ÖZÜNƏ GÖRƏ ƏSƏBLƏNMƏMƏK
  • Başlıq: ÖZÜNƏ GÖRƏ ƏSƏBLƏNMƏMƏK
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 16:57:26 19-9-1403

ÖZÜNƏ GÖRƏ ƏSƏBLƏNMƏMƏK
İmam Əli (ə) Peyğəmbərlərin vəsfində: Özünə olunan zülmlərin intiqamını almazdı.Yalnız Allahın hörməti sındırılan zaman qəzəblənərdi.  
İmam həsən (ə): Öz dayım Hind   ibni Əbihalə Təmamidən (ki, vəsf tanıyan) idi Peyğəmbərin (s) sifətlərindən (və xasiyyətlərindən) soruşdum:
Dedi: Dünya və dünyaya aid işlər onu əsəbləndirməzdi. Lakin hər xavt haqqa hörmətsizlik olunardı, heç kimi nəzərə almazdı və heç kim onun qəzəbinin qarşısını ala bilməzdi, o zamana qədər ki, haqqın intiqamını alardı. Heç vaxt özünə xatir qəzəblənməzdi və buna görə heç bir kəsdən əvəz çıxmazdı.  
İmam Sadiq (ə): Ühud döyüşündə müsəlmanlar Peyğəmbərin (s) ətrafından dağıldılar və Peyğəmbər (s) şiddətli sürətdə qəzəbləndi. O, qəzəblənərkən tər damcıları mirvari dənələri kimi onun alnından damırdı.  
Səhih Müslüm: Peyğəmbər (s) heç vaxt, heç kimi əli ilə vurmazdı. Nə qadını, nə də xidmətçini. O, yalnız Allah yolunda döyüşərkən vurardı. O, heç vaxt şəxsi məsələlərinə görə intiqam almırdı. Yalnız Allahın hörməti sındırılan zaman Allaha xatir intiqam alırdı.  
Səhih Buxari: (Ayişədən) nəql edir: Peyğəmbər (s) heç vaxt öz şəxsi məsələsinə görə intiqam almazdı. O, yalnız Allahın hörməti sındırılarkən Allaha xatir intiqam alırdı.  
Biharul- ənvar: (Aişədən) nəql edir: Peyğəmbər (s) hər zaman Xədicəni yad edərdi, onu tərifləməkdən və onun üçün istiğfar etməkdən yorulmazdı. Bir gün onu yad etdi və mən həsəd apardım və dedim: Allah o qoca arvadın əvəzinə sənə (məni) verib. Gördüm ki, Peyğəmbər (s) şiddətlə əsəbləşdi. Mən dediyimdən peşiman oldum və dedim:
İlahi! Əgər rəsuluvun qəzəbini sakitləşdirsən, nə qədər ki, diriyəm Xədicəni pisliklə yad etmərəm.
Elə ki, Peyğəmbər (s) mənim bu halımı gördü buyurdu: "Bu sözü necə ağzına aldın? And olsun Allaha, Xədicə o vaxt mənə iman gətirib ki, camaatın hamısı mənə kafir idilər. Camaat məni özlərindən kənarlaşdıran zaman Xədicə mənə sığınacaq verdi. Camaat məni, təkzib edən zaman, o məni təsdiq etdi. Siz övladdan Məhrum olan zaman Allah mənə ondan övlad bəxş etdi." Peyğəmbər (s) bir ay gecə- gündüz mənə Xədicədən danışdı.