SƏBR VƏ DÖZÜM
  • Başlıq: SƏBR VƏ DÖZÜM
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 16:38:59 19-9-1403

SƏBR VƏ DÖZÜM
Peyğəmbər (s): Heç kəs mənim qədər Allah yolunda əziyyət çəkməyibdir.  
Peyğəmbər (s): Heç kəs mənim qədər əziyyət çəkməyibdir.
Peyğəmbər (s): Heç kəs mənim qədər Allah yolunda əziyyət görməyibdir və heç kəs mənim qədər Allah yolunda təhdid olunmayıbdır. Üç gecə- gündüz mən və Bilal (Həbəşi) canlı mövcudun yeməyini tapa bilmirdik. Təkcə o qədər var idi ki, əgər Bilalın qolu altına qoysaydın yox olardı.  
Əttəbəqatul- Kübra: (İsmail ibni Əyyaşdan) nəql edir: Peyğəmbər (s) camaatın günahlarının (səhvlərinin) müqabilində hamıdan səbirli idi.  
Əlmüsənnəf, ibni Əbu Şəybə (Tariq Müharibidən) nəql edir: Zülməcaz bazarında alverlə məşğul idim. Allahın rəsulununu (s) gördüm ki, qırmızı paltar geyinmişdi və gedə- gedə səslə deyirdi: "Ey camaat! Deyin Allahdan başqa bir Allah yoxdur və xoşbəxt olun (nicat tapın)."
Bir kişi də, onun ardınca daş atır, və onun topuqlarını və ayaqlarının arxasını qanlatmışdı və deyirdi: Ey camaat! Onun sözlərinə qulaq asmayın, o, yalançıdır.
Soruşdum: Bu kimdir?
Dedilər: Əbdülmüttəlibin tayfasından bir cavandır.
Soruşdum: Bəs onun arxasınca daş atan kişi kimdır?
Dedilər: Bu onun əmisi Əbdülüzzadır (Əbuləhəb).  
Tarixi Dəməşq (Münibdən) nəql edir: Cahiliyyət dövründə ki, hələ islam elə də yayılmamışdı, Allahın Peyğəmbərini gördüm ki, buyurdu: "Ey camaat! Deyin Allahdan başqa bir Allah yoxdur və xoşbəxt olun."
Amma bəziləri onun üzünə ağız suyu atırdılar (tüpürürdülər), bəziləri onun üstünə torpaq səpirdilər və bəziləri də onu söyürdülər. Bu zaman kiçik bir qız bir qədəh su gətirdi, Peyğəmbər (s) əl- üzünü yudu və buyurdu: "Qızım! Səbirli ol və atanın məğlubiyyətinə xatir qəmlənmə."
Mən soruşdum: Bu balaca qız kimdir?
Dedilər: Peyğəmbərin (s) qızı Zeynəbdir ( və o yeni- yetmə bir qızdır).  
Səhih- Buxari: (ibni Məsuddan) nəql edir: Peyğəmbəri (s) gördüm ki, elə bil Peyğəmbərlərdən eləsinin hekayəsini nümayiş etdirirdi ki, qövmü onu vurub, qanına qəltan edirlər və o, qanı üzündən təmizləyir və deyir: "İlahi! Mənim qövmümü bağışla, onlar nadandırlar".