Məşhur sünni alimi İbni Əbil Hədid bu xütbənin şərhində belə yazır:
Hədis və tarix yazanlardan bir çoxu nəql ediblər ki, İmam Əli (əleyhissalam) buyurdu:
“Allah məftunlarla cihadı (fitnəyə gedənlər) müqərrər edibdir necə ki, müşriklərlə cihadı mənə müqərrər etdi.”
Dedim: “Ya Rəsulullah! Bu fitnə nədir ki, onda cihad mənə müqərrər olub?!”
Buyurdu: “Bu cihad Allahın birliyinə və mənim risalətimə şəhadət verən cəmiyyətə aiddir ki, həqiqətdə onlar sünnətimin əleyhinədirlər.”
Dedim: “Bir haldaki onlar Allahı birliyinə və sənin risalətinə şəhadət verirlər hansı əsasla onlarla müharibə edim?”
Buyurdu: “Dində əmələ gətirdikləri bidətə görə ki, onlar nəticədə mənim əmrimlə müxalifət edirlər.”
Dedim: “Ya Rəsulullah! Sən qabaqcadan mənə şəhadət və”dəsi vermisən, Allahdan istə ki, onu sənin hüzurunda əncam versin (ürəyim istəyir ki, sənin astananda və sənin məhzərində şəhadətə yetişəm) həm də onu təxirə salmasın.”
Buyurdu: Bəs o zaman kim nakisinlərlə (beyəti pozan müharibə qızışdırıcılar) və qasitinlər (Müaviyə və tərəfdarları) və mariqinlərlə (xəvariclər) vuruşacaq?! Sənə şəhadət və”dəsi verirəm ki, bu və”də tezliklə sənə nəsib olar. İnşallah.
“Sənin başından qılınc vurub saqqalını başının qanı ilə rəngləyərlər. O zaman səbrin necə olacaqdır?!”
Dedim: “Ya Rəsulullah! Bura səbr yeri deyil, əksinə şükr və həmd yeridir.”
Buyurdu: “Bəli bu hadisələr sənin üçün qabağa gələcəkdir. Elə isə bütün bunlara qarşı hazır ol.”
Dedim: “Ya Rəsulullah, az da olmuş olsa o hadisələri mənə bəyan etmənizi istərdim.”
Budurdu: “Mənim ümmətim məndən sonra tezliklə fitnəyə düşərək Quranı tərcümə edib onu öz ürəkləri istədiyi kimi mənalandırar, şərabı təbiz adına (kişmiş suyu) halal sayıb, rişvəni hədiyyə, sələmi isə alver adı ilə rəva bilərlər. Quranı əsl anlayışından təhrif edərlər.”
Beləliklə də öz yollarını azarlar.
Belə bir vaxtda öz evində əyləş (onlardan küs) camaat sənə tərəf üz gətirdikləri vaxt (batini məna) Quranın batini mənası əsasında müxaliflərlə çarpış. Necə ki, mən tənzil əsasında (yəni Quranın zahiri əsasında) vuruşdum. Bunu da bil ki, sənin zamanının camaatı mənim zamanımın camaatı ilə bir olmayacaqdır.
Dedim: Ey Allahın Rəsulu! Mən bu adamları (öz müxaliflərimi) hansı dərəcəyə mənsub edim? Mürtədlər?!
Buyurdu: Onları “fitnə” dərəcəsində tanıt. Belə ki, qoy ədalət onları tapana kimi sərgərdan qalsınlar.
Dedim: “Ey Allahın Rəsulu!
Görəsən ədalət onları bizim tərəfimizdən tutacaq, yoxsa başqaları tərəfinədən?!”
Buyurdu: Ədalət onları bizim tərəfimizdən öz vasitəmizlə tutaraq tam qələbə hasil olacaqdır. Məhz bizim vasitəmizlə Allah şirkdən sonra qəlbləri (tovhid xəttində) bir-birinə qovuşduracaqdır.
Bəli, məhz bizim vasitəmizlə fitnə və fəsaddan sonra qəlblər bir-birinə qovuşacaqdır.
Dedim:
“Həmd olsun fəzilət və nemətlər bağış-layan Allaha.”
Bu dastan bunu bizə çatdırır ki, bəzən müsəlmanların hakimi günah və fitnəkarlığa qərq olmuş müsəlmanlarla da vuruşmalıdır ki, onları müharibə vasitəsilə haqq yoluna dəvət etsin.