İKİNCİ HEKAYƏT
  • Başlıq: İKİNCİ HEKAYƏT
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 10:17:48 2-10-1403


İKİNCİ HEKAYƏT

AdƏmin GünahI vƏ tÖvbƏsi![1]

Allah yeri yaradaraq onu insanların sükunəti üçün hazır etdikdən sonra ilk növbədə Öz məxluqatı arasında Adəmi (yəni hazırkı nəslin ilk nümayəndəsini) xəlq edib seçdi. Ona behiştdə yer ayırdı, müxtəlif halal və ən ləzzətli xörəkləri onun ixtiyarında qoydu.[2] Bütün bunlarla yanaşı Allah, Adəmə özünü İblisin hiylə və düşmənçiliyindən qorumağı tapşırdı. Ulu Yaradan Adəmi imtahan etmək qəsdi ilə onun və arvadınınfilanağacın yaxınlığına getməsməsini eləcə də ondan bir şey yeməklərini tapşırdı. Lakin İblis (Şeytanların atası) onu aldatdı çünki İblis onlara paxıllıq edirdi. Axı Həzrət Adəm behiştdə həmişəlik qalaraq daim yaxşıların yanında olacaqdı. Beləliklə, Adəm (əleyhissalam) öz yəqinini Şeytanın şübhə və vəsvəsələri nəticəsində əldən verərək möhkəm qərarını onun əsassız sözləri ilə mübadilə etdi![3] Behiştdəki xoşbəxt həyat və şadlıq o gündən belə Adəm (əleyhissalam) üçün qorxu və vəhşətə çevrildi. Amma mehriban Allah günahdan tövbə və peşmanlıq zəminəsini ilk dəfə olaraq Adəmdə vücuda gətirdi Məhz bundan sonra Adəm Allahın bu nemətindən istifadə edərək mürtəkib olduğu günahdan tövbə qıldı.[4] Tövbəsindən sonra Allah Adəmi yerə göndərdi ki, öz gələcək nəsli ilə yer üzünü abad etsin. Beləliklə Xaliqi-Sübhan Adəmi öz höccəti kimi təyin etdi. Belə ki, bütün insanlar onun göstərdiyi doğru yolun səmtində hidayət yolunu tapsınlar Allah Adəmin ölümündən sonra da yer üzünü Höccətsiz qoymaz.



[1]Nəhcül-Bəlağədən iqtibas, xütbə 1 91

[2]Baxmayaraq ki, bəziləri dastanda qeyd olunan behiştin yaxşı insanlara məxsus axirət behişti olmasına inanırlar, lakin behişt meyvə bitkilərlə zəngin dünyanın ən xoş ab-havalı yeri imiş. Belə ki, bu mətləb İmam Sadiq (əleyhissalam)-ın hədislərindən birində gəlibdir (“Nurus-səqəleyn təfsiri, 1-ci cild, səh.62). Deyilməmiş qalmasın: Yuxarıda qeyd olunan dastan QuranınBəqərə surəsinin 35-dən 38-ə kimiƏraf surəsinin 19-dan 22- kimi eləcə Taha surəsinin 118-dən 123-ə kimi, nəcv ayələrində gəlmişdir.

[3]Həzrət Adəm (əleyhissalam)-ın günahı həminTərki-övla”- idi, başqa ibarətlə desək mütləq günah sayılmırdı, əksinə nisbi günah idi. Belə ki, Həzrət elə əziz böyük məqam sahibi olduğuna görə gərək məkruh tutmayaydı, çünki hətta məkruh belə onun üçün günah sayılırdı ki, bu da ismət məqamı ilə düz gəlmir. Adəmin behiştdəki sınağı onun yer üzünə gəlib xalqa rəhbərlik etmək ləyaqətini özündə hazırlaşdırmaqdan ötrü idi. Onun tövbəsi ilə bir növ təzkiyə ruhun paklanması idi ki, bu da Allah höccətlərindən bir nümunədir.

[4]Həzrət Adəm (əleyhissalam) zatı pak özü mömin idi. Aldandıqdan sonra özündə müstəsna bir xarakter daşıyırdı. Tez öz səhvini anlayıb tövbə etdi. Nəticədə Allah da onun tövbəsini qəbul etdi. Bununla bərabər yenə gözləmək lazımdır ki, şeytan insanı aldatmasın əgər aldatsa dərhal insan öz günahını tövbə ilə yumalıdır.