NƏ ÜÇÜN İSLAMI QƏBUL ETMIRSINIZ?
  • Başlıq: NƏ ÜÇÜN İSLAMI QƏBUL ETMIRSINIZ?
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 11:56:33 14-9-1403


Soruşdum: Bəs nə üçün İslam dinini qəbul etmirsiniz, halbuki, siz İslam dininin fəzilətini bilir və həzrəti Məhəmmədə (s) tabe olmağı yeganə nicat yolu sayırsınız?

Dedi: Ey mənim ruhani oğlum! Mən İslam dininin həqiqətini və fəzilətini yaşım ötdükdən və qocaldəqdan sonra tapdım; lakin zahirdə onu aşkar edə bilmirəm. Sən ki, mənim məsihiyyət cəmiyyəti arasında olan izzət və iqtidarını görürsən. Əgər mənim İslam dininə meyilim olmağını belə, bilsələr məni öldürərlər. Hətta əgər onların əlindən qaçsam belə, Məsihiyyət soltanlığı məni İslam soltanlığından alacaqlar. Kilsə xəzinələrinin mənim əlimdə olduğu üçün və onlara xəyanət ünvanı ilə və ya o xəzinədən bir şey götürmüş və ya yemiş adı ilə məni İslam soltanlarından geri alacaqlar. İnanmıram ki, İslam höküməti və İslamın böyükləri məni bu halda qorusunlar. Bunlardan əlavə, tutaq ki, getdim İslam əhlinin arasında elan etdim ki, mən müsəlmanam. Deyəcəklər ki, xoş olsun halına ki, canını oddan xilas etdin, bizə minnət qoyma; çünki, haqq dininə və hidayət məzhəbinə daxil olmaqla özünü cəhənnəmin odundan xilas etmisən. Ey ruhani oğlum! Mənim suyum- çörəyim olmayacaq. Müsəlman cəmiyyətinin dilini bilməyən bu qoca kişi fəqirlik, pərişanlıq və kimsəsizlə yaşayacaqdır. Mənim haqqımı tanımayacaqlar, mənə ehtiram qoymayacaqlar, onların arasında aclıqdan öləcəyəm və xarabalıqda və çöl- bayırda dünyadan gedəcəyəm. Çoxlarını öz gözümlə görmüşəm ki, müsəlman olub, lakin müsəlmanlar onları himayə etməyiblər. Nəticədə mürtədd olub yenidən İslam dinindən öz əvvəlki dinlərinə qayıdıblar və dünya və axirətlərini əldən veriblər. Mən də bundan qorxuram ki, dünyanın bu müsibətinə taqət gətirə bilməyəm və nəticədə dünya və axirətimi əldən verəm. Şükr olsun Allaha ki, mən batində Məhəmmədin (s) tabelərindənəm.

Sonra Şeyx Müdərris ağladı və məndə ağladım. Çoxlu ağlamaqdan sonra dedim:

Ey ruhani ata! Mənə əmr edirsənmi ki, İslam dininə daxil olam?

Dedi: Əgər xilas olmağını və axirətini istəyirsənsə gərək bu haqq dini qəbul edəsən. Sən hələ cavansan. Allah sənin dünyanı da sənin üçün hazırlayar və acından ölməzsən.

Məndə həmişə sənə dua edərəm sən də qiyamət günü mənim həqiqətən və batində müsəlman olmağıma şəhadət verərsən. Kahinlərin çoxu batində mənim kimidirlər. Mən bədbəxt kimi öz dünyəvi məqamlarından əl çəkə bilmirlər. Amma həqiqətdə heç bir şəkk və şübhə yoxdur ki, bu gün yer üzündə İslam dini Allahın dinidir.

Elə ki, bu iki kitabı gördüm və bu bəyanları ustaddan eşitdim hidayət nuru və Peyğəmbərlərin sonuncusu olan Məhəmməd (s) məhəbbəti mənə elə qələbə çaldı ki, dünya və dünyadakıları mənim nəzərimdə bir parça murdara döndərdi. Dünyanın beş günlük məqamı, qohumlar və vətən mənə mane ola bilmədi, hamısına göz yumdum.

O saatda ustadla vidalaşdım. Ustad mənə məcbur edərək müəyyən bir məbləğ hədiyyə etdi ki, səfərimin xərci olsun. O mətləbi ustaddan qəbul etdim və axirət səfərinə getdim.