə bu inhirafa görə bəni Uməyyə və bəni Abbas əsrlər boyu müsəlmanlara hakimiyyət etmişdirlər.
5. O yığıncaqda rəhbərlik meyarı elm, təqva, idarəçilik və ləyaqət deyil, qəbilə şərafəti olduğuna görə, rəhbəri müəyyən etmək üçün olan bütün qaydalar bir-birinə dəydi. Biri qəbilə şərafətli, digəri ondan əlavə təqvalı, fəqih ləyaqətli olan iki nəfərdən birinci rəhbərliyə seçildi. Bu iş tədricən Allahın Rəsulunun (s) uzun illər boyu insanlar arasından yox edib çıxarması üçün mübarizə apardığı qəbilə üstünlüyünə yenidən şəxsiyyət verərək həyat bağışladı. Bu qəbilə imtiyaz və üstünlüyü qəbilələr arasında rəqabət toxumu səpdi və onları hökümətə yetişmək üçün fürsət güdməyə sövq etdi.
O gün Səqifə aparıcılarının bəhanəsi qarışıqlığın qarşısını almaq idi. Daha sonralar isə qüdrətə yetişəcək hər bir dəstə heç bir dini xüsusiyyətə malik olmadan istədiyi bəhanə ilə xilafətə yetişə bilər və tədricən onu padşahlıq vərasətinə çevirərdi. (Necə ki, bu iş baş verdi.) Əlbəttə, belə başlanğıcın sonda məhz belə olması təbii qəbul olunmalıdır. (Rəhbərlik qureyşdən Əməvi qəbiləsinə keçdi, Əməvi rəhbərliyi irsi padşahlığa və irsi padşahlıq isə daimi hakimiyyətə çevrildi. Camaatın onların işinə müdaxilə etmə haqqı əllərindən alındı. İş sonda o yerə çatmışdı ki, söhbət artıq rəhbərin necə olmasından deyil, rəhbəri necə razı salmaqdan gedirdi).
Əməvi və Abbasilər bir əsrdən artıq müsəlmanlara ən qəddar və acınacaqlı şəkildə hakimiyyət edib islami torpaqlara sahib durdular. Xilafəti ələ almaqda sübutları, Səqifədə mühacirlərin ənsarın əleyhinə qaldırdığı dəlillər idi. Yəni Peyğəmbərlə qohumluq və qureyşdən olmaq.
6.Əməvi və Mərvanilərin etdiyi 132 illik hakimiyyəti Səqifənin məhsulu kimi adlandırmaq lazımdır.
İkinci və üçüncü xəlifələr tərəfindən Müaviyənin Şama hakim təyin olması ilə dindən uzaqlaşma özünün ən zirvə həddinə yetişdi. Onun hökmranlıq etdiyi hər yerdə nübüvvət əsərləri məhv olundu. (Tanınmış şərqşünas) lamins demişdir:
“Biz xristianlar Müaviyənin qızıldan heykəlini düzəldib Şamda qoymalıyıq. Əgər Muaviyə islamı öz düz yolundan əyməsəydi, bu gün bütün avropa islama tabe olub onu qəbul edərdi.”
[1] Həqiqətə gəldikdə, Əbu Bəkr beş nəfərin – Bəşir ibn Sə`d, Useyd ibn Huzeyr , Ömər ibn Xəttab, Əbu Үbeydə və xəlifənin özünün verdiyi səslə xilafətə yetişmişdi. Yerdə qalan camaat olsalarda olmaları olmamalarına bərabərdi. (“Pişivai əz nəzər islam” səh. 402).
[2] “Əl-kamilu fit-tarix”, 3-cü cild, səh. 105. Unutmaq олмаз ki, bu hədəf əvvəllərr münafiqlərin tərtib verdiyi əhdnamədə qeyd olунmuşdu. Belə bir sözün Ömər ibn Xəttab tərəfindən deyilməsi çox təəccüblüdür. Çünki о və Əbu Bəkr Səqifədə ənsara: “Xilafətin siz ənsara verilməsi necə mümkün ola bilər, һалбуki, nübүvvət sizlərdən qeyrisində olmuşdur! Yə`ni xilafət, nübүvvət olan cəmiyyətdə olmalıdır.
[3] “Şura” surəsi, ayə: 38.
[4] “Al-İmran” surəsi, ayə: 159.
[5] “Əhzab” surəsi, ayə: 36.
[6] O məclisdə Өmər ibn Xəttab xəlifəliyə namиzəd olub Əbu Bəkrlə rəqabət aparan Səd ibn Ubadəni ayağı altına alıb o qədər döğmüşdü ki, orada olanlar onun ölməsini təsəvvür etmişdilər. “Tarixül-üməmi vəl-müluk”, 3-cü cild, səh. 200.
[7] “Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 11.
[8] “Səhihi-Müslim” 6-cı cild, səh. 20-22, Sünəni-Beyhəqi”, 8-ci cild, səh. 157.
[9] “Səhihi-Müslim” 6-cı cild, səh. 19-20, “Sünəni-Çeyhəqi” 8-ci cild, səh. 158.
[10] “Səhihi-Müslim” 6-cı cild, səh. 24, Sünəni-Beyhəqi”, 8-ci cild, səh. 158.
[11] “Əl-isabə” ünvanı altında çap olmuş “Əl-istiyab” 3-cü cild, səh. 37.
[12] “Sünəni-Termizi” 4-cü cild, səh. 632, “Səhihi-Buxari”, 1-ci cild, səh. 141 və 166, “Müsnədi-Əhməd”, 6-cı cild, səh. 443, “Əl-qədir”, 8ci cild, səh. 166, və. . .
[13] “Səhihи-Бuxarı” 7-ci cild, səh. 209, “Səhihi-Müslim” 4-cü cild, səh. 1792 “Hövz” babı, 2294 və 2297-ci hədislər.