Qeyd olunan ayələr və rəvayətlər belə bir mətləbə dəlalət edirlər ki, islam Peyğəmbərinin nübüvvəti, əqli meyarlarla müvafiq olan elmi bir varlıqdır. Elm və iman arasında olan əlaqə də ayrılmaz bir bağlantıdır. Elm və iman arasında olan bağlılıq məfhumu barəsində aşağıdakı nöqtələrə nəzər salaq:
1. Elm, kitab (Quran) və sünnə baxışından bəsirət və elmi baxış mənasındadır.
2. Elmi bəsirət elə bir dərk, nur və baxışdır ki, insanı qavramalara və elmlərə rəhbərlik edir; yəni, elm və mərifəti insanın fərdi və ictimai təkamülü yolunda qərar verir. Başqa sözlə, elmi bəsirət, elmin cövhəri və ruhudur.
3. İslam bütün mərifət bölmələrinə ehtiram qoyur və dəyər verir, bu şərtlə ki, elmi bəsirətlə birgə olub, insaniyyət inkişafı və təkamülü üçün olsun.
4. Elmi bəsirətə yiyələnməyən elm, insanın tənəzzülünə və süqutuna gətirib çıxarır; istər tövhid və Allahı tanımaq elmi olsun, istər digər elmlər, hətta demək olar ki, elmi bəsirətə yiyələnməyən elm, elm sayılmaz; çünki, insanı təkamül və inkişaf olan elmi dəyərləri əldən vermiş olur.
5. Ümumiyyətlə elm, o vaxt elmi bəsirətlə birgədir ki, tövhid və Allahı tanımaq elmi olsun. Elə buna görədir ki, Quranı kərim bildirir ki, elm Allahdan qorxmağa səbəb olur:
"Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar)."[1]
Bu ayədən iki məfhum ələ gəlir:
a). Elmdən məqsəd izah etdiyimiz elmi bəsirətdir; çünki, hər bir elm- hətta tövhid elmi- elmin ruh və cövhərinə malik olmazsa qorxmağa səbəb olmayacaqdır.
b). Elm və iman arasında olan rabitə ayrılmazdır; yəni, mümkün deyil insan, aləmi olduğu kimi görə, amma Allahın qüdrətini və yaradıcılığını görməyə (dərk etməyə). Elə buna görədir ki, Qurani kərim elm sahiblərini aləmin yaradanına şəhadət vermək ünvanı ilə mələklərin cərgəsində qərar verərək buyurur:
"Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər."[2]
6. Elm yuxarıda qeyd etdiyimiz məfhumda təkcə tövhidə və Allahın birliyinə iman gətirməklə birgə deyil, hətta bundan əlavə nübüvvətə iman gətirməklə də birgədir; çünki insan, aləmi görərək Allaha iman gətirməməyi qeyrimümkün olduğu kimi, mümkün deyil ki, insan, aləmi və onu yaradanı görə, onun mövqeiyyətini varlıq aləmində tanıya, amma bununla belə bəşəri yaradılış hikməti ilə rəhbərlik edən ilahi risalətə (Peyğəmbərlərin göndərilməsinə) iman gətirməyə:
"Onlar (yəhudilər): "Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir", - deməklə Allahı layiqincə qiymətləndirmədilər."[3]
Qeyd etmək lazımdır ki, nübüvvət bəhslərində nübüvvəti inkar etmək, tövhidi inkar etməklə bərabər olması isbat olmuşdur.
7. Elm, yuxarıda qeyd etdiyimiz məfhumda, tövhid və ümumi nübuvvətə iman gətirməklə də birgədir; yəni, insan elmi bəsirətə yiyələnməklə, mərifət nuru sayəsində vücud və varlıq əsərlərini mülahizə etməklə Allahı müşahidə edirsə, asanlıqla Allahın həqiqi rəsullarını tanıyır, lakin bu baxış bəzən qüvvətlənərək elə bir mərtəbəyə ucalır ki, nübüvvət nurunu rəsuli Əkrəmin (s) vücudunda müşahidə edir, necə ki imam Əli (ə) bunu Allahın Peyğəmbərində müşahidə etdi; belə ki, buyurdu:
«أری نور الوحی والرّساله، و أشمّ ریح النبوّه»[4]
Belə bir mərifəti, qəlbi mərifət, kəşf və batini şühud (müşahidə) adlandırırlar.
Amma bəzən də bu baxış belə bir mərtəbəyə ucalmır, lakin insan əqli baxışla (dərklə) nübüvvətin əsər- əlamətlərini Peyğəmbərin (s) vücudunda mülahizə edir. Belə bir mərifəti əqli mərifət adlandırırlar.
Bu iki mərifət Quran baxımından elmi mərifət adlandırılaraq elmi bəsirətə nisbət verilmişdir.
[1] - Fatir surəsi, ayə 28
[2] - Ali İmran surəsi, ayə 18
[3] - Ənam surəsi, ayə 91
[4] - Nəhcülbəlağə, xütbə 192