PULGIRIN CAVABI
  • Başlıq: PULGIRIN CAVABI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:16:36 6-10-1403

QIRX İKİNCİ HEKAYƏT

PulGirin CavabI

Osman ibni Əffan hicri 24-cü ilin başlanğıcında Ömər ibni Xəttabdan sonra xilafətə yetişdi.

O, təqribən 12-il xəlifəlik edərək çərşənbə günü günorta zamanı evindəcə qətlə yetirildi. Şiə və sünnü tarixçilərinin yazdığına görə Osman öz xilafəti zamanında müsəlmanların malını ürəyi istədiyi kimi çapıb-talayır, İslam ölkəsinin ən böyük və həssas vəzifələrini (postlarını) öz qohumlarına bağışlayırdı.

Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin pak səhabələri Osmana qarşı etiraz edib onu bu bəd əməllər və rəftarından əl götürməyə çağırırdılar. Belə bir mövqedə Həzrət Əli (əleyhissalam)-ın etiraz etməsi təbii idi. Belə ki, Əli (əleyhissalam)-la Osman arasında tez-tez savaş və çəkişmə baş verirdi.

Adətən müsəlmanlar Əli (əleyhissalam)-ın hüzuruna gəlib Osmanın xilaf iş və əməlləri barədə o Həzrətə şikayət edirdilər. İmam da onların şikayətinə yetişməyi özünə vəzifə və borc hesab edirdi.

Bu səbəblər üzündən Həzrət Əli (əleyhissalam) tez-tez Osmanla görüşüb ona etiraz edirdi, nəticədə o Həzrətlə Osman arasında çəkişmələr baş verirdi ki, bunun bir nümunəsiNəhcül-bəlağənin 164-cü xütbəsində qeyd olubdur. Bu toqquşmalardan biri Əli (əleyhissalam)-ın Muğəyrət ibni Əxnəslə olan söz çəkişməsidir ki, (Osmanın yaxın adamlarından) onun xülasəsini burada qeyd edirik. Müğəyrə Osmanın bibisi oğlu idi, atası Əxnəs ibni Şəriq Peyğəmbəri As ibni Vail ilə birlikdə Əbtər (Mətuun-nəsl) nəsil verməyən adlandırırdı. O, həmin qrupdan idi ki, onların barəsindəKövsərsurəsi nazil olmuşdu. Ô; “Şübhəsiz, sənin düşmənin əbtərdir.” Onun qardaşı Əbul Həkəm Ühüd müharibəsində Əli (əleyhissalam) tərəfindən öldürüldüyünə görə qara qəlbi Əli (əleyhissalam)-a qarşı kin və ədavət toxumu ilə dolu idi. Bir gün Zeyd ibni Sabit Əli (əleyhissalam)-ın yaxın köməkçilərindən biri, Həzrətə dedi: “Çox yaxşı olardı ki, Osmanın yanına gedib camaat tərəfindən olunan şikayətləri ona çatdıraq.”

Əli (əleyhissalam)-da Zeydin təklifi ilə razılaşdı.

Zeyd Əli (əleyhissalam)-la birlikdə Osmanın yanına gəldi. Müsəlmanlardan da bir qrup, o, cümlədən, Osmanın yaxın tərəfdarlarından olan Müğeyrət ibni Əxnəs onun yanına gəldi. Zeyd ibni Sabit söhbəti açdıqdan sonra İmam Əli (əleyhissalam) buyurdu: And olsun Allaha, Osmanın gördüyü hər hansı bir işiin etiraz dalğalarının sularında qərq olaraq məhkum olunmasını sevmirəm. Məgər ki, xalqın İslami haqqı tapdalanmış ola. O zaman haqqı müdafiə etməyə məcburam. And olsun Allaha mümkün qədər mən Osmanın yerinə şikayətlərin cavabını verib onların hesabına yetişirəm.

Bu zaman Müğəyrət ibni Əxnəs Osmanın xüsusi köməkçisi son dərəcədə alçaqlıqla Əli (əleyhissalam)-a dedi: “Xalqın şikayətinə cavab vermək qüdrəti Osmanda səndən daha çoxdur. Vaxt gələcəkdir ki, həmin şikayət edənlər öz şikayətlərinə görə üzr istəyəcəklər. Bu şikayətlərin sənə heç bir dəxli yoxdur. Əksinə, sənin özün tənbeh olunmalısan, nəinki tənbih edəsən.

Bu çirkin və alçaq sözlərdən sonra İmam Əli (əleyhissalam) o pulpərəst və qarınqulunun çavabında belə buyurdu:

Ey quyruğu kəsik, nətə gəlmişin oğlu, Ey kök, budağı olmayan ağac, mənimi ittiham edirsən, and olsun Allaha, Allah sənin köməyində durduğun adamı əziz etməz və sən əlini tutduğun adam öz yerindən qalxmağa qadir olmayacaq. Yanımızdan get, Allah səni yazıq edər. Bacardıqca var qüvvənlə bütün səyini bizim əleyhimizə işə sal Allah səni geri qoymasın, yurdda qalmayasan...”