İMAM HÜSEYN (Ə)
  • Başlıq: İMAM HÜSEYN (Ə)
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 3:15:2 3-10-1403

İMAM HÜSEYN (Ə)

Allahın adı ilə

İslam dininin banisi Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) və Fatimeyi-Zəhranın (s.ə) oğlu, İmam Həsənin kiçik qardaşı İmam Hüseyn (ə) hicrətin dördüncü ilində, şəban ayının üçündə (sentyabrın 30-da ) Mədinədə anadan olmuşdur. İmam Həsən (ə) ölüm ayağında olan zaman İmam Hüseyn cənablarını özünə vəsiy təyin edib yanında olan mirasları, babası Məhəmməd Peyğəmbərdən (s) ona yetişən bədiələri, nuru, kitabları, və elmi o cənaba (ə) təslim etmişdir.

İmam Həsən (ə) vəfat edəndən sonra İmam Hüseyn (ə) cənabları da ömür tarixində özünə məxsus olan səhifəni açıb, oradakı hökmü oxudu və Allah-Taalanın buyuruğuna müvafiq olaraq öz həyat yolunu müəyyənləşdirməli olmuşdur.

Müaviyyənin hökümranlığı dövründə islama vurulan yersiz zərbələr, Əlinin və onun tərəfdarlarının mürtəd elan olunması islam dinini çox zəiflətmişdi. Bu müddət ərzində Məhəmməd Peyğəmbəri (s) görmüş və onun dövründə yaşamış yaşlı adamlar, səhabələr öz dünyalarını tərk etmişdilər. Xalq arasında Müaviyyənin qoyduğu adətlər o zaman islam adlanırdı. Yezid isə onları da pozub dağıtmışdı. Belə bir zamanda yezidi Peyğəmbərin (s) vəsiyi və xəlifə kimi tanıyıb ona beyət etmək küfrü təsdiq etmək demək idi.

İmam ,Hüseyn (ə) bu dövrdə həddindən artıq fikirli halda cəddi Peyğəmbərin (s) qəbrini ziyarətə gedib ona pənah aparır. Orada o cənabı (ə) huş aparır, yuxuda Rəsuli-Əkrəm (s) cənablarını görür. O həzrət (s) buyurur: "Oğlum, İraqa get, orada sən şəhid olmalısan, əhli-əyalın əsir olmalıdır".

Peyğəmbərimizin (s) nəsihətinə əməl edən İmam (ə) deyilən vaxt, yəni hicrətin 61-ci ilində, məhərəm ayının 10-da, Aşurə günü Yezidin əmri ilə ibn Ziyad qoşunu tərəfindən şəhid edilir-Şimr ibn Zilcövşən məlun o həzrətin (ə) başını kəsir. Bu zaman o cənabın (ə) əlli yeddi yaşı var idi.

İmam Hüseyn (ə)-ın kiçik oğlu Əli-Əsğər hicrətin 60-cı (684) ilində Mədinə şəhərində anadan olmuşdur.

Əli-Əsğər demək olar ki, bir neçə ay ömür sürmüşdür. Yəni südəmər uşaq ikən Aşurə günü Kərbəlada boğazına ox vuraraq onu şəhid etmişlər.