10 HƏDIS (2)
Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: “Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”
* * *
Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
* * *
Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.”
* * *
Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
* * *
Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.”
* * *
Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: “Qəzəbləndiyin zaman, sakit ol (dayan).”
* * *
Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: “Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”
* * *
Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: “Bir bəndə öldükdə camaat deyər: “Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə gətirdi?”
* * *
Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: “Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”
* * *
Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: “İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.”