İNTİZARÇILARIN VƏZİFƏLƏRİ
  • Başlıq: İNTİZARÇILARIN VƏZİFƏLƏRİ
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 10:31:8 13-8-1403


İNTİZARÇILARIN VƏZİFƏLƏRİ

Din rəhbərləri və məsum imamların hədislərində və bəyanlarında zühurun intizarını çəkənlər üçün çoxlu vəzifələr bəyan edilmişdir ki, burada onların ən mühümlərini qeyd edirik:

İmamı tanımaq

İntizarçı şəxsin öz imamını tanımadan intizar yolunu qət etməsi qeyri-mümkündür. İntizar vadisində müqavimət göstərib səbirli olmaq məhz və`dəsi verilən rəhbər barəsində düzgün mərifət əldə etməyə bağlıdır. Buna əsasən, imamın adı və nəsəbini tanımaqdan əlavə, onun rütbə və məqamı barəsində də mə`lumat kəsb etmək, lazımi və kifayət qədər mə`lumat əldə etmək lazımdır.

İmam Həsən Əsgəri (ə)-ın xidmətçilərindən biri olan Əbu Nəsr İmam Məhd (ə)-ın qeybətindən öncə o həzrətin hüzuruna gəlir. İmam Məhd (ə) ondan soruşur: «Məni tanıyırsanmı?» Cavab verir: «Bəli. Siz mənim sərvərim və mənim sərvərimin övladısınız!» İmam buyurur: «Mənim məqsədim belə mərifət deyildir.» Əbu Nəsr deyir: «(Sizin məqsədiniz nədir?) Öünüz buyurun!»

İmam buyurur: «Mən Allah Peyğəmbərinin axırıncı canişiniyəm və Allah təala mənim (bərəkətimin) səbəbi ilə bəlaları öz xanədanımdan və şiələrimdən uzaqlaşdırar.»[1]

Əgər bir intizarçı şəxs üçün imam barəsində mə`rifət hasil olsa, həmin vaxtdan e`tibarən özünü imamın cəbhəsində görür və hiss edir ki, sanki imamın xeyməsindədir və onun yanında qərar tutmuşdur. Buna əsasən, öz imamının cəbhəsini gücləndirmək üçün bir an belə, əlindən gələni əsirgəməz.

İmam Baqir (ə) buyurmuşdur:

...مَنْ ماتَ وَهُوَ عارِفُ لِاِمامِهِ لَمْ يَضُرُّهُ، تَقَدَّمَ هذاالْاَمْرِ اَوْ تَأَخَّرَ وَمَنْ ماتَ وَهُوَ عارِفُ لِاِمامِهِ كانَ كَمَنْ هُوَ مَعَ الْقائمِ فى فُسْطاطِهِ

«Hər kəs öz imamı barəsində mərifət əxz etmiş halda ölərsə, (zühur) işinin tə`xirə düşməsi, yaxud tez baş verməsi ona heç bir ziyan çatdırmaz. Öz imamını tanıyan və onun barəsində kamil mərifət kəsb edən halda ölən bir şəxs imamın xeyməsində və onunla yanaşı olan bir şəxs kimidir.»[2]

Qeyd etmək lazımdır ki, bu mərifət və agahlıq o qədər mühümdür ki, mə`sumların kəlamında da qeyd olunduğu kimi, onu əldə etmək üçün Allah təaladan kömək istəmək lazımdır. İmam Sadiq (ə) buyurmuşdur: «İmam Məhd (ə)-ın uzun qeybəti dövründə batilə uyanlar (öz din və etiqadlarında) şəkk-şübhəyə düçar olacaqlar.» İmamın ən yaxın səhabələrindən olan Zürarə soruşdu: «Əgər o dövrü müşahidə etsəm, hansı əməli yerinə yetirim?» İmam Sadiq (ə) buyurur: «Bu duanı oxu:

اَلّلهُمَّ عَرِّفْنى نَفْسَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى نَفْسَكَ لَمْ اَعْرِفْ نَبِيَّكَ اللّهُمَ عَرِّفْنى رَسُولَكَ فَاِنَّكَ اِنْ تُعَرِّفْنى رَسُولََكَ لَمْ اَعْرِفْ حُجَّتَكَ اَلّلهُمَّ عَرِفْنى حُجَّتَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى حُجَّتَكَ ضَلَلْتُ عَنْ دينى[3]

Bura qədər qeyd olunanlar İmam (ə)-ın varlıq aləmi məcmuəsində malik olduğu məqama dair mərifət kəsb etməyin zərurəti barəsində idi.[4] O, Allahın (bəndələrə olan) höccəti, Peyğəmbərin haqq canişini və bütün insanların rəhbəridir ki, ona itaət etmək bütün insanlara vacibdir. Çünki ona itaət etmək, elə Allaha itaət etməkdir.

İmam barəsində mərifət kəsb etməyin yönlərindən biri də imamın sifətlərini və onun tutduğu yolu dərk edib bu barədə mərifət kəsb etməkdir[5]. Bu yöndə olan mərifət insanın və intizarçı şəxsin əməli, rəftarı və xislətlərində çox dərin tə`sirlərə malikdir. Aydındır ki, imamın və ilahi höccətin müxtəlif yönlərində insanın mərifəti nə qədər artıq və dərin olarsa, insan həyatının müxtəlif yönlərində tə`sir qoyması da bir o qədər artıq olacaqdır.



[1] Kəmalu-din ikinci cild 43-cü bab 12-ci hədis səh 171

[2] Usuli-kafi, birinci cild, 84-cü bab, 5-ci hədis, səh. 433

[3] Qeybəti Nömani, 10-cu bab, 3-cü fəsil, hədis 6, səh 170

[4] Bu mövzu barəsində kitabın birinci fəslində müəyyən mətləblər bəyan olunmuşdur.

[5] İmam Məhdi (ə)-ın sirə və sifətləri barəsində gələn fəsildə söhbət olunacaqdır.