Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
  • Başlıq: Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:29:33 1-10-1403


Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)

Həzrətin adı Məhəmməd, məşhur künyəsi Əba Cəfər Sani və İbnur-Rza, məşhur ləqəbi isə Cavad və Təqidir. O həzrət cəmisi 25 il yaşamışdır. Əhli-beyt arasında Fatimədən sonra İmam Cavad (ə) ən az ömür sürənlərdəndir. İmamın atası həzrət Rza (ə) anası isə Xeyzərindir.

Hicrətin 195-ci ilində, rəcəb ayının 10-da, cümə gecəsində Mədinədə anadan olmuş, hicrətin 220-ci ilində, zilqədə ayında Məmunun atası Mötəsim Abbasinin göstərişi ilə şəhid edilmişdir. İmamət müddəti 17 il olmuşdur. Çünki 7 yaşında olarkən atası rəhmətə getmiş və imamət o həzrətə (ə) çatmışdır.

O həzrət (ə) eyni zamanda yüksək elmi məqama da malik idi. Tarixi sənədlərə əsasən, həzrət Rza (ə) dünyadan getdikdən sonra, alimlər dəstə-dəstə Mədinəyə gələrək bir neçə gün ərzində imam Cavaddan (ə) 30 min məsələ soruşurlar.

Həzrətin elmi məqamı "Məmariqul-Ənvar" kitabında belə əks olunur ki, həzrət Rza (ə) şəhid olandan sonra, həzrət Cavad (ə) peyğəmbər məscidində minbərə çıxaraq buyurur: "Mən Məhəmməd ibn Əli Cavadam! Mən indi və gələcəkdə olacaq nəsilləri tanıyıram! Mən sizin zagirinizi və batininizi sizin özünüzdən yaxşı bilirəm. Bu elmə varlıq aləmi yaranandan əvvəl və məhv olandan sonra da malikik, əgər batil əhli olmasaydı, əgər dövlət bizim əleyhimizə olmasaydı, elə sözlər deyərdim ki, təəccüb edərdiniz".

Sonra İmam əlini ağzına apararaq özünə xitabən deyir: "Sakit ol, necə ki, ataların sakit olublar".

Budur əhli-beytin (ə) ən yüksək məqamı və onların elmi!

Hədislər

Əhli-beyt (ə) tərəfindən çox nəql olunan rəvayətlər öyrədir ki, hər işimizdə Allaha arxalanaq, başqa varlıqları deyil, yalnız Allahı qüdrətli bilək. Allahdan uzaqlaşaraq başqasına bel bağlamaq, narahatçılıq və əzah-əziyyətdən başqa bir şey deyildir. Bir kəs Allahı öz işlərində vəkil etsə, necə ola bilər ki, başlı-başına buraxılsın? Allahla qarşı-qarşıya duran şəxs necə nicat tapa bilər? Hər kəs Allahdan başqasına arxalansa, Allah onu özbaşına buraxar. Hər kəs elmsiz bir iş görsə, fayda verməsindən çox fəsad törədər.

Əba Səlt bu barədə belə nəql edir: "həzrət Rzanın (ə) .

Hadətindən sonra Məmun Abbasi məni zindana saldı. Məmuna, sərkərdələrə və başqa əmirlərə ümid bağladığım üçün bir il zəncirə çəkilmiş halda zindanda qaldım. Bir gecə Allaha yalvarmağa başladım və əhli-beytə (ə) təvəssül etdim. Ümidim hər yerdən üzüldüyündən yalnız Allaha üz tutdum. Birdən İmam Cavadı (ə) zindanda gördüm. Onu görən kimi ağladım, gileylənib dedim ki, nəyə görə məni arayıb-axtarmırsan?

Buyurdu:-Əba Səlt, sən nə vaxt istədin ki, mən gəlmədim?

Sonra mənim əlimdən tutub, keşikçilərin yanından eşiyə çıxartdı və buyurdu ki, get, Allaha ümid bağla ki, onlar bir də səni tuta bilməsinlər".

Onu da qeyd edək ki, dünya qəm-qüssələrində, çətinliklərdə, böyük bəlalarda, mənəvi işlərdə İmam Cavada (ə) təvəssül etməyin böyük əhəmyyəti vardır.

Portreti

İmamın bədən quruluşu çox mütənasib, yaraşıqlı idi. Orta boyu və gözəl qaməti, qövs şəklində bir-birinə bitişik qaşları, qırmızıya mayil ağ surəti, qara gözləri, xırda və ağ dişləri var idi. Qolları və barmaqları uzun, çiyinləri bir-birindən aralı, beli incə, qarnı və sinəsi hamar, sinəsindən göbəyinə qədər narın tüklərlə örtülü, boynu uzun, saqqalının tükləri bir-birinə qarışmış, oynaqları qüvvətli və möhkəm idi. Kürəklərinin birində imamət möhürü aydın görünürdü. O cənab (ə) hələ uşaq vaxtlarından təmkinli və vüqarlı olması ilə başqa uşaqlardan fərqlənirdi, uşaqlarla oynamağa meyl göstərməzdi. Bir gün xəlifə Məmun öz qoşunu ilə küçədən keçərkən görür ki, uşaqlar oynamaqla məşğuldurlar, biri isə kənarda dayanıb baxır. Uşaqlar xəlifənin qoşununu gördükdə qaçıb dağılırlar, o isə sakitcə dayanır. Məmun ona deyir ki, başqa uşaqlar kimi sən nə üçün qaçmadın? Uşaq isə cavabında buyurur ki, eşitdiyimə görə padşah günahsız adamları cəzalandırmır, mən də günah etməmişəm, ona görə qaçmağa ehtiyac görmədim.

Məmun uşaqdan belə hikmətamiz sözü eşidib təəccüblə onun kim olduğunu soruşur. Öyrənir ki, imam Rza (ə) cənablarının oğlu Məhəmməd Təqidir. Sonra soruşur ki, nə üçün uşaqlarla birlikdə oynamırdın? Uşaq cavabında deyir, biz oynamaq üçün deyil, daha böyük işlər görmək üçün taranmışıq.

Həzrət İmam Cavad (ə) ömrünün çox qısa və əksər vaxtlarda sürgündə olmasına baxmayaraq həyatı mənalı olmuşdur. Şeyx kuleyni "Kafi" kitabında İmam Rza (ə) barədə belə nəql edir: "(bunun) həzrət Cavadın (ə) mövludundan mənalı bir mövlud olmayıb".