TƏVAZÖ
  • Başlıq: TƏVAZÖ
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 15:58:47 19-9-1403

TƏVAZÖ
Peyğəmbəri- əkrəm (s): Mütəal Allah mənə vəhy etdi ki, "Təvazökar olun, belə ki, heç kəs digərinə fəxr göstərməsin və heç bir kəs, başqasına zülm etməsin".  
Əlmöcəmül- kəbir (İbn Ömərdən) nəql edir: Eşitdim ki, Peyğəmbər (s) buyurdu: "Göydən bir mələk mənə nazil oldu ki, o mələk məndən qabaqkı Peyğəmbərlərin heç birinə nazil olmamışdı və məndən sonra da heç bir kimsəyə nazil olmayacaq. O mələk İsrafil idi və Cəbrail də onun yanında idi. O (İsrafil) dedi: Salam olsun sənə ey Məhəmməd! Mən sənin Allahının sənin tərəfinə göndərilmiş elçisiyəm. Mənə əmr edibdir ki, səni iki şeydən birini seçməkdə, ixtiyar sahibi edəm: Əgər istəyirsən Peyğəmbərlik və bəndəliyi seç və əgər də istəyirsən Peyğəmbərliyi və padşahlığı seç.Mən Cəbrailə baxdım və o, mənə işarə etdi ki, təvazökar ol. Mən dedim: Peyğəmbərlik və bəndəliyi seçdim".  
Əttəbəqətül- Kübra: (Yəhya ibni əbu Kəsirdən) nəql edir: Həzrəti Peyğəmbər (s) buyurdu: "Mən bəndələr kimi yemək yeyir və bəndələr kimi otururam, çünki, mən bəndədən artıq bir şey deyiləm."
Peyğəmbər (s) həmişə iki dizi üstə oturardı.  
İmam Sadiq (ə): Peyğəmbər (s), Allah onu Peyğəmbərliyə seçən zamandan bəri təkyə verərək (yerə söykənərək) yemək yeyərdi və padşahlar kimi olmağı sevməzdi. Amma biz bunu edə bilmirik.  
Kənzül- ümmal: (Əbu İmamədən) nəql edir: (Bir gün) Peyğəmbər (s) Bəqiyə tərəf getdi. Səhabələri də, onun arxasınca yola düşdülər. Peyğəmbər (s) dayandı və onlara göstəriş verdi ki, qabaqda getsinlər. Sonra özü də onların arxasınca getdi. Bunun səbəbini soruşduqda, Peyğəmbər (s) buyurdu: "Mən sizin ayaqqabılarınızın səsini eşitdim və qorxdum ki, təkəbbürdən bir şey mənim vücuduma daxil olsun.