ZƏNCI ƏMIRLƏRIN CINAYƏTLƏRINDƏN XƏBƏRI
  • Başlıq: ZƏNCI ƏMIRLƏRIN CINAYƏTLƏRINDƏN XƏBƏRI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 20:1:11 6-10-1403


OTUZ SƏKKİZİNCİ HEKAYƏT

ZƏNCI ƏMIRLƏRIN CINAYƏTLƏRINDƏN XƏBƏRI

Tarixin ən böyük qan içən fasidlərindən sayılan Əli İbni Muhəmməd Vərzənini Sahibul zənc yəni Zəncilərin əmiri adı ilə məşhur idi. O Rey mülkünün Vərzənin adlı kəndində dünyaya gəlmiş, 255 hicri qəməri tarixində Əl-möhtədi Billahın (Abbasilərin 14-cü xəlifəsi) xilafəti zamanı üsyana qalxmışdı.”

O yalandan özünün bəni Haşim və İmam Səccad (əleyhissalam)-ın nəvələrindən olduğunu aşağıdakı surətdə iddia edirdi: Əli ibni Muhəmməd ibni İsa ibni Zeyd ibni Əli ibni Hüseyn.

Bu iddia bəni Haşimin qəbiləsinə bağlı olan camaatı öz ətrafına toplamaqdan ötrü idi, lakin cinayətləri onun bəni Haşimdən olmamasını sübut edir.

Əlavə olaraq müxtəlif rəvayətlərdə İmamlar onun iddasını rədd ediblər: O, cümlədən: İmam Həsən Əsgəri (əleyhissalam) bir söhbət zamanı buyurmuşdu:

Sahib Zənc biz Əhli-beytdən deyil.”

O Xəvaricdən bir firqə olan Əzariqə əqidələrinə sadiq qalaraq öz xütbələrindəLa hökmə illa lillah şüarını dilinə gətirərək günahları şirkə səbəb bilir, qadın və uşaqların öldürülməsinə icazə vermişdi.

Onun ən yaxın köməkçiləri Zəngbar və Sudandan olduğu üçün onu Sahibul Zənnc (Zəncilərin əmiri) adlandırırdılar. O, Zəncilərə, eləcə də Sudan qaralarına əgər ona kömək etsələr hamısını azad edərək yaxşı hədiyyə və mükafat verəcəyinə söz vermişdi nəticədə bu tamahla onun ətrafına yığışıb böyük bir qoşun yaratmışdılar. O da bu zənci qoşununun köməyi sayəsində Bəsrəni fəth edərək orada 14 il 4 ay hökumətlik etdiyi vaxt zənci qoşunu yenə də qarət və işğala məşğul idi. Beləliklə Sahibul zəng Vasit, Əhvaz və s... şəhərləri öz hökuməti sayəsində birləşdirdi. Təkcə Əhvaz şəhərinin fəthində onun ordusunun sayılan təxminən 180 min olduğunu göstərmişlər.

Sahibul zənc 270-ci hicri ilində Abbasi xəlifələrinin 15-ci xəlifəsi sayılan Əl-mötəmidu Billahın xilafəti zamanı qətlə yetirilərək başını bədənindən ayırıb Bağdada göndərdilər!

Tarixdə onun Bəsrədəki cinayətləri barədə belə yazıblar: Hicri 251-ci il şəvval ayının 17-də cümə günü Sahibul Zənc Bəsrəyə daxil olub şəhər camaatını qətlə yetirərək.

Came məscidi və onun ətrafındakı evləri yandırdı. Eləcə də tarixçi Məsudinin yazdığına görə o, Bəsrədə 800 min nəfəri qətlə yetirmişdi. Onun fəsadı hətta hörmətli qadınların iki üç dirhəmə alınıb satılmasına belə sirayət etmişdi. Belə ki, satıcılar qadınları hərraca qoyub fəryad çəkib deyirdilər: “Bu arvad filankəsin qızıdır:” Bununla da müştəriləri bu işə cəlb edirdilər.

Möminlər ağası Əli (əleyhissalam) Cəməl müharibəsi vaxtı Bəsrənin böyük şəxsiyyətlərindən sayılan Əhnəf ibni Qeysi çağırıb ona belə buyurdu:

Ey Əhnəf! Sanki mən, bir qoşunun tozsuz səs-küysüz, Nəmədən yola düşüb yeri öz addımları altında tapdamasını görürəm.

Sonra buyurdu: Vay olsun, o abad küçə və bəzənmiş evlərə ki, ölənlərə ağlayıb itginləri aramırlar. Mən dünyanın üzünü çevirib, çöhrəsini torpağa sürtmüşəm və düzgün ölçü götürməklə ona baxaraq onu öz gözlərimlə müşahidə edirəm.”