ON ÜÇÜNCÜ HEKAYƏT
  • Başlıq: ON ÜÇÜNCÜ HEKAYƏT
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 16:45:17 19-9-1403


ON ÜÇÜNCÜ HEKAYƏT

İKi fƏdaKar

Möminlər ağası Həzrət Əli (əleyhissalam)-ın qanlı ürəyindən qopan odlu sözlər dağlar və qayaları belə lərzəyə gətirdi, amma orada olanların xəstə ürəkləri hətta az da olmuş olsa belə tərpənmədi, bir neçə nəfərdən başqa. Onlar Əli (əleyhissalam)-ın çağırı-şına müsbət cavab vermədilər. Həzrət xütbənin sonunda üç dəfə buyurdu:

O kəs ki, itaət olunmur, onun rəyi yoxdur.” Bu vaxt bir şəxs qardaşı ilə birlikdə ayağa qalxıb dedi: Ya Əmirəlmöminin, budur mən və qardaşım sizin buyurduğunuzu qəbul edirik, necə ki, Allah Həzrət Musanın camaatına buyurmuşdu, o zaman Musa dedi:

Pərvərdigara, mənim ixtiyarım təkcə özümə və qardaşıma aiddir.” Bizə fərman ver, and olsun Allaha, sənin əmrinlə cihad meydanına tərəf hərəkət edərik, hətta yolumuzda tikan və oddan ən böyük maneələr belə olarsa, hamısını aradan apararıq. Düşməni məğlub etmək üçün işə başlayarıq. Həzrət Əli (əleyhissalam) onların hər ikisini dua etdi.