GƏLƏCƏKDƏN XƏBƏR!
  • Başlıq: GƏLƏCƏKDƏN XƏBƏR!
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 0:36:0 2-9-1403


İYİRMİ İKİNCİ HEKAYƏT

GƏlƏCƏKdƏn xƏbƏr!

Bir gün Əli (əleyhissalam) Kufə şəhərinə xitab edib buyurdu:

Ey Kufə! Səni xoşagəlməz hadisələrin ayaqları altında tapdanan və nə kimi bəla yüklərinin çiynindən asılaraq vəhşətli hadisələrlə qarşılaşacağını görürəm.

Mən yaxşı bilirəm ki, hər məğrur zalım sənə qarşı sui-qəsd edər və nəticədə Allah onu giriftarlığa düçar edib qatil əlində qətlə yetirər.”

Bu sözlər Kufə və Nəcəf Əşrəf torpağının fəzilətini bəyan etməklə yanaşı həm də Kufənin gələcəkdə yağı tərəfindən ağır hadisə və zülmlərə məruz qalacağını göstərir, lakin zalımların öz cəzalarına çatması çox çəkməyəcəkdir Əli (əleyhissalam)-ın buyurduğu kimi:

Kufəyə böyük bəla nazil oldu necə ki, Ziyad ibni Əbih və oğlu Übeydullah ibni Ziyad eləcə də Məsəb ibni Zübeyr ilə Yəzid Mühləb və s... təki adamlar zəhərli ölüm oxlarına tuş oldular. Nümunə olaraq Ziyad ibni Əbihin Kufəyə hücum etməsini və Kufə camaatının da məscidə yığılmasını misal göstərmək olar ki, Əli (əleyhissalam)-ı təhqir etmək məqsədi ora ilə toplaşmışdılar.

Bir azdan Həzrətin gözətçisi məscidə gələrək onun xəstəliyə mübtəla olmasını elan edib dedi:

Bu gün əmir gəlməyəcəkdir.