SON SÖZ
İmam Məhdiylə (əc.) tanışlıq öhdəlikli və məsuliyyətli bir tanışlıqdır.
Vilayət ipindən tutmaq, təqvalı olub, İmam Məhdiyə (əc.) qarşı durmaqdan çəkinmək, zühura zəmin yaratmaq üçün səy və mübarizə, o həzrətə məhəbbət və kömək göstərmək yolunda mətanət, zühurun yaxınlaşması və o həzrətin müqəddəs məqsədlərinin həyata keçməsi üçün davamlı dua etmək, heç bir müntəzir şiənin unutmayacağı vəzifə və məsuliyyətlərdəndir.
İmam Məhdini (əc.), onun məqsəd və amallarını tanıdıqdan sonra sakit oturmaq, nəinki təkcə o həzrətin, hətta Allah-taalanın da istədiyi işlərə qarşı laqeydlik göstərmək, əsla mümkün deyil.
XƏTMİ-KƏLAM
İmam Məhdidən (əc.), kiçik qeyb dövründə yazdığı və şiələrin suallarına cavabdan ibarət olan məktublardan savayı, bəzi xüsusi dua və ziyarətlər nəql olunmuşdur. Bunlarla məşğul olmağın möminlərin mənəvi yüksəlişi və hacətlərin qəbul olunmasında xüsusi təsiri vardır.
Bu qısa kitabçanın sonunda həmin duaların "Həzrət Məhdiyə (əc.) istiğasə" adlı birisini qeyd edirik.
Mərhum Seyid Əli Xan özünün "əl-Kəlimüt-təyyib" kitabında buyurmuşdur: Bu, həzrət Sahibəz-zamana (əc.) istiğasə və ondan kömək diləməkdir. Harada olsan, bir həmd və istədiyin daha bir surə ilə iki rəkət namaz qıl və sonra açıq səma altında üzü qibləyə dayan və de:
Səlamullahil-kamilut-tamm, əş-şamilul-`amm, və sələvatuhud-daimətu və bərəkatuhul-qaimətut-tammətu `əla hüccətillahi və vəliyyihi fi ərzihi və biladih, və xəlifətihi `əla xəlqihi və `ibadih, və sulalətin-nubuvvəti və bəqiyyətil-`itrəti vəs-səfvəti Sahibizzəman, və muzhiril-iman, və muləqqini əhkamil-Quran, və mutəhhiril-ərzi və naşiril-`ədl, fit-tuli vəl-`ərz, vəl-huccətil-Qaimil-Məhdiyyil-İmamil-Muntəzəril-Mərziyy, vəbnil-əimmətit-tahirin, əl-vəsiyyibnil-əusiyail-mərziyyin, əl-hadil-mə`sumibnil-əimmətil-hudatil-mə`sumin.
Əssəlamu `ələykə ya Muizzəl-momininəl-mustəz`əfin! Əssəlamu `ələykə ya Muzilləl-kafirinəl-mutəkəbbirinəz-zalimin! Əssəlamu `ələykə ya məulayə ya Sahibəzzəman! Əssəlamu `ələykə yəbnə Rəsulillah! Əssəlamu `ələykə yəbnə Əmiril-mominin! Əssəlamu `ələykə yəbnə Fatimətəz-Zəhra, səyyidəti nisail-`aləmin! Əssəlamu `ələykə yəbnəl-əimmətil-hucəcil-mə`sumin, vəl-imami `ələlxəlqi əcməin! Əssəlamu `ələykə ya məulayə, səlamə muxlisil-ləkə fil-vilayəh. Əşhədu ənnəkəl-imamul-Məhdiyyu qəulən və fi`lən, və əntəlləzi təmləul-ərzə qistən və `ədlən bə`də ma muliət zulmən və cəura. Fə`əccələllahu fərəcək, və səhhələ məxrəcək, və qərrəbə zəmanək və kəssərə ənsarəkə və ə`vanək, və əncəzə ləkə ma və`ədək, fəhuvə əsdəqul-qailin: "Və nuridu ən-nəmunnə `ələlləzinəstuz`ifu fil-ərzi və nəc`ələhum əimmətən və nəc`ələhumul-varisin".
Ya məulayə, ya Sahibəz-zəman, yəbnə Rəsulillah, hacəti... (burada öz hacətini dilə gətir). Fəşfə` li fi nəcahiha fəqət-təvəccəhtu iləykə bihacəti li`ilmi ənnə ləkə `indəllahi şəfa`ətən məqbuləh, və məqamən məhmuda. Fəbihəqqi mənixtəssəkum biəmrihi vərtəzakum lisirrih, və biş-şənilləzi ləkum `indəllahi bəynəkum və bəynəh, səlillahə tə`ala fi nuchi təlibəti və icabəti də`vəti və kəşfi kurbəti.
Bundan sonra hacətini istə, inşallah qəbul olar.
Mərhum müqəddəs Qumi "Məfatihul-cinan" kitabında yazır:
"Yaxşı olar ki, bu namazın birinci rəkətində "Həmd" surəsindən sonra "Fəth", ikinci rəkətində isə "Nəsr" surəsi oxunsun".