UZUN ÖMÜRLÜLÜK
  • Başlıq: UZUN ÖMÜRLÜLÜK
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 10:10:16 2-10-1403


UZUNÖMÜRLÜLÜK

İmam Məhdinin (əc.) doğulmasından bu günədək 1000 ildən artıq vaxt keçir. Bu uzun ömrün bundan sonra daha neçə onilliklər, yüzilliklər və hətta minilliklər boyu davam edəcəyi isə heç kimə bəlli deyil. Lakin, bütün bunlara baxmayaraq, bu məsələdə heç bir qeyri-mümkünlük yoxdur. Çünki:

1) Hər bir şeyin vücuda gəlməsi və uzun müddət qalması, insanı yoxdan yaradan böyük Allahın iradəsinə bağlıdır:

انما امره اذا أراد شيا أن يقول له كن فيكون[1]

Belə bir Allahın öz hikmətinə əsasən, məxluqlarından birinin ömrünü min illər boyu uzatmağa qüdrəti vardır.

Qurani-kərimdə yazılmışdır ki, Əgər Yunus peyğəmbər (s) tövbə etməsəydi, Allah-taala onu qiyamət gününə qədər balığın qarnında diri saxlayacaqdı[2].

2) Tarix kitabları yüz illərlə heç bir xəstəlik görmədən yaşayan insanların əhvalatı ilə doludur. Tövratda yazılmışdır ki, "Zülqərneyn" üç min il ömür sürmüşdür[3]. Qurani-kərim Nuh peyğəmbərdən (ə) danışarkən, onun tufanaqədərki ömrünü 950 il göstərmişdir. [4]

3) Məntiqi cəhətdən, hər hansı bir mövcudun ömrünün tədrici artmasında, onun üçün müəyyən hədd nəzərdə tutub, ondan yuxarını qeyri-mümkün hesab etmək düzgün deyil. Buna görə də əgər bir insanın ömrü 100, 150 vəyaxud 200-ə çatmışsa, demək, bundan artığı da mümkündür və hətta bu, bir neçə min il davam etsə də, yenə də onu məhdud etmək olmaz.

4) Elm sübut etmişdir ki, əgər bədən üzvlərinə lazım olan maddələr, qədərincə onlara çatdırılsa və daima xəstəlik və çatışmazlıqlara qarşı tədbirlər görülsə, canlıların ömrü çox heyrətamiz şəkildə arta bilər. Buna əsasən, əsla təəccüblü deyil ki, İmam Məhdi (əc.) Allahın bəxş etdiyi sonsuz elm nəticəsində öz ömrünü adi insan ömründən dəfələrlə artıra bilər.



[1] Yasin/82.

[2] Saffat/144.

[3] Müntəxəbül-əsər, səh: 276.

[4] Ənkəbut/14.