CIHAD VƏ MÜBARIZƏ ÜSLUBU
İmam Məhdi (ə) özünün dünya səviyyəli iniqilabı ilə küfr və şirki dünyanın hər bir yerindən təmizləyəcək, bütün insanaları müqəddəs islam dininə də`vət edəcəkdir.
Peyğəmbəri Əkrəm (s) bu barədə buyurmuşdur:
«Onun (İmam Məhdinin) tutduğu yol eyni ilə mənim yolumdur: O camaatı mənim dinim və şəriətimdə qərar verəcəkdir.»[1]
Əlbəttə, o həzrət elə bir şəraitdə zühur edəcəkdir ki, haqq tam aşkar şəkildə təqdim olunacaq, dünya insanlarına höccət hər bir cəhətdən tamam ediləcəkdir.
Bununla belə, bə`zi rəvayətlərə əsasən Həzrəti Məhdi (ə) həqiqi və təhrif olunmamış Tövratı və İncili Antakiyadkı bir mağaradan çıxaracaq, onların vasitəsi ilə yəhudilərə və məsihilərə dəlil gətirəcəkdir ki, nəticədə onların çoxu islamı qəbul edəcəklər.[2] Müxtəlif xalqların o dövrdə islama yönəlməsinin səbəbi bundan ibarətdir ki, onların hamısı Məhdi (ə)-a qeybdən yardım olunduğunu, Həzrəti Musanın əsasının, Süleyman peyğəmbərin üzüyünün, Peyğəmbəri Əkrəmin (s) zirehli libası, qılıncı və bayrağının onunla yanaşı olduğunu,[3] eləcə də o həzrətin Allah peyğəmbərlərinin hədəflərinin həyata keçirilməsi, dünya səviyyəli ədalətin bərqərar olunması üçün qiyam etdiyini gördükləri zaman islama daha çox meyl edəcəklər. Aydındır ki, haqq və həqiqətin bütün dünya xalqlarına təqdim olunduğu belə bir şəraitdə yalnız o kəslər dindən kənarda qalacaqlar ki, özlərinin insani və ilahi hüviyyətlərini əldən vermiş olsunlar. Bunlardan da fəsad, zülm və sairdən başqa şeylər gözlənilmir. Həzrəti Məhdi (ə)-ın pak dövləti onların napak və iyrənc varlıqlarında paklanmalıdır. Məhz belə olan yerdə Məhdi (ə)-ın iti ədalət qılıncı, qınından çıxacaq, tam qüdrət və şövkətlə inadkar zalımların başına enəcək, onlardan bir kəs belə sağ qalmayacaqdır. Bu da elə Peyğəmbəri Əkrəm (s) və Həzrəti Əli (ə)-ın tutduğu üslub idi.[4]
İmamın məhkəmə pirinsiplərində tutduğu üslüb
Və`dəsi verilən şəxs ədalətin bütün yer üzərində bərqərar edilməsi üçün ehtiyat saxlanıldığından, bu ilahi vəzifənin yerinə yetirilməsi üçün möhkəm bir məhkəmə sisteminə ehtiyac duyulur. Buna əsasən, o Həzrət bu sahədə də əziz atası imam Əli (ə)-ın tutduğu üsluba əməl edəcək, insanların tapdalanmış haqlarını tam cidiyyətlə və qüdrətlə bərpa etməyə çalışacaq, hər yerdə olursa olsun, haqqı alaraq sahibinə qaytaracaqdır.
O həzrət ədalətə elə dəqiq şəkildə əməl edəcəkdir ki, rəvayətlərə uyğun olaraq, diri insanlar arzu edəcəklər ki, kaş ölülər qayıdaraq onun ədalətinin bərəkətindən bəhrələnəydilər.[5] Bə`zi rəvayətlərdə qeyd edilir ki, İmam Məhdi (ə) qəzavət və mühakimə məqamında həzrət Süleyman və Həzrəti Davud (ə) kimi əməl edəcək, onlar kimi, zahiri şahidlərin şahadətinə görə deyil malik olduğu ilahi elm əsasında əməl edəcəkdir.
İmam Sadiq (ə) buyurmuşdur:
«Ali-Məhəmmədin Qaimi qiyam edən zaman Davud və Süleyman kimi mühakimə yürüdəcəkdir: (yə`ni) heç bir şahid istəməyəcəkdir.»[6]
Bu cür mühakimələrin sirri bəlkə də bu ola bilər ki, o, ilahi elmə etimad etdiyinə görə həqiqi ədaləti bərqərar edəcəkdir, halbuki, zahiri şahidlərə və onların sözlərinə etimad olunsa təkcə zahiri ədalət hakim olacaqdır. Çünki hər bir halda şahidlər insanların arasından olduqlarına görə, səhv və yanlışlıq ehtimalı veriləcəkdir.
Əlbəttə, İmam Məhdi (ə)-ın qeyd olunan üslubdakı qəzavətinin necəliyinə gəldikdə isə, bu barədə nəzər vermək çox çətindir. Lakin bunu anlamaq olar ki, həmin üslub o həzrətin dövranına hakim olan şəraitə uyğun gələcəkdir.
İmamın idarəçilikdə tutduğu yol
Hökumətin mühüm işlərindən biri də qanun icarçılarından işçilərdən ibarətdir. Hökumətin məsuliyyətli işçilərinin layaqətli insanlar olduğu təqdirdə dövlət və xalqın işi çox tez qaydasına düşəcək, hökumətin izlədiyi hədəflərə çatmaq daha asan olacaqdır.
Həzrət Məhdi (ə) dünya səviyyəli bir hökumətin başçısı ünvanı ilə ən yaxşı köməkçilərinin arasından dünyanın müxtəlif məntəqələrinə özünün hakimlər tə`yin edəcəkdir. Onlar islam hakiminin bütün xüsusiyyətlərinə, o cümlədən idarəçilik, elm, təqva niyyətdə və əməldə pak olmaq, qərar qəbul etmək məqamında şücaətli olmaq və s. Bütün bunlarla belə, İmam (ə)-ın özü aləmin idarəçilik mərkəzinin böyük rəhbəri kimi, daim hakimlərin əmələrini nəzarət altına saxlayacaq, tam diqqətlə, heç nəyə güzəşt etmədən onlardan hesab çəkəcəkdir. İmam Məhdi (ə)-ın hökumətindən əvvəl təqribən unudulmuş olan bu mühüm xüsusiyyət rəvayətlərdə «imam Məhdi (ə)-ın əlamətinin biri» ünvanı ilə bəyan edilmişdir. Peyğəmbəri Əkrəm (s) buyurmuşdur:
عَلامَةُ المَهْدى اَنْ يَكُونَ شَديداً عَلَى العُمّالِ جَواداً بِالْمالِ رَحيماً بِالْمَساكين
«Məhdinin əlaməti bundur ki, özünün işçiləri ilə çox şiddətli (və dəqiq) olacaqdır. Onun çox-çox əta edən əli vardır, miskinlərə və yoxsullara qarşı çox mehribandır.»[7]
İmamın iqtisadi üslubu
Hökumətin maddi cəhətdən idarə olunmasında İmam Məhdi (ə)-ın tutduğu yol müsavat və bərabərlik prinsipinə əsaslanır ki, bu da Peyğəmbəri Əkrəmin dövründə də mövcud olan bəyənilmiş bir üslub idi, amma ondan sonra dəyişdirilmiş, ayrı-ayrı şəxslərə saysız-hesabsız sərvət verilməsi üçün yalançı me`yarlar yaranmış və bu da islam cəmiyyətində sinfi ziddiyyətlərin və təbəqələrin arasında parçalanmanın yaranmasına səbəb olmuşdur. İmam Əli (ə) və İmam Həsən (ə) öz xilafətləri dövründə müsəlmanlara beytül-mal verilməsi xüsusunda bərabərliyə riayət etsələr də, lakin onlardan sonra Bəni Üməyyə müsəlmanların mal-dövlətini özlərinin şəxsi əmlakı kimi və eləcə də ayrı-ayrı fərdlərin məsləhətinə uyğun olaraq istifadə etdilər və bu yolla da özlərinin qanunsuz hökumətlərinin əsaslarını möhkəmləndirdilər. Onlar əkinçilik sahələri və başqa yerləri ümumi əmlakdan olduğu halda öz qohum əqrəbalarına hədiyyə edirdilər. Üçüncü xəlifənin, eləcə də Bəni-Üməyyə xəlifələrinin dövründə özünün son hədinə çatan bu üslub tədrciçi olaraq rəsmi şəkildə qəbul edilmişdir.
Ədalət simvolu olan həzrəti Məhdi (ə) insanların beytül malını ümumi və hamının şərik olduğu bir əmlak ünvanı ilə qərar verəcək, onda heç növ ayrı seçkiliyə və yersiz imtiyazlara yol verilməycəkdir. Ümumi sərvətlərin və torpaq ərazilərinin bəxşiş edilməsi ümumi şəkildə qadağan olacaq.
Peyğəmbəri Əkrəm (s) buyurur:
...اِذا قامَ قائمُنا اصْمَحَلَّتْ القَطائِعُ فَلاقَطائِع
«Bizim qaimimiz qiyam edən zaman qətayeni (zalım hakimlərinin öz mülkiyyətinə keçirdiyi, yaxud başqasına həvalə etdiyi torpaq sahələrini) aradan aparacaq, belə ki, heç bir qətaye qalmayacaqdır.»[8]
İmam (ə)-ın maddi və iqtisadi məsələlərdə tutduğu üslubların bariz nümunələri budur ki, bütün insan fərdlərinin həyatı üçün məqbul sayılan rifahın və maddi imkanların yaradılması və ehtiyacların tə`min edilməsi üçün insanlara çoxlu mal-dövlət bağışlayacaqdır. Onun hakimiyyəti dövründə ondan bir şey istəyən hər bir ehtiyaclı şəxsə çoxlu miqdarda mal-dövlət veriləcəkdir.
Peyğəmbəri Əkrəm (s) buyurur:
...فَهُوَ يَحْثُوا الْمالَ حَثْواً
«O (Məhdi) əmvalı (mal-dövləti) çoxlu miqdarda paylayacaqdır.»[9]
Bu üslub fərdi və ictimai zəminələrdə islahat işlərinin aparılmasına şərait yaradacaqdır ki, bu da yaxşı insanların İmamının böyük hədəfidir. O Həzrət insanları maddi cəhətdən ehtiyacsız etməklə yanaşı, onların Pərvərdigari-aləmə itaət və ibadət etməs üçün münasib şərait yaradacaqdır ki, bu da «hökumətin hədəfləri» bölməsində ətraflı şəkildə qeyd olundu.
[1] Kamalud din, ikinci cild, bab 39, hədis 6, səh. 122
[2] İsbatul-hüdat, üçüncü cild, səh 249-251
[3] İsbatul hüdat, üçüncü cild, səh. 439-494
[4] Yenə orada, səh. 450
[5] Əl Fitən, səh. 99
[6] İsbatul-hüdat, ikinci cild, səh. 447
[7] Möcəmi əhadisil imam Məhdi, birinci cild, hədis 152, səh. 246
[8] Biharul-ənvar, 52-ci cild, səh. 309
[9] Möcəmul əhadisi İmam Məhdi, birinci cild, səh. 232, hədis, 143