İMAM ƏLI MÜAVIYƏYƏ OLAN MƏKTUBLARINDANDIR
  • Başlıq: İMAM ƏLI MÜAVIYƏYƏ OLAN MƏKTUBLARINDANDIR
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 7:1:18 2-10-1403


İMAM ƏLI MÜAVIYƏYƏ OLAN MƏKTUBLARINDANDIR (KI, ONDA MÜAVIYƏYƏ ÖYÜD-NƏSIHƏT VERIR

Yanında olan şeylərə (nemətlərə) görə Allahdan qorx. Onun sənin boynunda olan haqqına (itaət, hökmlərinə tabeçilik və şükr haqqına) bax. Barəsində cahil və nadan olmaqda üzrlü sayılmayacağın şeyi tanımağa qayıt (öz zəmanənin imamına tabe ol). Çünki (əsası zəmanə imamının tanınması olan Allaha) itaət etmək və tabeçilik üçün aşkar nişanələr, aydın, düz və bəlli yollar və (Cənnət kimi) arzu olunan sonluq var. Zirəklər ona daxil olur, alçaqlar isə ondan boyun qaçırır, yayınırlar. (Allah və Peyğəmbərin göstərişlərinə zidd olan nalayiq işlər görürlər və nəticədə ona nail olmurlar.) Kim o yoldan çıxsa haqq yoldan kənara çıxıb və bilmədən azğınlıq çölünə ayaq basıb. Allah, nemətlərinin üzünü ondan döndərər (nemətlərini ondan alar) və əzab və çətinlikləri ona rəva bilər. Belə isə özünü qoru və nəfsindən qorx (onun göstəriş və istəklərinə uyğun davranma) ki, Allah (səadət və xoşbəxtlik) yolunu sənə göstərib. İşlərinin sənin öhdənə düşən qədərində öz atını zərər-ziyanın sonuna və küfr və üsyan diyarına (cəhənnəmə) sürmüsən və (istəklərinə tabe olduğun) nəfsin, səni şər və pisliyə (öz zəmanənin imamı ilə müxalifət etməyə) vadar edib, azğınlığa (əbədi bədbəxtliyə) atıb, pozğunçuluğa (Allah və Peyğəmbərə qarşı günah işlətməyə) məcbur edib və (hidayət və nicata gedən) yolları sənə çətinləşdirib. (Çünki nəfs, ona tabe olan şəxsin azğınlıq və zəlalət yollarından kənara çıxması üçün səadət və xoşbəxtlik yollarını ona çətinləşdirir.)