OSMANIN ƏLI (ƏLEYHISSALAM)-A SIFARIŞI VƏ HƏZRƏTIN CAVABI
  • Başlıq: OSMANIN ƏLI (ƏLEYHISSALAM)-A SIFARIŞI VƏ HƏZRƏTIN CAVABI
  • yazıçı:
  • Mənbə:
  • Buraxılış tarixi: 5:45:25 2-10-1403



OSMANIN ƏLI (ƏLEYHISSALAM)-A SIFARIŞI VƏ HƏZRƏTIN CAVABI
Osmanın öz xilafəti zamanı İslam qayda-qanunları ilə uyğun gəlməyən işlər gördü.
Buna görə də onlar yığılıb onu öz evində mühasirə etdilər və hətta bir neçə gün ona su da vermədilər. Axırda onu elə öz evindəcə öldürdülər. Mühasirədə olduğu vaxt Osman Abdullah ibni Abbas vasitəsilə Əli (əleyhissalam)-a sifariş göndərdi və o Həzrətdən Mədinədən xaric olmağını istədi ki, özünün Əli (əleyhissalam)-ın düzəltdiyi əkin yerlərindən birinə getsin, daha camaat Əli (əleyhissalam)-ın adına xilafət şüarı verməsinlər. İbni Abbas Osmanın sifarişini Əli (əleyhissalam)-a çatdırdı, İmam Əli (əleyhissalam) ibni Abbasa belə buyurdu:
“Ey Abbasın oğlu! Osman istəyir ki, məni su daşıyan dəvəyə çevirsin və həmişə dəvə kimi o tərəf bu tərəfə gedəm. Bundan qabaq mənim üçün sifariş göndərdi ki, Mədinədən çıxım və sonra xəbər göndərdi ki, qayıdım. İndi də səni səfir edibdir ki, Mədinədən çıxım.
And olsun Allaha, o qədər onu müdafiə etdim ki, qorxdum məbada günahkar olam.”
Bu minvalla görürük ki, İmam Əli (əleyhis-salam) İslamı və İslami birliyi qoruyub saxlamaq üçün ciddiliklə çalışır və istəmirdi ki, İslam üçün xoşa gəlməyən bir hadisə baş versin. Buna baxmayaraq sonralar o Həzrətin müxalifətləri Osmanın köynəyini onun əleyhinə bayraq edib onu Osmanın qatili adlandırdılar və Osmanın intiqamını almaq adı altında o Həzrətlə müharibəyə başla-dılar.