İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
  • Başlıq: İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 21:31:12 10-10-1403


İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü

Allahın adı ilə

O Həzrətin (ə) mübarək adı Əli, Nəqi isə ləqəbidir. Atası İmam Məhəmməd Təqi (ə) anası Susən. İmam Əli Nəqi (ə) hicrətin 214-cü ilində zilhəccə ayının on beşində Məmun ər-Rəşidin xilafəti zananı Mədinədə dünyaya gəlib.

Künyəsi-Əbülhəsəndir, bəzən də ona Əbülhəsən-Salis,yəni üçüncü Əbül-Həsən deyirlər. Bu mənada ki, birinci Əbül-həsən-İmam Musa (ə), ikinci İmam Rza (ə) cənablarıdır.

Ləqəbləri ondur: 1. Nəqi-pak deməkdir. 2. Təyyib, 3. əmin, 4.Hadi- rəhbər deməkdir, 5. Nasih-nəsihətşi deməkdir, 6. Fəttah-fəth edən, müşkülləri açan,7.-mürtəza, 8. Fəqih,9. Alim, 10. Mütəvəkkil. Bu sonuncu ləqəb həmişə məxfi saxlanılırdı, çünki o o zaman xilafət və səltənət Abbasi xəlifəsi mütəvəkkilin əlində idi. Əgər o bu ləğəbdən xəbərdar olsaydı, yəqin ki, o cənaba (ə) əziyyət edərdi. Bəzən ona Əskəri ləğəbi də istinad edirlər, lakin o cənabın (ə) ən məşhur ləğəbi Nəqidir.

O həzrət (ə) orta boylu, qırmızıya mayil ağ üzlü, yanaqları bir qədər şişkin, iri gözlü, qaşları aralı, dişləri iri, açıq alınlı idi. Qəmli adamlara o cənab (ə) baxanda, onların dərdi-qəmi azalardı. O cənabı (ə) görən hər kəsin qəlbində ona qarşı məhəbbət yaranardı. Bununla belə, onun heybəti də çox böyük idi. Düşmənləri onun qarşısında təməllüq edərdilər. O cənabın (ə) mübarək dodaqlarında həmişə təbəssüm əlaməti görünərdi, daim Allah-Taalanın zikrini edərdi. Yol gedəndə kiçik addımlar atardı və çox vaxt piyadə gedəndə tərlərdi. Yerişi vüqarlı,özü təmkinli və həyalı idi. Danışanda öz həmsöhbətinin üzünə baxmazdı, ucadan danışmazdı, məclislərdə yuxarıda oturmağa meyl göstərməzdi, amma onu hər məclisin sədrində əyləşdirərdilər.

O cənab (ə) Məmunun xilafəti zamanında dünyaya gəlib. Ondan sonra Məmunun qardaşı Mütəsim, onun oğlu Vasiq, onun qardaşı Mütəvəkkil, onun oğlu müntəsir, onun da oğlu Müstəin və Mütəvəkkilin o biri oğlu Mütəz xilafət edən zamanlarda yaşamışdır. Bu yeddi Abbasi xəlifələrindən o həzrətə (ə) çox böyük zülmlər, ihanətlər və hörmətsizliklər varid olmuşdur. Xüsusilə, mütəvəkkil onun ən qəddar düşməni idi.

O zəmanədən şikayət etməyi svməzdi. Hər dəfə ona edilən təzyiqlərin, əzab-əziyyətin acı dadını hiss etsə də yenə öz təmkinini itirməz, sakit, mədəni bir görkəmdə durar, həmişə belə vaxtlarda əlini o uca göylərə uzadıb ilahi kəlmələrini pıçıldayardı. Bəzən pıçıltılar, bu Allah kəlamları da onu əhatə edən zalım adamları, hökumət idarələrində çalışan məmurları qıcıqlandırır, İmam Əli Nəqiyə (ə) qarşı ciddi cəza tədbirləri görmək üçün hiyləyə əl atırlar. İmam saf adam idi. Əbəs yerə ona Nəqi ləqəbi verməmişdilər. Onun bi saflığı, təmizliyi xilafəti qorxudurdu. Bu bədxah niyyətli adamlar İmamın sakit, təvazökar görkəmdə durmasından da arxayın ola bilmirdilər. Nəhayət, hiylə yolu tutmuş bu adamlar mütəzzin xilafəti zamanında ona zəhər verdilər.

Ölümünün yaxınlaşdığını hiss edən İmam Əli (ə) öz oğlu İmam Həsən Əskərini (ə) çağırıb Rəsuli-Əkrəmin (s) və başqa peyğəmbərlərin mirasını, nuru, hikməti və İsmi-Əzəmi ona təslim etdi.

Bu zəhərin təsirindən o cənab (ə) 254-cü hicri ilində rəcəb ayının 3-də 40 yaşında Samirədə vəfat etdi. Onun oğlu İmam Həsən Əskəri (ə) ona qüsl və kəfən edib, namaz qıldı və on ildən artıq öz ailəsi ilə birlikdə yaşadığı evdə dəfn etdi.

Səhih rəvayətə görə, o həzrətin dörd oğlu, bir qızı olub. Qızının adı ayişə olub.