GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
  • Başlıq: GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 3:51:31 4-9-1403


GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI

Hamıya bəllidir ki, dünyanın istimai-siyasi, dini və mədəni həyatında gənclər, xüsusilə də oğlanlar yaxından iştirak edirlər. Müasir gənc sadəliyi, fiziki kamilliyi, əxlaqi saflığı və mənəvi gözəlliyi özündə birləşdirməlidir. Mərd, igid, cəsur ədalətli olmalıdır.

Bütün bu keyfiyyətləri özündə layiqincə birləşdirən və döyüş meydanlarının şirin və Allahın vəlisi İmam Əli ibn Əbutalibi (ə) bugünkü gənclərimizə fəxrlə nümunə göstərmək olar. Hər bir gənc bu zəruri keyfiyyətlərə malik olmalıdır. Məsələn, Xəndək müharibəsində iyirmi beş yaşlı həzrət Əli (ə) meydana çıxaraq Əmr ibn Əbu Dəvədi parçalaması, İmam Hüseyn (ə) iyirmi yaşında Suffeyn müharibəsində atası həzrət Əli (ə) ilə kürək-kürəyə vuruşması, xalqımızın mərd-mübariz oğulları Koroğlu, Cavanşir, Babək, Şah İsmayıl Xətai və başqaları tarixin qəhrəmanlıqla dolu səhifələrini vərəqləyən hər bir gənc üçün nümunə olmalıdır. Müasir gənclərimiz bilməlidirlər ki, qarşılaşdıqları zülmə, çətinliklərə, haqsızlıqlara baş əyməyərək əsl kişi kimi yaşamış insanlara zəiflər, iradəsizlər tabe olmuş və bundan sonra da təzim edəcəklər.

Təssüflə qeyd etmək lazımdır ki, indi küçə və meydanlarda ölçü hissini itirmiş gənclərə tez-tez rast gəlirik. Onlar geyimləri ilə, hətta özlərini müxtəlif hallara salmaları ilə başqalarının diqqətini cəlb etmək istəsələr də, hər halda xalqın, cəmiyyətin layiqli övladı adından kənarda qalır və hara getsələr söz-söhbətə səbəb olurlar. Küçələrdə istirahət parklarında, ictimai yerlərdə özlərini açıq-saçıq, ləyaqətsiz aparan gənclər də məhz bu qəbilədəndirlər. Belələri ilə rastlaşanda N. Babayevin "Açıq söhbət" adlı publisist düşüncələrində belə bir epizod yadıma düşdü:

"Taksi gözləyirdim. Elə bu zaman bir taksi düz qabağımda sərt tormoz verib dayandı... Sürücünün qapısı şaqqıltı ilə açıldı. Sürücü hərlənib sərnişinlərin əyləşdiyi dal oturacağın qapısına yaxınlaşdı. Hirslə qapını açıb qışqırdı:

Düşün maşından. Sərnişinlər cavan oğlanla qız idi. Oğlan soruşdu:

Nə var, nə olub?

Canına dərd olub, baban yerində kişiyəm, utanmırsan, gözümün qabağında min oyundan çıxırsan. Heç olmazsa, mənim çal saçlarımdan həya edin... Ədəbsizlər, düşün maşından.

Qız paltarını düzəldə-düzəldə maşından düşdü. Onun arxasınca oğlan da düşdü. Sürücü üzünü qıza çevirdi:

Xoşbəxtlikdən mən sənin atan deyiləm, yoxsa buradaca səni dilim-dilim edərdim.

Oğlan isə etinasız bir şəkildə dedi:

Biz pul veririk, bizi düşürməyə ixtiyarın yoxdur.

Bura Amerika deyil ki, pul verib hər ədəbsizliyi edə biləsən. Bura müsəlmançılıqdır. Onun öz müqəddəs adətləri var. Mən bu adətləri sənin kimilərin öz ağırlığında puluna dəyişmirəm"..

Bəli bu və buna bənzər digər xöşagəlməz hallar indi də özünü göstərməkdədir.

Yeniyetməlik yaşında oğlanların bir qismi papiros çəkməyə, içki içməyə və narkotik maddələr qəbul etməyə başlayırlar. Onlar belə güman edirlər ki, papiros çəkəndə içki içəndə əsl kişiyə oxşayırlar. Elələri də var ki, tezliklə yanıldıqlarını başa düşür və bu yoldan çəkinirlər. Bəziləri isə iradəsizlikdən bu günah, səhv və təhlükəli vərdişdən düzgün yola qayıda bilmirlər. Sadəcə olaraq kimin və nəyinsə təsiri altına düşür və öz gözəl gələcəklərini görmək istəmir, yaxud görə bilmirlər. Mən belələrinin tutduqları yola ona görə təhlükəli deyirəm ki, içki içənlər,papiros çəkənlər, narkotik maddələr qəbul edənlər ən pis xəstəliklərə çox asanlıqla düçar olurlar. Nəticədə onların arsında dünyanı vaxtsız tərk edənlərin sayı çox olur. Tibb elmi təsdiq etmişdir ki, belə təhlükəli yola düşən adamların uşaqlarında anadan gəlmə xəstəliklər müşahidə olunur. Bu xəstəliklər bəzən uşağın şikəst olması ilə nəticələnir. Sonrakı peşimançılıq fayda vermir. Valideynlərinin günahları ucbatından şikəst olmuş uşaq sonralar, vaxt keçdikcə, körpə böyüdükcə ana və ata üçün evdə böyük dərdə çevrilir. Məncə uşağın yaşının üstünə yaş gəldikcə bu dər də böyüyür və sözün əsl mənasında ailənin faciəsinə çevrilir. Bu haqda hələ ailə qurmamışdan çox-çox əvvəl fikirləşmək lazımdır. Necə ki, dahi şairimiz Şeyx Nizami demişdir:

Hər bir şey təməldən möhkəm qurular,

Təməlsiz binalar çox tez dağılar.

Həzrət Əli (ə)-dan belə bir hədis vardır: "Həyatda iki şey vardır ki, insan onun qədrini itirdikdən sonra bilir: Cavanlıq və sağlamlıq".

Gənc dostlar! Gəlin öz gələcək həyatımız haqqında bu gün düşünüb daşınaq... Ömrümüzə verilən günlərdən, saatlardan dəqiqələrdən səmərəli istifadə edib özümüzü tanıyaq. Vaxtımızı puç bə mənasız şeylərə sərf etməyək. Əgər özümüzü lazım olan qədər tanısaq, haradan gəlib, haraya gedəcəyimizi də bilərik. İmadəddin Nəsimi demişkən:

Özünü dərk et, həqiqətlər ola aydın sənə,

Cəbrayıl da baş əyib qarşında dönsün çakərə.

Odur ki, həqiqətə tapınaraq Quranın, peyğəmbərlərin, imamların göstərişlərinə əməl edib bu dünyanı özümüzə təcrübə toplamaq naminə bir məktəb hesab edək və əbədi həyat üçün yaşamağa hazırlaşaq.

Allah siz qardaş və bacıları öz hidayəti altında saxlasın. Amin!