VƏHDƏT VƏ HƏMRƏYLIK
  • Başlıq: VƏHDƏT VƏ HƏMRƏYLIK
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 19:8:20 1-9-1403


VƏHDƏT VƏ HƏMRƏYLIK

İntizarda olan ayrı-ayrı şəxslərin xüsusi vəzifələrini bəyan etdikdən sonra intizarçı cəmiyyətin vəzifələri də irəli çəkilir. Belə ki, onlar da imam və ilahi höccətin hədəflərinin gerçəkləşməsi yolunda əsaslı qədəm götürməlidirlər. Başqa sözlə desək, intizarçı cəmiyyət öz hərəkət və sə`ylərini gərək və`dəsi verilən rəhbərin razılığı yolunda qərar versin. Buna əsasən, intizarçı bir cəmiyyət qərara almalıdır ki, özünün imamla bağladığı əhd-peymanını sona çatdırsın, nəticədə o həzrətin zühuru və əzalı dövlətinin yaranmasına münasib şərait hazırlamış olsun.

İmam Zaman (ə) belə cəmiyyətə yazdığı bəyanlarında müjdə vermişdir: «Əgər bizim şiələrimiz – Allah itaət yolunda onlara kömək etsin! – onlardan alınan əhd-peymanı vəfadarlıqda bir sözlü və qəti qərarlı olsunlar. Əlbəttə görüş ne`məti onlardan tə`xirə salınmaz, bizimlə görüş səadəti onlar üçün bizim barəmizdə həqiqi və kamil mə`rifətlə yanaşı tezləşdirilər[1].

Qeyd olunan əhd-peyman Allahın kitabında və ilahi elçilərin sözlərində qeyd olunanlardır ki, onların ən mühümlərini aşağıda qeyd edirik:

1-İmamlara tabe olmaqda, onların dostları ilə dostluq və düşmənlərindən bizarlıq etmək yolunda sə`y göstərmək.

İmam Baqir (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Xoş olsun o kəsin halına ki, mənim xanədanımdan olan Qaimin qiyamından əvvəl ona tabe olan, onun dostları ilə dost, düşmənləri ilə düşmənçilik edən bir halda görsün! Onlar mənim dostlarım, məhəbbət əhli və qiyamət günündə mənim ümmətim içrə ən əziz şəxslər olacaqlar.»[2]

2-İntizar çəkən cəmiyyət bi`dətlərin, dindəki azğınlıqların, münkər işlərin və çirkinliklərin cəmiyyət səviyyəsində yayılması qarşısında heç vaxt laqeyd yanaşmır, gözəl sünnə və qayda-qanunların, əxlaqi dəyərlərin unudulması müqabilində özlərindən ciddi əksül-əməl göstərirlər.

Peyğəmbəri Əkrəm (s)dən belə nəql olunur: «Əlbəttə, bu ümmətin sonunda (axirəz-zəman dövründə) elə bir qurup olacaqdır ki, onların mükafatları islamın əvvəllərindəki ümmətin savabı qədərdir. Onlar əmr be mə`ruf və nəhy əz münkər edərək (fitnə və fəsad) ilə mübarizə apararlar.»[3]

3-İntizarçı bir cəmiyyət başqaları ilə rəftarda gərək qarşılıqlı həmkarlığı öz proqramlarının əsası qərar versinlər. Bu cəmiyyətin ayrı-ayrı fərdləri dar görüş və qapalı nəzərlərdən, yalnız özünü görməkdən uzaq olmaqla daim fəqirləri və ehtiyaclıları arayıb-axtarır və onlardan xəbərsiz qalmırlar.

Şiələrdən bir qrupu İmam Baqir (ə)-dan onlara nəsihət etməsini istədikdə, həzrət buyurdu: «Aranızdakı güclülər zəiflərə kömək etsinlər, ehtiyacsızlar ehtiyaclılara mehribanlıq göstərsinlər və sizlərdən hər biriniz başqalarına qarşı xeyirxahlıq fikrində olsun.»[4]

Qeyd etmək lazımdır ki, bu qarşılıqlı həmkarlığın səviyyəsi şəxsin yaşadığı mühitlə hüdudlanmır; əksinə, intizarçıların xeyirxahlıq niyyət və yaxşı məqsədləri və əməlləri başqa şəhərlərin ucqar yerlərində yaşayan ehtiyaclıların mühitinə də gedib çatır. Çünki intizar ruhiyyəsinin sayəsində cəmiyyət üzvləri arasında heç bir ayrılıq və yaylıq hiss olunmamalıdır.

4-İntizarçı cəmiyyətin üzvü olan şəxslər gərək cəmiyyətə «Məhdlik» rəngi versinlər, onun adını və xatirəsini hər bir yerdə ucaltsınlar, imamın sözlərini və əməllərini bütün sözlərin və üslubların sərlövhəsi kimi ümümxalqın ixtiyarında qoysunlar və bu yolda bütün varlıqları ilə çalışsınlar. Şübhəsiz, bu halda imamların xüsusi inayət mərkəzində olacaqlar.

İmam Baqir (ə)-ın səhabələrindən olan Əbdül-Həmid Vasiti o həzrətə ərz etdi: «Biz bütün həyatımızı fərəc işinin intizarına vəqf etdik, belə ki, bə`zilərimizə bu yolda çoxlu çətinliklər icad etdi!»

İmam onun cavabında buyurdu: «Ey Əbdül-Həmid! Güman edirsənmi ki, Allah (çətinliklərdən) özünü Ona vəqf edən bir bəndə qurtuluş və xilas olunma yolunu üçün qərar verməmişdir?! Bəli! Allaha and olsun ki, Allah təala onun üçün (hökmət) bir çarə yolu qərar vermişdir. Allah rəhmət etsin o bəndəyə ki, bizim (vilayət) əmrimizi dirçəldə!»[5]

Sonda qeyd etməliyik ki, intizarçı bir cəmiyyət daim çalışmalıdır ki, ictimai həyatın bütün yönlərində sair cəmiyyətlərə nümunə olsunlar, və`dəsi verilmiş xilaskarın zühuru üçün lazım olan bütün zəminələri həyata keçirsinlər.



[1] Ehticac, ikinci cild, səh. 600

[2] Kəmalud din, birinci cild, 25-ci bab, hədis 2, səh. 535

[3] Dəlailun nübüvvət, 6-cı cild, səh. 513

[4] Biharul-ənvar, 52-ci cild, 22-ci bab, 5-ci hədis, səh. 123

[5] Yenə orada, 16-cı hədis səh 126