TƏVƏSSÜL DUASI
  • Başlıq: TƏVƏSSÜL DUASI
  • yazıçı: MƏSUM İMAM
  • Mənbə:
  • Buraxılış tarixi: 18:39:14 1-10-1403


Məşhur ravi Mühəmməd ibni Babvey bu duanı Imamlarımızdan nəql edib və buyurur: Həmişə bu duanı oxuyandan sonra elə bir hacətim olmadı ki yerinə Ayetirilməmiş olsun!

Bismillahir–rəhmanir–rəhim

Ilahi mən Səndən istəyirəm və Sənin dərgahına üz gətirirəm Həzrət Mühəmməd (s) vasitəçi gətirirəm!.
Ey Əbəl Qasim! Ey Rəsulullah! Ey rəhmət Imamı! Ey bizim ağamız və mövlamız! həqiyətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vasitəçi və şəfaətçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah yanında uca məqamlı olan! Allah yanında bizə şəfi ol.! Ey Əbəl Həsən! Ey Əmirəl möminin! Ey Əliyyəbnə Əbi Talib! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ya Fatimeyi Zəhra! Ey Mühəmmədin qızı! Ey Rəsulu əkrəmin gözünün nuru! Ey bizim seyyidəmiz! Ey bizim ixtiyar sahibimiz!
Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik!. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Mühəmməd! Ey Həsən ibni Əli! Ey Müctəba! Ey Rəsulullahın oğlu! Ey Allahın xalqa hüccəti!. Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol.
Ey Əba Əbdillah! Ey Hüseyn ibni Əli! Ey şəhid! Ey Rəsulullahın oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əbəl Həsən! Ey Əli ibni Hüseyn! Ey Zeynəlabidin! Ey Rəsuli əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Cəfər! Ey Muhəmməd ibni Əli! Ey Baqir! Ey Rəsuli əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Əbdillah! Ey Cəfər ibni Mühəmməd! Ey Sadiq! Ey Rəsul əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əbəl Həsən! Ey Musəbnə Cəfər! Ey Kazim! Ey Rəsuli əkrəmin oğlu! ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əbəl Həsən! Ey Əliyyəbnəl Musər Riza! Ey Rəsuli əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! . Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Cəfər! Ey Mühəmməd ibnə Əli! Ey Təqi! Ey Cəvad! Ey Rəsul əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol.
Ey Əbəl Həsən! Ey Əliyyəbnə Mühəmməd! Ey Hadi! Nəqi! Ey Rəsul əkrəmin oğlu! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! . Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Əba Mühəmməd! Ey Həsən ibni Əli! Ey Zəkiyy Əskəri! Ey Rəsul əkrəmin oğlu!. Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol!.
Ey Həsənin caneşini! Ey Ilahi caneşin olan hüccət! Ey Qaiməl Müntəzəril Məhdi! Ey Rəsul əkrəmin oğlu.! Ey Allahın Öz bəndələri üçün höccət və dəlili! Ey bizim ağamız və mövlamız (ixtiyar sahibimiz), həqiqətən biz sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vəsitəçi edib hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə (günahlarımızın bağışlanması üçün) şəfaətçi ol.
Ey mənim ağalarım və ixtiyar sahiblərim, mən sizi Allah dərgahına yaxınlaşmaq üçün vasitəçi etdim, Ey mənim imamlarım ehtiyac və yoxsulluğ günü (Qiyamət) üçün zəxirəm və sizin vasitənizlə Allaha təvəssül etdim, sizi Allah dərgahında şəfaətçi etdim, bəs mənim üçün Allah yanında şəfi olun,! Allah yolunda günahlarımdan mənə nicat verin,! Həqiqətən mənim Allah dərgahına getmək üçün vasitəçilik fəqət sizə məhəbbət bəsləyib, sizə təqərrüb etməklə Allah yanında nicat tapmağa ümid bəsləyirəm. Bəs Allah yanında mənim ümidim olun!, Ey mənim ağalarım,! Ey Allah övlüyaları! (Allahın salavatları onlara həmişə olsun) Və Allah onlara zülm edən, Allah düşmənlərinə əvvəldən axıra kimi lənət etsin. Amin ya Rəbbəl aləmin!.

Əlhəmdu lillahi Rəbbil aləmin