SƏKKİZİNCİ HEKAYƏT
  • Başlıq: SƏKKİZİNCİ HEKAYƏT
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 17:2:33 19-9-1403


SƏKKİZİNCİ HEKAYƏT

TANIŞLIQ YOX, YALNIZ QANUNÇULUQ!

Bütün Mədinədə Əli (əleyhissalam)-ın ədalətli xilafəti və rəhbərliyi barəsində söz-söhbət gəzirdi.

Ötən gün bütün müsəlmanlar izdihama gələrək Həzrət Əli (əleyhissalam)-ın hüzuruna toplaşıb beyət etdilər. Belə ki, var qüvvələri ilə Əli (əleyhissalam) xəttində hərəkət edərək İmamın (əleyhissalam) rəhbərliyi sayəsində onun hökuməti üçün dəyərli dayağa çevrilsinlər. Mədinə məscidi heç vaxt bu qədər cəmiyyət görməmişdi. Belə böyük şövq ilə Əli (əleyhissalam)-ın hüzuruna gəlib onu Peyğəmbərin xəlifəsi adı altında qəbul etdilər.

Müsəlmanlar kiçik ya böyük dəstələrə bölünərək müxtəlif yerlərdə xilafətin keçmiş və hazırkı şivələri barədə söhbətləşirdilər. Bəzisi İmam Əli (əleyhissalam)-ın keçmiş xəlifələrin yolunu davam etdirəcəyini, digər bir qurp isə tamamilə bunun əksini fikirləşirdi. Başqa bir hissəsi də deyirdilər: İslam qanunları ilə uyğun gələn məsələlərdə onların yolunu davam etdirəcəkdir, yoxsa...

Həmin günün səhəri Həzrətin xilafətinin 2-ci günü Həzrətin o camaat arasında danışacağından hamı xəbərdar idi və bilmirdilər ki, o Həzrət proqram və planların vermiş və yəqin ki, bu barədə bir qətnamə də qəbul edəcəkdi. Elə buna görə də izdihamlı bir cəmiyyət məscidun-Nəbidə yığışmışdı.

Vaxt sürətlə ötür, gözlənilən dəqiqə yavaş-yavaş yaxınlaşırdı. Qəbilə və tayfa başçıları, eləcə də xain xadimlər və bitərəflərin hərəsi məscidin bir küncünə yığışaraq intizarda idilər. Hamısı fikirləşirdi ki, doğrusu, görəsən Əlinin hökuməti bizə nisbətən necə olacaqdır? Amma pərhizkar möminlərin hamısı bilirdilər ki, Əli (əleyhissalam) Peyğəmbərin buyurduğu kimiƏli (əleyhissalam) haqq ilə, haqq isə Əli ilədir.”

Bu vaxt möminlər ağası Həzrət Əli (əleyhissalam) minbərə qalxdı.[1] Allaha həmd və səna etdikdən sonra belə buyurdu:

Nə deyirəmsə, dediyim sözün üstündə də varam və şəxsən özüm onun icrasına zaminəm. Belə deyildir ki, söz deyəm, lakin əməl etməyəm, ötüb keçənlərin pozğun rəftarı, eləcə də pis əməllərinin cəzasından, nəsihət və ibrət götürənləri və Allaha etdikləri ibadət onları yersiz rəftarlardan qoruyar.”

İmam Əli (əleyhissalam) öz söhbətində keçmişlərin rəftar və getdikləri yola qırmızı xətt çəkib yığışanlara o yollara yuvarlanmamalarını nəsihət etdi. Həzrət qətiyyətlə elan etdi ki; “mən əməl sahibiyəm, nəinki söz.” Daha sonra Həzrət belə buyurdu:

And olsun Allah sarıdan haqq məbus edilmiş İslam Peyğəmbərinə! Sizlər bundan sonra müxtəlif çətinliklə üzləşib imtahan olacaqsınız. Qazan daxilindəki, qaynar xörək kimi qaynayaraq alt-üst olacaqsınız. Belə ki, yuxarıdakılar aşağıda və aşağıdakı adamlar isə yuxarıda qərar tutacaqlar. O, adamlar ki, doğrudan da İslam inkişafına təkan verib iş başına gələcəklər. “Hiylə və fırıldaqla iş başına gələnlər geri qaytarılacaqdır.” Daha sonra buyurdu: “Camaat üç hissəyə bölünübdür:

1-Sürətlə haqqa tərəf irəliləyənlər; onlar nicat tapacaqlar.

2-Ağır-ağır haqqa tərəf irəliləyənlər; o adamlar üçün də nicat ümidi var.

3-”Haqq yolunda təqsir və səhlənkarlıq göstərənlər; onlar cəhənnəm odunda yanacaqlar.

Sağa və sola meyl göstərmək itirmək (zəlalət) deməkdir. Amma düz yalnız orta yoldur ki, Quran və sünnət bu yola sifariş edir.”

Beləliklə, rəhbərlikdə Həzrətin tutduğu haqq yolu tapıb və bildilər ki, bu yol Quran və sünnət əsasındadır, belə ki, bu yolda qohumbazlıq, tanışlıq, yoldaşlıq və dostluq işə gəlmir. Əksinə işlər ədalət üzrə planlaşdırılmışdı.



[1]Bu gün 35-ci hicri ilinin 25 zilhəccə cümə günü idi. Bəzi rəvayətlərdə isə Novruz bayramı gününə təsadüf etdiyi qeyd olunur.