TƏXRIBATÇI VƏ QANLI ŞÜAR
  • Başlıq: TƏXRIBATÇI VƏ QANLI ŞÜAR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 15:2:44 3-9-1403


OTUZ YEDDİNCİ HEKAYƏT

tƏxribatÇI vƏ qanlI şüar

Xəvaric Əli (əleyhissalam) ordusunun vəhdətinə və eləcə də onun möhkəmlənməsinə böyük zərbə vurmuşdular. Belə ki, onların bu zərbəsi daxili müharibənin əmələ gəlməsinə bais olmuşdur.

Nəhayət Əli (əleyhissalam) Nəhrəvan çölü müharibəsində onları məğlubiyyətə uğratdı. Bu yolunu azmışların gözəl və aldadıcı zahirləri olduğundan bu şüarın maskası altında Əli (əleyhissalam)-ı və köməkçilərini kənarlaşdıraraq özlərinin səhnəyə gəlməsini arzulayırdılar. Həzrət Əli (əleyhissalam) bir gün İraq müsəlmanlarına söhbət zamanı buyurdu:

Ey çox olan camaat, birləşin ki, Allahın əli camaatladır və pənahəndəlikdən həzər edin.”

La hökmə illa lillah” (hökumət yalnız Allaha məxsusdur) şüarı Xəvaric əlində bəhanə olub müsəlmanlara ziyan verdiyi halda Həzrət Əli (əleyhissalam) buyurdu:

Agah olun! hər kim bu şüarı bir də dilinə (pozucu və parçalayıcı) gətirsə hətta əmmamənin altında olmuş olsa belə onu öldürün.”

Bir gün Xəvaricdən olan Burc ibni Mushir Taiy adlı bir şair İmam Əli (əleyhissalam) eşitsin deyə uca səslə həmin şüarı təkrar etdi: La hökmə illa lillah (hökumət Allaha məxsusdur, sənə yox).

İmam ona buyurdu: Sus! Üzün qara olsun ey dili sınıq. And olsun Allaha, haqq aşkar oldu, lazım olan vaxtda söz söyləmədin, səsin köksündə boğulmuş, guya acizlik və zəiflik başdan-başa sənin vücudunu əhatə etmişdi.

İndi isə budur, öz yonulmamış səsini cəsarətlə yüksəldibsən. Keçi buynuzu kimi peyda olub öz batil və pozucu səsini hulqumundan qaldırıbsan.

Bu minvalla Əli (əleyhissalam) bütün din şüarı altında çıxış edib dinlə müharibəyə girənlərə aldanmalarını öyrətdi, bəli, hər vaxt ən gözəl şüarımız belə əgər zalım qan içən və münafiqlərin əlində ələmə çevrilərsə nəinki həmin şüarın heç bir zərəri olmayıb, əksinə şüar deyənin qanının da qiyməti yoxdur. Lazım gəldikdə şüarı deyəni öldürmək də olar. Bir halda ki, bu şüar müsəlmanların dağılaraq inhirafına bais olacaqsa onda onun qarşısını almaq məsləhətdir. “Nəhcül-bəlağənin 40-cı xütbəsində qeyd olunduğu kimi İmam Əli (əleyhissalam) buyurmuşdu: Bu şüar haqq sözüdür ki, ondan batil işlər üçün istifadə edilir. Biz də deyirik: Bəli Allahın fərmanı hakim olmalıdır!!!