ZAHIDLIK (DÜNYAYA RƏĞBƏTSIZLIK)
Allahın rəsulu (s) "həsirin" üstündə uzanmışdı və "həsir" həzrətin bədənində iz qoyduğu üçün ona ərz etdilər: Kaş özün üçün yataq hazırlayayadın?
Peyğəmbər (s) buyurdu: Dünya mənə lazım deyil. Mənim dünyayla misalım o atlıya bənzəyir ki, yayın isti günündə yol gedir, günün bir neçə saatını ağac kölgəsində istirahət edir və sonra yoluna davam edir.
Səhih Müslüm: (Ömərdən) nəql edir: Peyğəmbərin hüzuruna getdim. O, həsir üstündə uzanmışdı. Mən də oturdum. Bir mələfədən başqa bir şey üstündə yox idi. Elə ki, onu qaldırdı, gördüm ki, bədənində həsirin yeri (izi) qalıbdır. Peyğəmbərin (s) anbarına baxdım. Gördüm ki, otağın bir küncündə bir ovuc miqdarında arpa, bir miqdar sələm ağacının yarpağı (dəri dabbağlamaq üçün) var və dabbağlanmış bir dəri də bir tərəfdən asılıbdır. Gözlərimdən yaş axdı.
Peyğəmbər (s) buyurdu: "Nə üçün ağlayırsan ibni Xəttab?
Ərz etdim: Ey Allahın rəsulu! Nə üçün ağlamayım ki, görürəm həsir bədənində iz salıb və bu da sizin xəzinənizin vəziyyəti, halbu ki, Kəsra və Qeysər, meyvəli və arxlı bağlarda yaşayırlar. Siz ki Allahın seçilmiş Peyğəmbərisiniz.
Peyğəmbər (s) buyurdu: "Ey Xəttab oğlu! İstəmirsənmi ki, axirət bizim olsun və dünya onların?"
Məkarimul- əxlaq: İbni Xuli bir qabda Peyğəmbər üçün Süd və bal gətirdi. Peyğəmbər (s) onu yeməkdən imtina etdi və buyurdu: "Bir vədədə iki yemək və bir qab içində iki qab? Mən bunu yeməyi haram bilmirəm, amma istəmirəm ki, fəxr edəm və (qiyamət günü) dünyanın artığına xatir hesab çəkəm. Mən təvazökarlığı sevirəm, çünki, hər kəs təvazökar ola, Allah onu ucaldar.
Əttəbəqəyül- Kübra: (Yəzid ibni Qüseytdən) nəql edir: Peyğəmbər (s) üçün bir miqdar badam ləpəsindən hazırlanmış bir yemək gətirdilər və onu, onun qarşısına qoydular.
Peyğəmbər (s) buyurdu: Bu nədir?
Dedilər: Badam ləpəsindən hazırlanmış bir xörək (halva)
Buyurdu: "Onu aparın. Bu əşrəflərin yeməyidir."
Əttəbəqətül- Kübra: (Əbisəxrdən) nəql edir: Peyğəmbər (s) üçün bir qədər badam halvası gətirdilər. Peyğəmbər (s) buyurdu: "Bu nədir?" Ərz etdilər: Badam halvasıdır. Buyurdu: Onu aparın, bu, əşrəflərin yeməyidir.