HÖKUMƏT SÜTUNLARININ MÖHKƏMLƏNMƏSI
  • Başlıq: HÖKUMƏT SÜTUNLARININ MÖHKƏMLƏNMƏSI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 14:3:56 3-9-1403


HÖKUMƏT SÜTUNLARININ MÖHKƏMLƏNMƏSI

Səqifə yığıncağı sonda mühacirlərin qələbəsi ilə başa çatdı. Buna baxmayaraq, qalib gəlmiş dəstənin olduğu mövqeyi möhkəmlətməyin hələ çox zamana ehtiyacı vardı. Buna görə də o hadisəni meydana gətirən mahir idarəedicilər bu mövqeyi möhkəmlətmək üçün bəzi vasitələrə əl atmalı oldular. Beləliklə üç hədəf nəzərə alındı:

1. Digərlərini hər yolla olursa-olsun, Əbu Bəkrin xilafətini qəbul etməyə məcbur etmək;

2. Xarici qüvvələrdən yardım almaq;

3. Rəsmi beyət mərasimi keçirmək;

Ömər ibn Xəttab ilk hədəfi elə Səqifədən həyata keçirməyə başladı. Bir dəstə adam onun göstərişi əsasında Hubab ibn Munzəri ayaqları altına salıb ağzını torpaq ilə doldurub [1] burnunu sındırdılar[2]. Bir müddət sonra bir dəstə adam Miqdadı döydü,[3] o vaxt az qala Sə`d ibn Übadə ona dəyən yumruq və təpiklər altında can verəcəkdi[4].

O gün hər kəs səsini çıxarırdısa ağzını torpaqla doldururdular.[5] O anlarda daha çox eşidilən cümlə bunlar idi: Filankəsi öldürün[6], onları həlak edin, boynunu vuracağıq...[7]

O gün Ömər, Əbubəkirlə beyət edən hər kəsi, işin onun xeyrinə bitmiş olduğu təsəvvürünü yaratmağa görə bir tərəfə yollayırdı. Sonra Əbu Bəkr və onun rəsmi tərəfdarları ilə şəhərin küçələrinə çıxaraq qarşılarına çıxan hər kəsi ixtiyar, yaxud məcburi yolla Əbu Bəkrin yanına gətirir, əlini onun əlinə sürtüb daha sonra azad edirdilər.[8] Bu zaman Həbbah ibn Munzər əlinə qılınc alaraq onları törətdikləri bu işdən saxlamaq istədi, lakin Ömər ibn Xəttab özünə məxsus zirəkliklə onun qarşısını aldı. Ömər ona qarşı qılınc çəkmədən təkcə onun qılıncını yerə atdırdı. Köynəyin ətəyini yelləməklə camaatı dağıtdı [9] və Həbbab və orada olanlara başa saldı ki, artıq qılınclıq bir iş yoxdur, camaat öz qərarını qəbul etmişdir.

İkinci hədəfə gəldikdə isə, (xarici qüvvələrdən kömək aımaq) daha çox “Əsləm” qəbiləsinin Mədinəyə daxil olmasından faydalanmaq planı idi. Bunlar “Təbuk” müharibəsində istər mali istərsə də canlı qüvvə baxımından Peyğəmbərə kömək göstərməkdən imtina etmişdilər. Münafiq və müharibədən boyun qaçı ranları pisləyən “Təhrim” surədsi onların rüsvay olunması üçün nazil olmuşdu.[10]

Şeyx Mufid yazır:

Ömər ibn Xəttab “əsləm”ilərə xəbər göndərib yanına gəlmələrini istədi. Onlara xitab edərək dedi: Allahın Rəsulunun xəlifəsi ilə beyət qarşısında nə qədər istəsəniz sizə azuqə verəcəyəm. Siz camaatı beyət etməyə çağırın və imtina edənin alnına və başına vururn. O səhra əhli kəmərlərini möhkəmlədərək əllərinə çomaq alıb camaatın canına düşdülər və onları güclə beyətə doğru dartmağa başladılar.[11]

Bu sözdən və eləcə də Ömərin onların Mədinəyə daxil olmasından sevinməsindən, onların say baxımından çox, rəftar baxımındansa acıqlı olmalarını başa düşmək olur Ömər bu haqda deyir: Əsləmilər Mədinəyə daxil olduğu zaman qələbəyə arxayın oldum.[12] Onlar mühacirlərə bağlıydılar. Sayları o qədər çox idi ki, küçələr onlara darlıq edirdi. Əsləmilər özləri Əbu Bəkrlə beyət edib [13] başqalarını da bu işə məcbur edirdi lər[14] O qarışıqlıqda fayda verəcək heç bir müxalif hərəkətə yer yox idi. Azca müxalifət şiddətli cavabla qarşılanırdı.

Heç bir tarixçi Səqifə hadisəsini yaradanların o gün baş vermiş hadisədən sonra Allahın Rəsulunun (s) evinə qayıtması və o həzrətin mübarək bədəninin dəfnə hazırlanması və torpaqa tapşırılmasında iştirak etməyə gəlmələrini qeyd etməmiçdir. O, gün əvvəldən axıracan səs yığmaq, ümumun nəzərini cəlb etmək və müxalifləri qorxutmaqla keçdi. Bununla belə, o beyət kafi deyildi. Sabahı gün ilk fürsətdə beyəti möhkəmlətmək,yenidən olunacaq beyətlərlə hökumət qurmaq lazım idi. Belə olduqda qiyam və boyun qaçırma təhlükəsi tamamilə aradan getməli, Sə`d ibn Ubadə və Həbbab ibn Munzər kimi şəxslər xilafət fikrində olmamalıydı. Buna görə də ikinci gün “Xəttabın oğlu dünən Peyğəmbərin ölməməsi barədə dediyi sözlər barədə aydınlıq vermək istəyir” səsi məsciddən ucaldı.

Əzəmətli bir yığıncaq təşkil olundu. Əbu Bəkr mənbərə qalxdı. O, sözə başlamazdan öncə Ömər dedi:

Mən dünən öz düşüncəm əsasında söz demişəm. Dediyim sözü nə Allahın kitabında görməmiş, nə də Allahın Rəsulundan eşitməmişəm. Elə bilirdim ki, Allahın Rəsulu bizim aramızdan dünyadan gedən sonuncu şəxs olacaqdır. O indi Allah kitabını sizin aranızda qoymuşdur ki, camaatı onun vasitəsi ilə hidayət edirdi.

Allah sizin işlərinizi Əbu Bəkrin vasitəsi ilə qaydaya salmışdır. O, sizlərin ən yaxşısıdır. Həmişə Allahın Rəsulunun həmdəmi və hicrət zamanı mağarada onunla bir yerdə olmuşdur. Siz də qalxıb onunla beyət edin.

Bu zaman orada olanlar qalxaraq rəsmi şəkildə onunla beyət etdilər.[15] Daha sonra Əbu Bəkr üzünü camaata tutub dedi:

Camaat! Sizə rəhbərliyi boynuma götürsəm də sizdən üstün deyiləm.[16]

انَّ لِى شَيْطَاناً يَعْتَرِينِى فَاذَا رَأَيْتُمُونِى غَضِبْتُ فَاجْتَنِبُونِى

Mənim üçün bir Şeytan var ki, durmadan məni vəsvəsə edir. Məni qəzəbli gördüyünüz (ya yanıma gəldiyiniz) zaman məndən uzaq olun[17].

Təəccüb bundadır ki, o məclisdə bir nəfər də olsun, Əbu Bəkrdən soruşmur ki, nə üçün bu sözü bur gün qabaq demirdin?! Bəlkə də e`tiraz edən olmuşdu, lakin xəbəri bizə çatmamışdır. Dünən bir dəstə onunla beyət etmədikdə onlara demişdi: Sizi mənimlə beyət etməkdən saxlayan nədir?!أَلَسْتُ اَحَقّكُم بهذ الامر؟ اَلست اول من اسلم؟ Mən sizin hamınızdan layiqli deyiləm? Sizin hamınızdan əvvəl iman gətirməmişəm?!”[18]

İbn Əbil-Hədid yazır: Əbu Bəkrin dediyi “Mən sizdən üstün deyiləm..”sözü düz sözdür. O, inkarolunmaz bir şeyi iqrar etmişdir. Çünki Əli ibn Əbi Talib onların hamısından üstün idi[19]; amma o gün camaat (Əli kimi) fəzilətdə, cihadda, elimdə, siyasətdə və şərafətdə bərabəri olmyan, lakin təqvalı və adil olan bir kəsə üz tutdular (Beləliklə Əbu Bəkrə irad tutulmamalıdır. Çünki onu camaat seçmişdi). Əshaba da yaxşı nəzərlə baxmalı, tutduqları işi yaxşı yerə yozmaq lazımdır. Onlar həqiqətdə İslamın məsləhətinə uyğun olaraq ixtilaf və qarışıqlıq yaranmasının qarşısını almaqdan ötrü fəzilətdə, şərafətdə və ləyaqətdə daha üstün olandan üz çevirib fəziləti və şərafəti az olan bir kəsə üz tutmuşdurlar[20]

Hələbi Şafei yazır:

Əbu Bəkr belə düşünürdü ki, üstünlüyü olmayan şəxs özündən üstün və yaxşı olan bir kəsə rəhbərlik edə bilər. Əhli sünnətin fikrincə düz olan nəzər elə budur. Belə ki, mümkündür bəzi vaxtlar üstün olmayan kəs dinin məsləhəti olan bir işdə özündən yaxşı olan bir nəfərdən daha bacarıqlı və itaət edənlərin işlərində intizam yaratmaqda daha səriştəli olsun. Elə buna görə də o, Ömər və Əbu Übeydəni qabağa salaraq camaatın istədikləri halda onlarla beyət etmələrinə fürsət yaratdı.[21]

İbn Əbil Hədid və Hələbi Şafeinin sözləri qarşısında bir neçə sual vermək yerinə düşərdi:

1. Bu söz Allahın Rəsulunun (s) buyurduğu: Hər vaxt ümmətə, aralarında ondan yaxşı və layiqlisi olduğu halda, digəri rəhbərliyi öhdəsinə götürərsə, o ümmət günbəgün geriləyəcəkdir.[22]

2. İbn Əbil-Hədidin, Əli ibn Əbi Talibin cihadda, elmdə, siyasətdə və şərafətdə tayı-bərabəri olmayıb və olmayacağına etiraf etməsini nəzərdə alsaq, başqasının dövlət idarəçiliyində Əlidən hansı üstünlüyü vardı ki, Hələbi Şafeinin dediyi kimi, o xüsusiyyətə görə özündən daha fəzilətlidən qabağa düşmüşdü?!

Hələbi Şafeinin kəlamında olan müğalitəni (sofismika) görmək çətin deyildir. Belə ki, heç kəs bəzi vaxtlar tabe olanın məxsus bir işdə öz rəhbərindən üstün olmasını inkar etmir. Məsələn xərratın şagirdi ox atmada öz ustasından mahir ola bilər. Amma burada ümumi fərz irəli sürərək heç kəs demir ki, üstünlüyü olmayan bir kəs üstünlüyü olandan daha bacarıqla iş görür. Əksinə, hər bir müqayisədə soruşmaq lazımdır? Hansı cəhətdən üstündür?!

3. Rəhbərlik bir işdə məharətli olmağa ehtiyacı olan qazanc növü deyildir ki, o məharətə əsasən digərindən üstün olasan. Bütün fəzilətlər bir adamda görsənməyincə, təkcə bir üstünlüyə malik olan şəxsi heç də rəhbər hesab etmirlər. İndi Əli ibn Əbi Talib heç də nöqsanlı hal sayılmayan yaşca kiçik olmanı istisna etməklə hansı cəhətdə Əbu Bəkrdən aşağı idi?! Bundan əlavə, Əbu Bəkr öz hislərinə hakim olmayan bir rəhbər olmasını e`tiraf edərək şeytanın bəzən ona qalib gələrək haqq yoldan onu uzaqlaşdırmasını bildirir. Görəsən, öz hislərini nəzarət altına almaq rəhbərliyin lazımı şərtlərindən deyildirmi?! Özünə rəhbərlik edə bilməyən kəs, görəsən ümmətə rəhbərliyin öhdəsindən necə gələ bilər?! Bütün bunlardan əlavə, Əbu Bəkrin rəhbərlik işində Əli (ə) dan üstünlüyü kimin tərəfindən və hansı meydanda sübuta yetirilmişdi?!

İbn Əbil-Hədid bu iradı qəbul etməklə, Əbu Bəkrin dediyi: “Mənim şeytanım var...” cümləsini onun zəifliyi kimi xatırlamışdır.[23]

Əbu Bəkr bu sözü o zaman camaatın qarşısında e`tiraf edirdi ki, artıq ikinci beyət də tamam olmuş və müəyyən qədər hökumətinin binası möhkəmlənmişdi. Qeyd olunan tərzdə alınmış rəsmi beyətdən sonra güc və qüdrət göstərmənin vaxtı idi. Bundan sonra artıq müxaliflər qorxudulmalıydı. Elə fikirləşməməliydilər ki, xəlifənin həmişəlik yumşaq xasiyyəti hökumətə daim tutulacaq iradlara səbəb olmalıdır. Heç vaxt! Camaat agah olub bilməlidir ki, şeytan xəlifənin xoş xasiyyətini ondan uzaq edib onu qəzəbləndirərək zülmə məcbur edə bilər. Belə olan halda ondan uzaq olaraq onu öz ixtiyarına buraxmalıdırlar ki, məsləhət bildiyi hər işi etsin.



[1] “Tarixül-üməmi vəl-müluk”, 3-cü cild, səh. 210, “Nəhcül bəlağə” İbn Əbil-Hədid, 6-cı cild, səh. 40

[2] “Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh. 174. İbn Əbil-Hədid.

[3] “Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh. 174. İbn Əbil-Hədid.

[4] “Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh. 174. İbn Əbil-Hədid, və 6-cı cild, səh. 49, “Tarixül-üməmi vəl-müluk”, 3-cü cild, səh. 210, “Tarixül-xəmis”, 2-ci cild, səh. 187 və188, “Müsnədi-Əhməd”, 1-ci cild, səh. 56, “Əs-sirətül-Hələbiyyə”, 3-cü cild, səh. 396.

[5] “Nəhcül-bəlağənin şərhi”, 6-cı cild, səh. 40, İbn Əbil-Hədid, “Əl-qədir”, 7-ci cild, səh. 75-76.

[6] “Müsnədi-Əhməd”, 1-ci cild, səh. 56, “Tarixül-üməmi vəl-müluk”, 3-cü cild, səh. 210, “Əl-imamətü və əl-siyasətu” 1-ci cild, səh. 10, “Ənsabül-Əşraf” 1-ci cild, səh. 528, “Əl-иqdül fərid” 2-ci cild, səh. 253, “Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh. 174, İbn Əbil-Hədid, “Əl-qədir”, 7-ci cild, səh. 67.

[7] “Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 13, “Əl-иqdul fərid” 2-ci cild, səh. 253, “Əl-qədir”, 7-ci cild, səh. 76-78.

[8] “Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid 1-ci cild, səh. 219, “Əl-imamu Əli ibn Əbi Talib” 1-ci cild, səh. 238-239.

[9] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 24.

[10] “Əs-sirətun-Nəbəviyyə”, 4-cü cild, “Təbuk” müharibəsi hadisəsi.

[11] “Səqifə”Peyğəmbərdən sonra baş vermiş hadisə səh. 28-29, “Cəməl müharibəsindən” nəqlən.

[12] “Tarixül-üməmi vəl-müluk”, (tərcüməsi)4-cü cild, səh. 1348.

[13] “Tarixül-üməmi vəl-müluk”, 3-cü cild, səh. 205.

[14] “Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh. 219-221,bn Əbil-Hədid.

[15] “Nəhcül-bəlağənin şərhi”, 6-cı cild. səh. 20, İbn Əbil-Hədid “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 237, “Əl-bidayətu vən-nihayə”, 5-ci cild, səh. 248, “Əs-sirətun-Nəbəviyyə”, 2-ci cild, səh. 433, “Əl-təbəqatül kübra”, 3-cü cild, səh. 182, “Əl-kamilu fi-tarix”, 2-ci cild, səh. 22.

[16] “Əс-sirətulələbiyyə”, 3-cü cild, səh. 359.

[17] “Əl-kamilu fi-tarix” 2-ci cild, səh. 231, “Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 16.

[18] “Nəhcül-bəlağənin şərhi”, 17-ci cild, səh. 158 , İbn Əbil-Hədid.

[19] “Nəhcül-bəlağənin şərhi”, 17-ci cild, səh. 158, İbn Əbil-Hədid.

[20] “Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh. 157 İbn Əbil-Hədid.

[21] “Əs-sirətul-Hələbiyyə” 3-cü cild, səh. 386 və “Ənsabul-əşraf” 5-ci cild, səh. 419.

[22] “Hilyətül-əbrar” 2-ci cild, səh. 77, “Bəharul ənvar” 10-cu cild, səh. 143. İmam Əili(ə)buyurmuşdur: Mən bu sözü dəfələrlə Allahın Rəsulundan eşitmişəm. (“İmamşenasi” (imamtanıma)8-ci cild, səh. 114 Səlim ibn Qeysin kitabından nəqlən səh. 148).

[23] “Nəhcül-bəlağənin şərhi”, 17-ci cild, səh. 158-162, İbn Əbil-Hədid.