HƏDIS
  • Başlıq: HƏDIS
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 18:37:45 1-9-1403

HƏDIS

Təfsiri Qumidə:

"Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar."[1] Ayəsinin barəsində nəql edir: Ömər ibn Xəttab Abdullah ibni Sallama dedi: Aya siz öz kitabınızda Məhəmmədi tanıyırsız?

Dedi? Bəli, and olsun Allaha əgər sizin aranızda olsa, onu Allah bizim üçün bəyan etdiyi xüsusiyyətlərlə tanıyırıq; o cürə ki, bizim hər birimiz öz uşaqlarımızı başqalarının arasında olarkən tanıyırıq. And olsun o kəsə ki, ibni Səllam ona and içər, mən bu Məhəmmədi öz uşağımdan daha yaxşı tanıyıram.[2]

Ət- təbəqatul- kübra İbni Abbasdan nəql edir: Qüreyş (qəbiləsi) Nəzr ibni Haris ibni Əlqəmə, Üqbə ibni Əbimuş və bir neçə nəfər digər şəxsləri Yəsrib Yəhudilərinin yanına göndərdilər və onlara dedilər ki, onlardan Məhəmmədin barəsində soruşun. Onlar Mədinəyə daxil oldular və dedilər: Biz bizim aramızda baş verən bir mövzuya xatir sizin yanınıza gəlmişik. Yetim və həqir bir cavan böyük söz deyir və öz xəyalına görə Rəhmanın rəsuludur, halbu ki, biz Yəmanənin rəhmanından başqa bir rəhman tanımırıq.

Yəhudilər dedilər: Onun sifətlərini (xüsusiyyətlərini) bizim üçün bəyan edin.

Qureyş qəbiləsinin göndərdikləri şəxslər Peyğəmbərin sifətlərini onlar üçün bəyan etdilər. Yəhudilər dedilər: Sizin içinizdən kim ona iman gətiribdir?

Cavab verdilər: Bizim aşağı təbəqələrimiz (kasıblar və yoxsullar).

Yəhudu alimlərindən biri güldü və dedi: Bu bizim onun sifətlərini (xüsusiyyətlərini) tanıdığımız peyğəmbərdir və bilirik ki, onun qövmü onunla ən (şiddətli) düşmənçilik edənlərdir.[3]

[1] - Bəqərə surəsi, ayə 146 və Ənam surəsi, ayə 20

[2] - Təfsiri Qumi, cild 1, səh 195, Biharul- ənvar, cild 15, səh 180, hədis 2

[3] - Əttəbəqətulkubra, cild 1, səh 165, Əddürrül- mənsur, cild 3, səh 579