Quran
"(Ya Rəsulum!) Kafirlər: "Sən peyğəmbər deyilsən!" - deyirlər. (Onlara) belə cavab ver: "Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin (Tövratı, İncili bilən mömin yəhudi və xaçpərəstlərin, yaxud Qurana bələd olan mömin müsəlmanların və ya lövhi-məhfuzdan xəbərdar olan Cəbrailin) şahid olması yetər!"[1]
"Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhmət olan kitabının (Tövratın) təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qurana inanırlar. (Ya Rəsulum!) Quranı inkar edən zümrənin (bütün müşriklərin və kafirlərin) vəd olunduğu yer Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən (gələn) haqdır, lakin insanların (Məkkə əhlinin) əksəriyyəti (buna) inanmaz!"[2]
Allahın Peyğəmbəri (s): "Aya Pərvərdigarının tərəfindən açıq- aşkar höcət və dəlillə olan bir kimsə" Mənəm. "onun (özünkülərdən) olan bir şahid, onun ardıcılıdır" Əlidir.[3]
İmam Əli (ə) "Aya Pərvərdigarının tərəfindən açıq- aşkar höccətlə və dəlillə olan bir kimsə və onun (özünkülərdən) olan bir şahid onun ardıcılıdır" ayəsinin barəsində belə buyurur: Allahın Peyğəmbəri Pərvərdigarının tərəfindən açıq- aşkar höccət və dəlillə olan şəxsdir və mən onun (özünkülərdən) olan şahidəm.[4]
İmam Rza (ə) atasından (ə) nəql edir: Möminlərin əmiri cümə günü mənbərdə xütbə oxuyarkən belə buyurdu: "And olsun dənəni yirtan və insanı yaradan kəcə, Qüreyş qəbiləsindən elə bir şəxs olmadı ki, həddi buluğa yetişsin və Allahın kitabından bir ayə onun barəsində nazil olmasın. Mən o şəxsi və o ayəni tanıyıram." Bir kişi qalxdı və ərz etdi: Ey möminlərin əmiri! Sənin barəndə nazil olan ayə hansıdır?
Əmirəlmöminin buyurdu: İndi ki, soruşdun əyləş və qulaq as və bu barədə artıq başqalarından soruşmaq lazım deyil. Aya hud surəsini oxuyubsan?
Ərz etdi: Bəli, ey möminlərin əmiri!
Buyurdu: Onda eşidibsən ki, Allah (əzzə və cəllə) buyurur: "Aya Pərvərdigarının tərəfindən açıq- aşkar höccət və dəlillə olan bir kimsə və onun (özünkülərdən) olan bir şahid onun ardıcılıdır"?
Ərz etdi: Bəli.
Buyurdu: "Pərvərdigarının tərəfindən açıq- aşkar höccət və dəlili olan şəxs Allahın Peyğəmbəri olan Məhəmməddir (s). Mən onun özünkülərdən olan şahidəm.[5]
Əlehticac: Bir kişi Əmirəlmömininə dedi: Özünün fəzilətindən mənə söylə
Buyurdu: "Allahın öz kitabında nazil etdiyidir". Kişi soruşdu: Sənin barəndə nə nazil olubdur?
Buyurdu: "Aya Pərvərdigarının tərəfindən açıq- aşkar höccət və dəlillə olan bir kimsə və onun (özünkülərdən) onun bir şahid onun ardıcılıdır." Peyğəmbərin ailəsindən olan bir şahid mənəm."[6]
Bəsairuddərəcat- Əsbəğ ibni Nəbatədən nəql edir: Əmirəlmöminin buyurdu: "Əgər məhkəmə kürsüsü mənim üçün qoyula və mən onun üstündə oturam, sözsüz və şübhəsiz Tövrət ardıcılları arasında Tövrət əsasında hökm edəcəyəm, İncil ardıcılları arasında onların incili əsasında, Zəbur ardıcılları arasında Zəbur əsasında və Fürqan ardıcılları arasında onların Fürqanlarına uyğun hökm edəcəyəm; Allahın dərgahına ucalan və parıldayan bir hökm. And olsun Allaha hər hansı bir ayə Allahın kitabında gecə və ya gündüz nazil olubsa, mən onun kimin barəsində nazil olduğunu bilirəm, Qüreyş qəbiləsindən elə bir şəxs yoxdur ki, həddi buluğa yetişmiş olsun və Allahın kitabından onu behişt və ya cəhənnəmə sövq edən bir ayə onun barəsində nazil olmasın".
Bir kişi qalxdı və soruşdu: Ey Möminlərin Əmiri! Sənin barəndə hansı ayə nazil olubdur?
Həzrət ona belə buyurdu: Eşitməyibsən ki, Allah buyurur: "Aya Pərvərdigarının tərəfindən açıq- aşkar höccət və dəlillə olan bir kimsə və onun (özünkülərdən) olan bir şahid onun ardıcılıdır."? Pərvərdigarının tərəfindən sübutu olan şəxs Allahın Peyğəmbəridir və mən bu barədə onun şahidiyəm və onun arxasınca gedənəm.[7]
Kəşfulyəqin- Übbad ibn Abdullah Əsədidən nəql edir: Eşitdim ki, Əmirəlmöminin mənbərdə belə buyurdu: "Qureyş qəbiləsindən elə bir şəxs yoxdur ki, bir və ya iki ayə onun barəsində nazil olmasın."
Bir kişi- ibn Küvva- mənbərin qarşısında oturmuşdu və belə soruşdu: Sənin barəndə nə nazil olubdur?
İmam əsəbləşdi və buyurdu: "Əgər camaatın hüzurunda məndən soruşmasaydın cavab verməzdim.
Vay olsun sənə, Hud surəsini oxumayıbsan (ki, buyurur:) "Aya Pərvərdigarının tərəfindən açıq- aşkar höccət və dəlillə olan bir kimsə və onun (özünkülərdən) olan bir şahid onun ardıcılıdır."? Allahın Peyğəmbəri dəlil və höccət sahibi və mən onun doğma şahidiyəm".[8]
İmam Baqir (ə): Pərvərdigarının tərəfindən dəlil və höccət sahibi olan şəxs onun Pryğəmbəri və onun ardıcılı olan doğma şahidi Əmirəlmöminin, sonra bir- bir onun vəsiləridir.[9]
Biharul ənvar- Abdullah ibni Ətadan- nəql edir: Mən məscidunnəbidə İmam Baqir (ə)- la oturmuşdum. Gördüm ki, Abdullah ibni salamın oğlu bir kənarda əyləşibdir. İmam Baqir (ə)- a ərz etdim: Deyirlər ki, kitab elmini bilən şəxs bu kişinin atasıdır.
İmam buyurdu: "Aya Pərvərdigarının tərəfindən açıq- aşkar höccət və dəlillə olan bir kimsə və onun (özünkülərdən) olan bir şahid onun ardıcılıdır." Peyğəmbər (s) Pərvərdigarının tərəfindən dəlil və sübut sahibi idi və Əmirəlmöminin Əli ibni Əbu Talib onun tərəfindən olan şahid.[10]
[1] - Rəd surəsi, ayə 43
[2] - Hud surəsi, ayə 17
[3] - Əd- dürrül- mənsur: cild 4, səh 410, Kənzul- ummal, cild 2, səh 4440, Biharul ənvar, cild 35, səh 393, hədis 17
[4] - Əl- əmali- Mufid, səh 145, hədis 5, Biharul- ənvar, cild 35, səh 390, hədis 9, Kənzul- ümmal, cild 2, səh 439, hədis 4441
[5] - Əlamali- tusi, səh 371, hədis 800, Biharul ənvar, cild 35, səh 386, hədis 2
[6] - Əl- ehticac, cild 1, səh 368, hədis 65, Biharul- ənvar, cild 35, səh 387, hədis 4
[7] - Bəsairüd- dərəcat, səh 132, hədis 2, Biharul- ənvar, cild 35, səh 387, hədis 5
[8] - Kəşfül- yəqin, səh 363, hədis 430
[9] - Təfsirül- əyyaşi, cild 2, səh 142, hədis 12, Biharul ənvar, cild 35, səh 388, hədis 6
[10] - Biharul- ənvar, cild 35, səh 391, hədis 13