ŞÜCAƏT HƏDƏFI
  • Başlıq: ŞÜCAƏT HƏDƏFI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 2:41:47 4-9-1403


İYİRMİ BEŞİNCİ HEKAYƏT

ŞÜCAƏT HƏDƏFI

İmam Əli (əleyhissalam) öz ordusu ilə Fəratın su yolunu düşmən əlindən alıb onu dost və düşmənin istifadəsi üçün azad etdikdən sonra bir müddət müharibəni dayandırdı.

Bu dayanış ordu arasında bir zəmzəməni yaranmasına səbəb oldu ki, niyə Əli (əleyhissalam) vuruş əmri vermir?

Bu sualın cavabını İmamdan soruşduqda Həzrət belə cavab verdi:

Bu barədə əsgərlərin öz sözü nədir?

Ərz olundu: Bəziləri Əli (əleyhissalam) ölüm qorxusundan cihad əmri vermir, bəziləri isə İmamın Şam ordusu ilə müharibədə (şübhəsi) var deyə söyləyirlər. Həzrət Əli (əleyhissalam) buyurdu: Burada nə qorxu var, nə də şəkk-şübhə. Sonra mətləbin daha da aydınlaşması üçün dedi:

Müharibə hədəf üçün körpü olmalıdır, nəinki hədəf müharibəyə qurban verilsin. Daha sonra bu xütbəni buyurdu:

And olsun Allaha mənim ölümə sarı getməyimdən, yaxud ölümün mənə tərəf gəlməsindən zərrəcə qorxum yoxdur. Amma Şamlılarla müharibə etməyimdə şəkk-şübhə olduğuna gəldikdə isə and olsun Allaha ki, əgər hər gün müharibəni təxirə salıramsa arzum budur ki, bir qrup camaat hidayət olunsun. Bəlkə, zülmətlər içində mənim nurumu görüb inhiraflıqdan nicat tapsınlar. Bu mənim üçün müharibədən ya onların öldürülməsindən daha yaxşıdır. Burada Əli (əleyhissalam)-ın şücaət yüksəkliyində öz hədəfini xalqın necə hidayət olmasında bəyan etdiyini və şücaətlə yanaşı özünün səbr və dözümünü müşahidə edirik. Belə ki, bu barədə Həzrətin özü belə buyurur: Xeybər müharibəsində Rəsulullah səlləllahu əleyhi və alihi və səlləm mənə buyurdu:

Əgər Allah sənin vasitənlə bir nəfəri hidayət edərsə, sənin üçün günəşin bir şeyə saçmasından daha yaxşıdır.”

Digər rəvayətdə gəlibdir ki, Siffeyn müharibəsi cəbhəsində İmam Əli (əleyhissalam) zireh geymədən meydana atıldıqda oğlu İmam Həsən (əleyhissalam) atasına ərz etdi: Bu cür ehtiyatsızlıq müharibə qanunlarının əleyhinədir.

İmam buyurdu:

Oğlum, atanın qorxusu yoxdur ki, özü ölümə varid olsun, ya ölüm gəlib onu tapsın.” Yenə də Əli (əleyhissalam) Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin vəfatından və xilafət söhbəti ortaya atıldıqdan sonra buyumuşdu:

Əgər söz danışsam (və haqqımı tələb etsəm) deyərlər rəyasət hərisidir. Yox, əgər sussam, ölümdən qorxur deyəcəklər. And olsun Allaha Əbu Talib oğlunun ölümə olan həvəsi süd əmər uşağın ana döşünə olan istəyindən daha artıqdır