NEMƏT YA ƏZAB
  • Başlıq: NEMƏT YA ƏZAB
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:7:25 1-10-1403


NEMƏT YA ƏZAB

Tanrının öz bəndələrinə faydalı, dəyərli və çox böyük nemətlərindən biri övladdır.

Övlad insan varlığının möhtəşəm artması və onun yaradıcılığının, xatirələrinin və dirçəlişinin nümunəsidir.

Həzrəti Həsən Əsgəri (ə) dan belə bir rəvayət nəql olunub:

«نعم العضد الولد» [1]

Yəni övlad insan üçün qüvvətdir.

Tanrının bu böyük neməti həm həyatda və həm də insanın ölümündən sonra onun üçün faydalı ola bilər.

Həyatda ona kömək edər, himayət edər. Onun problem və çətinliklərini həll edər və onun xətərlərini aradan qaldırar.

İnsanın ölümündən sonra isə onun adını cəmiyyətdə diri saxlar və unudulmağa qoymaz.

Dərdli mövzulardan biri isə nasaleh, aldadılmış və məğrur övladlar mövzusudur ki ata və ananın təmiz və saf ruhu ilə kilometrlər fasilələri var. Bir tərəfdən ata və ananın emosiyonal hissləri və təbii ürək bağlılıqları, digər tərəfdən isə övladın azğınlığı, yalan danışması və pozğunçuluğudur ki daxili döyüş əmələ gətirir və yaşayışın şadlığın aradan qaldırır.

Quran müxtəlif yerlərdə ümumi surətdə və bağlı şəklildə nasaleh övladların mənfi təsirlərini və böyük xətərlərini qeyd edərək, açıqlamışdır. Digər yerlərdə isə xüsusi şəkildə azmış övladlardan söz açaraq, bu növ ailələrin problemlərindən və giriftar olduqları böyük xətəri yad etmişdir.



[1] - Məhəmməd Baqir Əllamə məclisi, Bəharul Ənvar, cild 51, səh 162

İsa ibn sübeyh deyir: “Həzrəti İmam Həsən Əsgəri (ə) Zindanda bizim yanımıza gəldi. Mən onu tanıyırdım. Həmin zindanda mənə buyurdu: Sənin altımış beş bir ay iki gün yaşın var. Təsadüfən mənim yanımda dua kitabı vardı və təvəllüd günüm orada dərc edilmişdi. Ona baxdıqda Həzrətin buyurduğu ilə düzgün uzlaşdığını müşahidə etdim.

Həmçinin bir gün mənə buyurdular: Oğlun var? Dedim: yox. Həzrət buyurdular:

«اللهمّ ارزقه ولداً یکون له عضداً»

Yəni Ey Allah! Ona bir oğlan nəsib et ki, onun qüvvəti olsun. Çünki oğlan yaxşı qüvvətdir. Sonra bu şeri oxudular:

من کان ذا عضد یدرک ظلامته إنّ الذلیل الذی لیست له عضد

Yəni qüvvəti (övladı) olan hər şəxs öz haqqını alacaq. Çarəsiz o adamdır ki, qüvvəti olmasın. Mən dedim: Aya Sizin oğlunuz var? Buyurdu: Bəli! And olsun Allaha, tezliklə yeri ədalətlə dolduran bir oğlum olacaq. Amma indi övladım yoxdur.