SƏFURA; ŞÜEYB (Ə)IN QIZI
  • Başlıq: SƏFURA; ŞÜEYB (Ə)IN QIZI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 21:10:45 10-10-1403


SƏFURA; ŞÜEYB (Ə)IN QIZI

Quranda nümunə qızlardan da söhbət açılıb. Onları tanıtdıraraq, onların yaxşılıqlarını tərifləmişdir. Onlar Həzrəti Şüeyb (ə)in qızlarıdır.

Quran onların dastanını Həzrəti Musanın dastanının ortalarında bəyan etmişdir.

Musa bir sıra məsələlərə görə şəhəri tərk etmək məcburiyyətində qaldı. Öz canının nicatı üçün Firondan başqa bir diyara öz qoydu. O şəhərdən çıxdı. Öz Allahı ilə zümzümə edirdi: "Ey Tanrım məni zalım camaatın əliundən nicat ver və azad et".

O yolları keçə - keçə Mədyən şəhərinin yaxınlığınacan gəldi. Mədyən Şüeybin yaşadığı şəhər idi. Orada dedi: Ümidvaram ki mənim Allahım məni düzgün və möhkəm yola hidayət edəcək. Yenə gəldi tainki su quyusuna çatdı və müşahidə etdi ki camaatın bir çox hissəsi oraya yığışıblar və öz qoyunlarına su verirlər. Burada Quran buyurur:

«$£Js9ur yŠuur uä!$tB šútïô‰tB y‰y`ur Ïmø‹n=tã Zp¨Bé& šÆÏiB Ĩ$¨Y9$# šcqà)ó¡o„ y‰y_urur `ÏB ãNÎgÏRrߊ Èû÷üs?r&tøB$# Èb#yŠrä‹s? ( tA$s% $tB $yJä3ç7ôÜyz ( $tGs9$s% Ÿw Å+ó¡nS 4Ó®Lym uωóÁムâä!$tãÌh9$# ( $tRqç/r&ur Ӈø‹x© ׎Î7Ÿ2 »[1]

Yəni “Musa Mədyən kənarındakı bir quyuya çatanda onun başında heyvanlarını sulayan bir dəstə adam və onlardan başqa qoyunlarını su içməyə və başqalarının heyvanlarına qarışmağa qoymayan iki qız görüb dedi: “Çobanlar sulayıb getməmiş biz qoyunlarımıza su vermirik. Atamız da yaşlı bir qocadır. Buna görə qoyunları sulamağa biz gətiririk” – deyə cavab verdilər”.

Baxın bu həyalı, nəcib və şəxsiyyətli qızlar deyirlər: Nə qədər ki bu camaat və bu çobanlar var biz suya yaxınlaşmırıq. Onlar getdikdən sonra quyunun suyundan istifadə edib evə dönürük. Yəni biz kişilərlə qarışmağı sevmirik. Baxmayaraq ki işimiz təxirlə üzləşir və gözləməli oluruq. Biz işin gecikməsini özümüzdə qəbul edirik, lakin ləyaqətsiz vəziyyəti qəbul etmirik ki naməhrəm kişilərlə qarışaq. Nəticədə öz evimizin, xandanımızın, imanımızın və dinimizin hörmətini sındıraq. Xülasə özlərinin dini şəxsiyyətlərini heç şeylə əvəz etmirdilər. Şəxsiyyətsiz qızlar insani dəyərlərdən, asimani sərmayələrdən məhrum qalaraq, etibar və əsilliklərini ən az şeylərin qarşısında unudurlar. Tez müddətdə biganələrin rəngini özlərinə alırlar. Nəticədə İslamın və Quranın düşmənlərinin ardınca gedirlər və özlərinin uca, iffətli, pak və təqvalı məqamlarını əldən verir, pozğun və dəyərsiz olurlar.

Amma özünü tapmış insanlar örpəyin, paklığın və naməhrəm kişilərlə qarışmamağı hər şeydən üstün tutaraq, meydana gələn məhdudluqları və məhrumluqları qəbul edərək, maddi cəhətdən problemlərlə üzləşmələrini də qəbul edirlər.

Bəli Şüeybin qızlarının söhbıti Musanın sualının cavbabında qanedici idi. Xüsusi olaraq Həzrəti Musa üçün ki, İlahi peyğəmbər idi. Məhz iman və təqvaya görə möhtərəm iki qızın dediyini yaxşı dərk etdi. Elə bir cavab eşitdi ki verdiyi sual nöqteyi nəzərindən onun üçün heç bir qaranlıq nöqtə qalmadı.

Bəli bu məsələni oxuyan hər bir şəxsin şüurunda formalaşaan burada sual meydana çıxa bilər. Sual bundan ibarətdir ki, niyə həzrəti Şüeyb özü suyun hazırlanması üçün gəlmir və qızlarını göndərirdi?

İndi baxın bu əziz qızların öz atalarına nisbət mehribanlığı, ürəkyanmaları, xeyirxahlığı və diqqətli olmaları nə dərəcədədir:

İlk növbədə diqqətli, bu məsələyə diqqət yetirdilər ki mümkündür bəziləri atalarını sualla tuşlasınlar və bu problemi O yüksək və kəramətli şəxsiyyətin üstünə yönəltsinlər.

İkinci məsələ budur ki onlar razı olmadılar ən azacıq ləkə belə atalarına tərəf tuşlansın. Düşüncə və xəyallarda belə iradlar Şüeybə tərəf yönəlsin. Bu cəhətdən fasiləsiz olaraq bu cümləni dedilər:

«أبونا شیخ کبیر»

“Atamız da qoca və ahıldır”.

Yəni onun gücü çatmır ki bu işi etsin. Yaşlılıq və qocalıq onun qüvvəsini almışdır. Hazırda zəiflik və qocalıq illərini keçirir. Onun gəlməməsi edəbilməməsi üzündəndir. O elə adam deyil ki özünü işin altından qaçırtsın. Özünə aid olan işləri heç vaxt ailəsinin boynuna qoyan adam deyil. Yaşlılıq və süstlük onun imkanlarını almışdır. Bu cəhətə biz məcburiyyət üzündən buraya gələrək, su hazırlayır və qoyunlarımızı sulayırıq.

Həqiqətən bu qızların diqqəti bir tərəfdən təqdirə layıqdir. Lakin onların yüksək məqamlı atalarına qarşı mehribanlığı və xeyirxahlığı digər tərəfdən insanı cəlb edir. Belə övladın halına xoş olsun. Çünki ata-ananın şəxsiyyətini və abrını qoruyurlar. Mal toplamaq və dünyanın dəyərsiz sərvətini əldə etmək üçün öz əziz ata-anasını tənqid oxları və danlamaqlıqlar qarşısında qoymurlar. Çalışırlar ata-analarının heysiyyət və abruları artsın. Ən azından artmasa da alçalmasın. Əldə etdikləri bir ömürlük abır, uzun illər boyu qazandıqları ad- san, ləyaqətli işlər, saleh əməllər, ruh və nəfəs paklığı bir neçə günün ərzində və ya bir neçə narəva işin nəticəsində hamısı külə dönməsin. Aradan getməsin. Bu işi etmək, özü ən böyük xəyanətlərdəndir ki bir insan həyatı boyu mümkündür əncan versin.

Nəhayət olaraq bu böyük dərsi Şüeybin qızları dünyadakılara verdilər. Din ardıcıllarını ona tərəf yönəltdilər.

Onları bir çox cəmiyyətlər tərif ediblər və qiyamətəcən də edəcəklər. Gələcək nəsillərdə müxtəlif formalarda onların yüksək düşüncə və uca fikirinə və ruh əzəmətinə vaqif olacaqlar. Onlar müsəlman qızlar üçün və dinə meyilli insanlar üçün örnək və nümunə olacaq.

«s+|¡sù $yJßgs9 ¢OèO #¯<uqs? n<Î) Èe@Ïjà9$#»

“Musa onlar üçün (su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkildi”.[2]

Bəli mehriban, şəfqətli, comərd Musa peyğəmbər bu hadisəyə dözə bilmədi. Kişilərin içinə getdi və həzrəti Şüeybin o iki qızı üçün su çəkdi. Onlar digər günlərdən rahat və tez evə çatdılar. Bu hadisə ev əhlinin və həzrəti Şüeybin təəccübünü doğurdu. Məhz buna görə ata onların adətin əksinə olaraq evə tez dönmələrinin səbəbini soruşdu və qızlar hadisəni olduğu kimi dedilər.

Musa Şüeybin qızları getdikdən sonra ağac kölgəsinə gedərək, orada istirahətə başladı. Öz Allahı ilə zümzümə və münacat edirdi:

«Éb>uA$s)sù ÎoTÎ) !$yJÏ9 |Mø9tRr& ¥n<Î) ô`ÏB 9Žöyz ׎É)sù»

“Musa kölgəyə çəkilib dedi: “Ey rəbbim: Mən sənin mənə nazil edəcəyin xeyirə möhtacam!.[3]

Həqiqətən necə cananə və ürək yandırıcı dua etdisə, tez şəkildə qəbul olundu.

Həzrəti Şüeyb öz qızlarından birini Onu evə gətirmək üçün Onun ardınca göndərdi.

«mø?uä!$mgmú$yJßg1y‰÷nÎ) ÓÅ´ôJs? n?tã &ä!$uŠósÏFó™$# ôMs9$s% žcÎ) Î1r& x8qããô‰tƒ štƒÌôfu‹Ï9

tô_r& $tB |Mø‹s)y™ $oYs9 4»

“Sonra o iki qadından biri utana- utana Musanın yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!”.[4]

Bu məsələ də Şüeyb qızının şərəf və paklığının göstəricisidir. Nə qədər gözəl və fəxredicidir ki, buyurur: “utana-utana Musanın yanına gəlib dedi”. Uca Tanrı o qızın həya və xəcalətini xatırlayaraq, tərifləyir. Hər şəxsin, məxsusən qadınların həya və iffətli olmasını göstərən səhnələrdən ən əhəmiyyətlisi onun yol getmə metodudur. Onun yol getmə mənzərəsidir. Beləki yol qət etdiyi zaman özünü görsün öz ayağının altına baxsın, bu tərəf və o tərəfə boylanmasın. Naməhrəmlərə qarşı diqqətli olmasın. Napak və gözü oynayanların diqqətini özünə yönəltməsin.

Qadın və ya qızın ən yüksək ülvi sifətlərindən biri, bəlkədə ilkini, həyadan ibarətdir. Dindarların gözündə və ağıllıların baxışında qızların ən həssas haləti həyadan ibarətdir.

Həyasız qadın- qız üçün ölüm yaşamaqdan daha yaxşıdır.

Belə təsəvvür olmasın ki kişilərə həya lazım deyil. Ümumiyyətlə din ilə həya birgədir. Həyanın getməyi ilə insanın dini aradan gedir. Amma qadınlarda daha zəruri və daha önəmlidir. Çünki həyasızlığın çirkin əlamətləri və təsirləri onlarda daha tez aşkar olur və özünü büruzə verir.

Hər halda “Həya” kəlməsinin özünəməxsus parlaqlığı və gözəlliyi vardır. Dəyərli və üstün anlayışa malikdir. Peyğəmbər evində tərbiyə görmüş izzətli xanımın fəxr və qüruruna səbəbdir.

Ümidvarıq ki, bu şərafətli ayə və bu nurani ibarət nübüvvət məktəbi ardıcıllarına və bütün müsəlman qadınlarına ilham bəxş etsin. Öz yüksək şəxsiyyətlərini çirkin meyillər və həva- vü- həvəs qurbanı etməsinlər. Öz ata- anaları üçün ucalıq, fəxr və qürura səbəb olsunlar. Həvəsbazlıq ilə mübarizə edib özlərini və ailələrini zay etməsinlər.

Sonrakı cümlədə də atasına qarşı bu qızın kamil ədəbi və fövqəladə həyası aşkar görünür. Çünki edə bilərdi bizim evə gəl sənin xidmətivin muzdunu verək, desin.

Lakin əvvəldən Musanın dəvəti prosesini Atası adl ilə başladı. Dedi: atam səni çağırır... Əgər bu cür deməsəydi;

İlk növbədə öz möhtərəm atasına nisbət ədəbi riayət etməmişdi. Çünki atasının olması ilə özünü dəvət edən qələmə vermiş olardı. Bunun özü Həzrəti Şüeyb kimi atanın məqamına nisbət böyük ədəbsizlikdir.

İkinci növbədə Əgər mövzunu o cür bəyan etsəydi, həzrəti Şüeyb kimi atanın, nəcabətli və pak qızı olma həyası ilə ziddiyyət doğurardı. Bu da ona uyğun və münasib olmazdı.

Bu məqamda işlədilən ibarət və dəvət üslubu iki səbəbə təəccüblü şəkildə diqqəti özünə cəlb edir:

Birincisi, Onun əziz atasına nisbət ehtiram və ədəbi.

İkincisi, Həya, xəcalət, utanmaqlıq və iffətli olmaq xüsusiyyəti.

Bəli! Musa bu dəvətin ardınca Safura Şüeyb qızı ilə birgə yola düşərək, onun atasının yanına getdilər.[5]

Bu arada Quran buyurur: Eləki Musa Şüeybin yanına gəldi və öz sərgüzəştini Şüeybə söylədi, uzaqgörən qoca ona təskinlik verərək, nəvazeş edərək dedi: Qorxma! Zalım quruppanın əlindən nicat tapdın. Onlar bu diyara, vilayətə və əyalətə gələ bilməzlər.

Bizim köklü məsələmizlə əlaqədar Quran belə buyurur:

«Ms9$s% $yJßg1y‰÷nÎ) ÏMt/r'¯»tƒ çnöÉfø«tGó™$# ( žcÎ) uŽöyz Ç`tB |Nöyfø«tGó™$# Èqs)ø9$# ßûüÏBF{$#»

“O iki qızdan biri dedi: Atacan! Onu muzdla çoban tut, çünki bu güclü və etibatlı adam muzdla tutduqlarının ən yaxşısıdır”.[6]

Safura quyudan su çəkmək cərəyanında Musanın güc və qüvvəsini anlamışdı. Onu evə gətirəndə onun əmanət və paklığı tamamilə dərk etmişdi.

Amma rəvayətə görə Onun güc və qəhrəmanlığını buradan başa düşmüşdü ki, quyunun suyunu on nəfər bir- birinə kömək edə- edə çəkirdilər, amma Musa tək başına onu su ilə doldurub quyudan çəkdi.

Digər bir rəvayətə görə o məhdudə də başqa bir quyunun başına gəldi. Amma o quyunun başında ağır bir daş var idi. O qədər ağır idi ki, bir neçə nəfər bir- birinə kömək edə- edə onu güçlə götürürdü. Musa tək onu qaldırıb bir tərəfə tulladı və Şüeybin qızlarının qoyunlarına su verdi.

Lakin Onun əmanətdar olmasını isə buradan bildi ki, evə gələndə, qız təklif etdi ki, mən qabaqda gedirəm və sən mənim arxamca gəl. Musa razı olmadı ənənə şəkilin almış bu adət onunla həzrəti Şüeybin qızının arasında olsun. Hətta özünə bəyənmədi ki, birgə gedələr. Çünki ehtimalı ola bilər ki, Şüeybin qızının bədəninin bir yerinə gözü düşsün.

Əksinə belə qərar qoydu ki, mən qabaqda gedirəm və sən arxamca gəl. Əgər gördün yolu səhv gedirəm düzgün tərəfə bir daş atmaqla, məni həmin tərəfə yönəlt.

Bildiyimiz kimi Safuranın beyinində Musa barəsində əmələ gəlmiş iki müsbət xüsusiyyəti, biri cismə aid və digəri ruhun paklığına dair olan mövzunu, atasına dedi.

Safura bir tərəfdən atası üçün və digər tərəfdən Musa üçün xeyrxahlığa ağız açdı.

Atası üçün əmanətli və güclü işçi tapıb, bu cəhətdən atasına tanıtdırır.

Musa üçün xeyrxahlıq edərək giriftar və qərib bir cavana pənah vermək vasitəsiçisi olur. Onu əziz atasına sifariş edir. Heyfi həlir ki, bu cür aktiv, pak və iffətli qüvvə atasının əlindən getsin.

Beləcə bu cümlə ilə özünün məhəbbətini həzrəti Musaya izhar etdi. Bunun özü cavan qızın pak, saf və sədaqətinin əlamətidir. Çünki şücaətli, əmanətdar və pak şəxsi özünə həyat yoldaşı seçir.

Bunun özü bugünki cavan qızlar üçün böyük bir ibrətdir. Çünki öz düşüncə və fikirlərini həyat yoldaşı seçməkdə yalnız pula, sərvətə, maşına, evə, və... şeylərə yönəltməsinlər. Öz elçilərinin şərəf, kamal, yüksəklik və elmi məqamını da nəzərə alsınlar. Onu heç şeylə əvəz etməsinlər.

Bəli! ailə həyatının təşkilində meyar fərdin ləyaqəti, mənəvi dəyərləri, əxlaqı, fikri və əqidəsi olmalıdır.

Cəhalət, qürur və nadanlıq üzündən zahirə aldanan və öz həyat yoldaşlarını və ya elçilərini yüksək maaşı, modern vəsilələri, rahat həyatı, çoxlu sərvəti ön plana salan və öz diqqət mərkəzində saxlayan qızların tez şəkildə ailə yaşayışları dağılmışdır. Sonradan qəm, kədər, nakamlıq başlarına kölgə salır. Nəhayətdə ya ayrılaraq, bir- birini tərk edirlər, və ya öz ömürlərini nigarançılıq, narahatçılıq, iztirab və rüsvayçılıq içində keçirirlər. Sonda ikisindən birinin ölümündən başqa bir şey onların nigarançılıqlarını və abırsızlıqlarını qaldırmamışdır.

Bəli! Qoca və uzaqgörən ata da qızından bu cümləni eşitdikdə, öz qızının Musaya qarşı meylini hiss edərək, Onun pak, əmanətdar, güclü və qüvvətli olmasını öz qızından eşitdi. Qızının sözlərini məntiqli, mötəbər və diqqətə layiq görən ata, qızı ilə qərib bir cavanın evlənməsinə olan hazırlığını elan etdi.

Bu mövzunu aydın və aşkar həzrəti Musa ilə müzakirə etdi. Quranın verdiyi xəbərə əsasən belə dedi:

«A$s% þÎoTÎ) ߉ƒÍé& ÷br& y7ysÅ3Ré& y‰÷nÎ) ¢ÓtLuZö/$# Èû÷ütG»yd #n?tã br& ÎTtã_ù's? zÓÍyJrO 8kyfÏm ( ÷bÎ*sù |MôJyJø?r& #ô±tã ô`ÏJsù x8ωZÏã ( !$tBur ߉ƒÍé& ÷br& ¨,ä©r& šø‹n=tã 4 þÎT߉ÉftFy™ bÎ) uä!$x© ª!$# šÆÏB tûüÅs΢Á9$#»

“Şüeyb dedi: Səkkiz il mənə xidmət etmək şərtilə qızlarımın birini sənə ərə verirəm. Əgər sən həmin müddəti tamamlayıb on ilə çatdırsan, bu artıq sənin tərəfindən olan bir mərhəmətdir. Mən sənə əziyyət vermək istəmirəm. İnşallah mənim saleh kəslərdən olduğumu görəcəksən!”.[7]

Bu minvalla evlənmək nikahı Şüeyb qızı Safura ilə həzrəti Musa (ə) arasında bağlandı. Giriftar və qaçaq Musa (ə) həzrəti Şüeybin kürəkəni oldu. Nəticədə onun mərhəməti, himayəsi və lütfü sayəsində qərar tapdı.

İndi qeyd etməliyəm ki Şüeybin qızında olan insani xüsusiyyətlərin və gözəl simaların nəticəsi burada aşkar oldu. Böyük Allah ona xeyirli mükafat verdi. Bir İlahi peyğəmbərin və Allahın Ulul-Əzm peyğəmbərinin həmdəmi və həyat yoldaşı oldu.

Bəli Safura Şüeyb qızı bu hadisədə bəşəriyyətə qurucu və əxlaqi amillər öyrədir:

1- Atasının xidmətində qoyunları quyu başına aparmaq və onları sulamaq kimi əziyyətli işi yerinə yetirməkdən, eyni halda ev mühitindən xaricdə işləməkdən narahat idi. Amma görürdü atası həm təkdir və həm qocadır. Bu üzdən canı ilə hər günlük çətin əməli qəbul etdi.

2- O və bacısı kişilərlə qarışmaqdan çox narahat idilər. Məhz bunun üçün kənarda dayanırdılar. Kişilər işlərini tamamladıqdan sonra, onlar yaxınlaşar və işlərini görərdilər.

3- Atalarının uca şəxsiyyətini qorumaq üçün qoymadılar azacıq bir pis fikir Musanın zehnində olsun və tənqid etsin. Niyə atanız özü qoyunların sulamağını öz öhdəsinə götürmür. Niyə öz qızlarından maya qoyur. Bu tənqidlərin qarşıya gəlməməsi üçün dedilər: O qoca və ahıldır buna görə işə gücü yoxdur.

4- Həzrəti Musanın ehsanını özlərinin boynuna qoymayıb, tez atalarına bu mehriban və qərib cavanın şəfqətini xəbər verdilər.

5- Qız özü atasının əmri ilə cavanın ardınca gəldi və dəvəti çatdırdı. Bir halda ki mənim üçün münasib deyil, başqasını göndərin deməsi mümkün idi.

6- Musanın yanına gəldikdə Musadan dəvətini öz atasının bir lütfü saydı və rəsmi şəkildə bu ehsan və yüksəkliyi atasına nisbət verdi.

7- Musaya da bu məsələni bir növ çatdırdı ki əgər bizim evə gəlməli olsan sənin barəndə bir mərhəmət olacaq. Amma minnət deyil. Bu sizin özünüzün zəhmətinizin müqabilindədir və bu lütfün başlayıcısı sizin özünüzsüz.

8- Elə ki həzrəti Musanı evə gətirdi, onu saxlamaq təklifini öz atasına verdi.

9- Musanı öz əziz atasının yanında ən yüksək sifətlərlə, qüvvətli, gücülü, pak və əmanət simalarının onda olması ilə təriflədi.

10- İşarə ilə özünün bu arıq, qərib və sərvətsiz cavanla evlənməsinə hazır olmasını bildirdi. Bəzi rəvayətlərə görə bu məsələ Safuranın diqqətində deyildi. Amma ən azından belə öz atasının giriftar və qaçaq Musa ilə evlənməsinə razılıq verdi. Hüç cür mənfi söz demədi. Bu hadisəni uzatmadı. Bunun özü ata əmri qarşısında qızın nə qədər ədəb, təvazökar və təslim olamasının göstəricisidir.

Hər halda bu qədər insani sifətlər, ləyaqətli əməllər, müxtəlif sahələrdə və səhnələrdə ucalıqlar bu əziz qadını bu dərəcəyə çatdırdı ki Həzrəti Musa kəlimullahın həyat yoldaşı oldu və Qurani kərimdə qeyd edildi.



[1] - Qəsəs surəsi, ayə 23

[2] - Qəsəs surəsi, ayə 24

[3] - Qəsəs surəsi, ayə24

[4] - Qəsəs surəsi, ayə 25

[5] - Burada təfsir kitablarında gələn mövzunu qeyd etmək istəyirəm: “Yol qət etdikləri vaxt külək var idi. Külək Safuranın örpəyini bəzi üzvlərindən kənara vururdu. Musa (ə) ona dedi: Sən mənim ardımca gəl. Səhv getdiyimdə mənə sözünlə işarə edərək, düzgün yola hidayət et”.

Başqa bir rəvayətdə belə gəlib ki, dedi: “Əgər yol getməkdə səhv etsəm, daş at və məni düzgün yola yönəlt. (Məcmə- us- sadiqin, cild 7, səh 89)

Bu məsələ Həzrəti Musanın pak, iffətli, və həyasının göstəricisidir. Elə bu cürdür, çünki nəcabətli, nəzakətli, iffətli və... oğlan və qızlar bir – birinə cəzb olurlar və həyasız, napak və... qızlar, çirkin, həyasız və... oğlanlara rast gəlirlər.

[6] - Qəsəs surəsi, ayə 26

[7] - Qəsəs surəsi, ayə 27