10 HƏDIS (4)
Hədis 31: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israr edənləri sevər.”
* * *
Hədis 32: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”
* * *
Hədis 33: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”
* * *
Hədis 34: Həzrət Məhəmməd (s) buyurur: “İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.”
* * *
Hədis 35: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”
* * *
Hədis 36: Həzrət Məhəmməd (s) buyurur: “Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.”
* * *
Hədis 37: Həzrət Məhəmməd (s) buyurur: “Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”
* * *
Hədis 38: Həzrət Məhəmməd (s) buyurur: “Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.”
* * *
Hədis 39: Həzrət Məhəmməd (s) buyurur: “Paxıl (xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.”
* * *
Hədis 40: Həzrət Məhəmməd (s) buyurur: “Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.”