Günəş işıq saçandır
  • Başlıq: Günəş işıq saçandır
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 14:54:46 3-9-1403


Günəş işıq saçandır

"Gecəni və gündüzü də, günəşi və ayı da yaradan Odur..." (Ənbiya surəsi, ayə 3).

Yer kürəsi günəş sisteminə daxil olan 9 iri Planetdən biridir. Günəş sistemi isə 150 milyarda qədər ulduzlardan ibarət nəhəng qalaktikaya daxildir. O, diametri 1.391.000 kilometr olan közərmiş kürəşəkilli bir ulduzdur.

Günəş özündən işıq saçan plazma yığımından ibarətdir. Onun şüalarının sürəti saniyədə 300.000 kilometrdir. Bu işıq və istilik mənbəyi olan sistemin şüaları Yeri, Ayı və digər səma cisimlərini işıqlandırır. Yer və ay özlərindən işıqsaçma qabiliyyətinə malik deyillər. Günəşə yaxın olan bu planetlər işıq və istiliyini məhz günəş şüalarından alırlar. Günəşdə bu qabiliyyəti yaradan ulu Tanrı Quranı-Kərimdə, Nuh surəsinin 16-cı ayəsində bildirmişdir: "Orada Ayı bir nur, günəşi də bir çıraq etdi". Başqa bir ayədə də oxuyuruq: "Günəşi işıqlı (parlaq), Ayı isə nurlu edəndir..." (yunis surəsi, ayə 5).

Bu Allah kəlamlarında günəş çıraq, ay isə nur saçan ifadəsi ilə təsvir olunmuşdur. Bu o deməkdir ki, Quranı-Kərimdə günəş işığı ilə Ay işığı arsındakı fərqli cəhət nəzərə alınır. Çıraq və nurun fərqli xüsusiyyətləri dedikdə, yəni çırağın (günəşin) işıq verməsinə, nurun (ayın) isə özü işıq istehsal etmədiyi halda işığı əks etdirmək xasiyyətinə malik olduğunu sübuta yetirir.